34.SƏİDDƏN Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Müxtəlif ölçülü saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: «Molla Nəsrəddin» jurnalının nəşri barəsindədir.
Başlanır: Mirzə! Sizi Həbib çağırdı…
Bitir: … məsələ biryollu bitsin. Səid.
Ölçüsü: 16x23-16x31 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 216.
35.TƏBRİZİN NƏZMİYYƏ İDARƏSİNDƏN
Fars dilində. Yazılış tarixi 2 mart, 1921-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: «Molla Nəsrəddin» məcmuəsinin onların qanunlarına zidd olduğu üçün nəşrinə icazə verilmədiyini bildirir.
Başlanır: Xedməte cənabe ağayi-Mirzə…