25.HƏMİDƏ XANIM UŞAQLARI İLƏ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. Şəkildə Həmidə xanım, Ənvər və Midhət üzərinə palaz salınmış taxtabənddə oturmuşlar. Onların arxasında balaca bir oğlan da (üzü çox boz düşdüyündən kimliyi məlum deyil) dayanmışdır.
Ölçüsü: 8x5,5 sm; s.v. 373*.
26.HƏMİDƏ XANIMIN TƏK ŞƏKLİ
Oktyabr, 1935-ci il, Bakı.
Ölçüsü: 8,5x13 sm; s.v. 364*.
27.HƏMİDƏ XANIMIN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.
Ölçüsü: 16,5x23,5 sm; s.v. 364*.
28.HƏMİDƏ XANIMIN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.
Ölçüsü: 19,5x24 sm; s.v. 364*.
29.KOLLEKTİV ŞƏKİL
Çəkiliş tarixi qeyd edilməmişdir. Şuşa. Kollektiv çəkilən şəkildə Ənvər, Midhət, Rəşid və Muraddan əlavə daha 5 nəfər var.
Ölçüsü: 14x9 sm; s.v. 369*.
30.KOLLEKTİV ŞƏKİL
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. Azərbaycan ziyalılarının kollektiv çəkilən şəklində 6 nəfər var. Onlardan 4-ü stulda oturmuşdur: S.M.Qənizadə, Mirzə Cəlil, Əli İsgəndər Cəfərov və adı qeyd olunmayan daha bir nəfər. 2-si isə oturanların arxa tərəfində ayaq üstə dayanmışdır: Qurbanəli Şərifov, Ö.F.Nemanzadə. Şəklin yuxarı hissəsində fars dilində belə bir qeyd vardır: «Tərəqqixahane-İran Mirzə Cəlil modire Molla Nəsrəddin».
Ölçüsü: 14x9 sm; 2 ədəd; s.v. 372*.
Dostları ilə paylaş: |