31.KOLLEKTİV ŞƏKİL
1907-ci il, Şuşa. Kollektiv çəkilən şəkildə 27 nəfər var. Onlardan 8-i əllərində tar, kaman və qarmon oturmuş, 19-u isə ayaq üstə durmuşlar: Həmidə xanım, doktor Kərim bəy Mehmandarov, Adila Mehmandarova, Rəşid bəy Mehmandarov, Baqatürb Əlverdov, Ağalar Əlverdov, Ələkbər Axundov, Olqa Qriqoryevna Sipyaqina və onun qardaşı Pyotr, Mina xanım Davatdarova, Cavad Orucov, Mir Həsən Vəzirov və s. Şəkil göy rəngdədir.
Ölçüsü: 16,5x20 sm; s.v. 373*.
32.KOLLEKTİV ŞƏKİL
7 avqust, 1916-cı il, Şuşa. Azərbaycan ziyalılarının kollektiv çəkilən şəklində 20 nəfər var: Həmidə xanım, oğlanları Müzəffər Davatdarov və Midhət, qızı Münəvvər, Ə.Haqverdiyev, Şamil Vəzirov, Alyoşa Mjavanadze və bacısı Olqa Mjavanadze, Qumbay Əmirov, Həsən, Kərim bəy Mehmandarov, Asaf və Azad Əmirovlar, Manya Dobrodeyeva, Ziba Hacıhəsənli, Ceyhun Hacıbəyov və xanımı, Ü.Hacıbəyovun xanımı, Seyidbəyov, Mamayev. Onların hamısı çəmənlikdə oturmuşlar. Şəklin arxasında bənövşəyi mürəkkəblə rus dilində «Napamətğ doroqoy … ot Mamaev» (oxunmur) qeyd edilmişdir. Şəkil qəhvəyi rəngdə kartondan olan çərçivəyə yapışdırılmışdır.
Ölçüsü: 16,5x20 sm; s.v. 373*.
Dostları ilə paylaş: |