38.«MOLLA NƏSRƏDDİN» JURNALI
REDAKSİYASININ ŞƏKLİ
20 may, 1914-cü il, Tiflis. Redaksiyanın Tiflisdəki idarəsinin şəklidir. İkimərtəbəli binanın qarşısında səkidə bir ağac var. Şəklin arxasında göy mürəkkəblə rus dilində «Na pamətğ Muzaffaru ot-Gyvazova Ulğfata. 20/V-14 q. V toy dome jil i rabotal velikiy demokrat izdatelğ jurnala «Molla Nasreddin». Tbilisi, Basina, bıvşaə Davidovskaə, 24» qeyd edilmişdir.
Ölçüsü: 13x18,5 sm; s.v. 375*.
39.«MOLLA NƏSRƏDDİN» JURNALI
REDAKSİYASININ ŞƏKLİ
Yanvar, 1937-ci il, Tiflis. Redaksiyanın Tiflisdəki idarəsinin şəklidir. İkimərtəbəli binanın qarşısında bir neçə ağac var. Şəkilin arxasında bənövşəyi mürəkkəblə rus dilində «Snimok pomeheniə redak. jurnala «Molla Nəsrəddin» v Tiflise Davidovskaə ul. № 24. Snimok sdelan v ənvare 1937 q.» qeyd edilmişdir.
Ölçüsü: 24,5x18 sm; s.v. 375*.
40.NAZLININ TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. C.Məmmədquluzadənin ikinci həyat yoldaşı Nazlının şəklidir.
Ölçüsü: 6,5x10,5 sm; s.v. 363*.
Dostları ilə paylaş: |