«Molla Nəsrəddin» jurnalı – Tiflis, 1911-ci il, № 10, s. 1-2. Bakı, 1923-cü il, № 9; № 10. Azərbaycan dilində ərəb əlifbası ilə. Rəngli, illüstrasiyalı, satirik jurnaldır. Həcmi: hər biri 8 səhifə; fond 6, s.v. 526*.
Bu saxlama vahidi altında «Molla Nəsrəddin» jurnalının pərakəndə vərəqləri də saxlanılır: Tiflis, 1910-cu il, 1-2 s.; Bakı, 1929-cu il, s. 7-8; № 3; № 5, s. 3-8; № 6, s. 7-8; № 10, s. 3-4; № 11, s. 7-8; № 12, s. 3-6; № 13, s. 7-8; № 14, s. 7-8; № 45, s. 7-8.
«Tuti» jurnalı – Bakı, 1916-cı il, 7 may, № 17. Azərbaycan dilində ərəb əlifbası ilə. Həftədə bir dəfə nəşr olunan siyasi, ədəbi və ictimai türk satirik məcmuəsidir. Həcmi: 8 səhifə; fond 6, s.v. 513*.
«Yeni fikir» qəzeti – Bakı, 1922-ci il, 25 noyabr, № 256, s. 1-4. Azərbaycan dilində ərəb əlifbası ilə. Gündəlik nəşr olunan qəzetdir. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Şurasının orqanıdır. «Molla Nəsrəddin» jurnalı redaksiyasına göndərilmişdir. Həcmi: 4 səhifə; fond 6, s.v. 513*.
Dostları ilə paylaş: |