36.TİFLİS AKTYORLAR CƏMİYYƏTİNDƏN Rus dilində. Yazılış tarixi 31 oktyabr, 1910-cu il, Tiflis. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Tiflis Aktyorlar Cəmiyyətinin kitabxanasından D.Ömərbəyov tərəfindən onun (C.Məmmədquluzadənin) adına götürdüyü iki kitabın qaytarılmasını xahiş edir.
Başlanır: Milostivıy Qosudarğ, q-n Mamed…
Bitir: … 1909 q. Starşina İ.Beriə.
Ölçüsü: 13x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 298*.
37.TİQRAN SMBATYANDAN
Rus dilində. Yazılış tarixi 9 iyun, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Dünən gəldiyini və onunla görüşmək istədiyini yazır.
Başlanır: Doroqomu tovarihu Djalilu…
Bitir: … Tiqran Serqeeviç Smbatğən.
Ölçüsü: 17x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 219.
38.ZİYALOVDAN
Rus dilində. Yazılış tarixi 10 sentyabr, 1925-ci il, Bakı. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Təsərrüfat müdiri Ziyalov III dairənin keçmiş hakimi Şahtaxtinskinin müvəqqəti istifadə üçün apardığı kreslonun bu məktubu gətirən Spirin yoldaşa qaytarılmasını xahiş edir.