QƏZET VƏ JURNALLAR
Azərbaycan dilində
«Açıq söz» qəzeti – Bakı, may, № 176. İli cırılmışdır. Azərbaycan dilində ərəb əlifbası ilə. Gündəlik siyasi-ictimai, ədəbi qəzetdir. Həcmi: 4 səhifə; fond 6, s.v. 512*.
«Azərbaycan» jurnalı – Bakı, 1967, № 5. Azərbaycan dilində kiril əlifbası ilə. Azərbaycan Yazıçılar İttifaqının orqanıdır. C.Məmmədquluzadənin 100 illik yubileyinə həsr olunmuşdur. Şəkillidir. Həcmi: 207 səhifə; fond 6, s.v. 594*.
«Azərbaycan kolxozçusu» qəzetinin boş tərtib səhifəsidir. Həcmi: 1 vərəq; fond 6, s.v. 516*.
«Babayi-Əmir» jurnalı – Bakı, ili və nömrəsi yoxdur, s. 2. Azərbaycan dilində ərəb əlifbası ilə. Həftədə bir dəfə nəşr olunan siyasi, ədəbi, ictimai, iqtisadi, türkcə satirik məcmuədir. Həcmi: 1 səhifə; fond 6, s.v. 513*.
«Babayi-Əmir» jurnalı – Bakı, 1916-cı il, 28 aprel, s. 1-2. Nömrəsi oxunmur. Azərbaycan dilində ərəb əlifbası ilə. Həftədə bir dəfə nəşr olunan siyasi, ədəbi, ictimai, iqtisadi, türkcə satirik məcmuədir. Həcmi: 1 vərəq; fond 6, s.v. 513*.
Dostları ilə paylaş: |