«Qızılqələm» jurnalı – Azərbaycan dilində ərəb əlifbası ilə. Mirzə Fətəli Axundov barəsindədir. Üzərində bənövşəyi mürəkkəblə «Mirzə Fətəli Axundov» qeyd olunmuşdur. Böyük ədib M.F.Axundovun 50-ci il dönümü (1878-1928) münasibətilə çıxan yubiley nömrəsidir. Azərbaycan Proletar Yazıçıları «Qızıl qələm» cəmiyyəti Şəki şöbəsi tərəfindən nəşr olunur. Həcmi: 24 səhifə; fond 6, s.v. 513*.
«MollaNəsrəddin» jurnalı – Bakı, 1931-ci il, № 1. Azərbaycan dilində latın əlifbası ilə. Rəngli, illüstrasiyalı, satirik jurnaldır. Vərəqlər pərakəndə şəkildədir. Həcmi: 8 səhifə; fond 6, s.v. 513*.