10.KİTAB MAĞAZASINA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 oktyabr, 1927-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Kitab mağazasında qalan kitabların sayı və onların pulu hesablanaraq bildirilir.
Başlanır: Məktub. Kitab mağazasına…
Bitir: … Molla Nəsrəddin tərəfindən.
Ölçüsü: 20x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 168.
11.KURORT BÜROSUNA
Rus dilində. Yazılış tarixi 29 aprel, 1931-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub sonda «Molla Nəsrəddin» jurnalı redaksiyasının bənövşəyi rəngli möhürü və katibinin imzası ilə təsdiqlənmişdir.
Məzmunu: Redaksiya jurnalın redaktoru arterioskleroz xəstəliyindən əziyyət çəkən C.Məmmədquluzadə üçün 1931-ci il iyul ayında bir nəfərlik yer ayrılmasını xahiş edir.
Başlanır: V Kur-böro. Redaküiə jurnala…
Bitir: … arteriosklerozom. Sekretarğ Dobrodeev.
Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 297.
12.MƏRKƏZİ POÇT-TELEQRAF KONTORUNUN NƏZDİNDƏ OLAN ABUNƏ ŞÖBƏSİNƏ
Rus dilində. Yazılış tarixi 30 yanvar, 1930-cu il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Mətn üzərində C.Məmmədquluzadə tərəfindən təshih işi aparılmışdır. Məktub sonda redaktor və katibin imzası ilə təsdiqlənmişdir.
Məzmunu: Abunə pullarının alınmasını redaksiyanın əməkdaşı Hacı Axundova etibar edildiyini bildirir.
Başlanır: Otdelu podpiski pri üentr.…
Bitir: … naşemu Qadji Axundovu.
Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 293.
13.NAXÇIVAN İNQİLAB KOMİTƏSİNİN SƏDRİ QƏDİMOVA
Fars dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Teleqram Culfaya göndərilmişdir.
Məzmunu: C.Məmmədquluzadə Naxçıvan İnqilab Komitəsi sədri Qədimovdan Culfa yolu ilə Bakıya gələcəyini hərbi komissar Qarayevə teleqrafla xəbər verməsini və onun üçün şərait yaradılmasını xahiş edir.
Başlanır: Culfa sədri-rev.kom. Naxçıvan…
Bitir: … Nəsrəddin. Cəlil Məhəmmədquluzadə.
Ölçüsü: 23,5x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 181.
14.NAMƏLUM YERƏ
Rus dilində. Yazılış tarixi 9 fevral, 1931-ci il, Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Hara və kimə ünvanlandığı məlum deyil. Mətnin sonunda bənövşəyi mürəkkəblə C.Məmmədquluzadənin öz xətti ilə «Dj. Mamed-Kuli-Zade» qeyd olunmuşdur.
Məzmunu: Jurnalın nəşrinin 25 ilinin tamamı və bu müddət ərzindəki fəaliyyəti nəzərə çatdırılır.
Başlanır: V blijayşie dni (19 aprelə 1931…
Bitir: … Redaktor jurnala «Molla Nasreddin».
Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 295.
Dostları ilə paylaş: |