41.PAKİZƏ AİLƏ ÜZVLƏRİ İLƏ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. Pakizə qucağında uşaqla stulda oturmuş, başının üstündə isə həyat yoldaşı dayanmışdır. Şəkil sarı rəngdə kartondan olan çərçivəyə yapışdırılmışdır. Şəklin arxasında bənövşəyi mürəkkəblə Azərbaycan dilində latın əlifbası ilə «Həmişəlik yadigar olaraq verilir Həmidə xanım Məhəmmədquluzadəyə. Pakizə» qeyd edilmişdir.
Ölçüsü: 14,5x14,5 sm; s.v. 369*.
42.ŞAİRƏ QÖNÇƏBƏYİMİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. Şairə Qönçəbəyim Ehsan xan qızı Naxçıvanskinin balışa və mütəkkəyə dirsəklənərək oturmuş şəklidir. Şəklin arxasında qəhvəyi rəngdə çapla rus dilində «Eqo veliçestva Şaxa Persidskoqo. D.Ermakov fotoqraf na Qolovinskom Prospekt D.Mdivani protiv 1-y klassiçeskoy qimn v Tiflis» yazılmışdır. Şəkil qəhvəyi rəngdə və qalındır.
Ölçüsü: 13,5x21,5 sm; s.v. 376*.
Dostları ilə paylaş: |