«Ədəbiyyatvəincəsənət» qəzeti – Bakı, 1967-ci il, 10 iyun, № 23. Azərbaycan dilində kiril əlifbası ilə. Azərbaycan Yazıçılar İttifaqı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin orqanıdır. C.Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyinə həsr edilmişdir. Həcmi: 16 səhifə; fond 6, s.v. 594*.
«İnqilabvəmədəniyyət» jurnalı – Bakı, 1936-cı il, aprel-may, № 4-5. Azərbaycan dilində latın əlifbası ilə. Azərbaycan Şura Yazıçılar İttifaqının aylıq nəzəri, bədii ədəbiyyat, incəsənət və tənqid jurnalıdır. Həcmi: 46 səhifə; fond 6, s.v. 518*.
«Kommunist» qəzeti – Bakı, 1932-ci il, 5 yanvar, № 5. Azərbaycan dilində latın əlifbası ilə. Gündəlik siyasi-ictimai, ədəbi qəzetdir. AK (b) Partiyası Mərkəzi və Baş Komitələri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Baş Şurasının fasiləsiz dərc olunan orqanıdır. Həcmi: 4 səhifə; fond 6, s.v. 511*.