3.BAXŞƏLİ SOFİYEVDƏN Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 17 avqust, 1929-cu il, Xındırıstan. Cizgili vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır.
Məzmunu: Məktubla bir məqalə, abunə siyahısı göndərdiyini yazır və göstərilən ünvanlara jurnal çatdırılmasını xahiş edir.
Başlanır: Əzizim Mirzə Cəlil əmi!..
Bitir: … Kooperativ Şirkəti Baxşəli Sofiyev.
Ölçüsü: 22x14 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 220.
4.CƏLALDAN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 20 iyun, 1931-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə qara karandaşla yazılmışdır.
Məzmunu: Kəndlərə pambıq işindən ötrü təhkim olunduğu üçün məktub yaza bilmədiyini bildirir. Ona 100 manat göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm dayı! Salam…