33.MƏHƏMMƏD BƏY CAVANŞİRİN TƏK ŞƏKLİ
1899-cu il, Moskva. Məhəmməd bəy Cavanşir Əhmədbəy Cavanşirin oğlu, Həmidə xanımın isə qardaşıdır. Şəkil qəhvəyi rəngdə və qalındır.
Ölçüsü: 6,5x10,5 sm; s.v. 370*.
34.MİDHƏT VƏ ƏNVƏRİN ŞƏKLİ
Sentyabr, 1916-cı il, Şuşa. Qayıqda oturmuş Midhət və Ənvərin uşaqlıq vaxtlarının şəklidir. Qəhvəyi rəngli şəkil qara rəngdə kartondan olan çərçivəyə yapışdırılmışdır.
Ölçüsü: 16x11 sm; s.v. 368*.
35.MİDHƏTİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.
Ölçüsü: 9x12 sm; s.v. 365*.
36.MİDHƏTİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. Midhətin uşaqlıq vaxtlarının şəklidir. Stulda bir ayağı altında, o biri ayağı isə aşağı sallanmış vəziyyətdə oturmuşdur.
Ölçüsü: 8,5x13,5 sm; s.v. 367.
37.MİDHƏTİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. Midhət iş otağında sağ dirsəyini stolun üzərinə qoyaraq stulda əyləşmişdir. Şəkil qəhvəyi rəngdədir.
Ölçüsü: 9x11,5 sm; s.v. 376*.
Dostları ilə paylaş: |