28.O.İ.ŞMERLİNQDƏN43
I
Rus dilində. Yazılış tarixi 15 oktyabr, 1925-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Mavi rəngli vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: 63 yaşı olduğunu və müsəlman qəzeti olan «Yeni fikir»də işlədiyini bildirir. «Molla Nəsrəddin» jurnalında indi hansı rəssamın işlədiyini soruşur.
Başlanır: Doroqoy Mirza Djalil!..
Bitir: … Vaş İ.Şmerlinq.
Ölçüsü: 12x18 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 233.
29.O.İ.ŞMERLİNQDƏN
II
Rus dilində. Yazılış tarixi 7 may, 1925-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Onun məktublarına səhhətilə əlaqədar olaraq cavab yaza bilmədiyini bildirir və «Molla Nəsrəddin»də yenidən işləmək təklifi qüvvədədirsə şəkil üçün mövzuları göndərməsini xahiş edir.
Başlanır: Doroqoy starıy druq Djalil!..
Bitir: … nailuçşeqo. Vaş O.Şmerlinq.
Ölçüsü: 14,5x22,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 234.
30.O.İ.ŞMERLİNQDƏN
III
Rus dilində. Yazılış tarixi 25 may, 1925-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Pulu, məktubu şənbə günü aldığını və Həmkərlar İttifaqının qurultayı ilə bağlı işinin çox olduğunu yazır.
Başlanır: Doroqoy Djalil! Denejnıy…
Bitir: … krepko jmu. Vaş O.Şmerlinq.
Ölçüsü: 15,5x23 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 235.
31.O.İ.ŞMERLİNQDƏN
IV
Rus dilində. Yazılış tarixi 1 iyun, 1927-ci il, Tiflis. Saya qoşa vərəqin hər iki üzünə qırmızı mürəkkəblə yazılmışdır.
Məzmunu: Tiflisi tərk edib Aşqabadda, yaxud Bakıda yaşamaq istədiyini bildirir. Bakıda mənzil tapmaq barəsində ona yazmağı xahiş edir.
Başlanır: Doroqoy Djalil! Vaşe…
Bitir: … xoroşeqo. Vaş O.Şmerlinq.
Ölçüsü: 13,5x18 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 236.
32.RZAQULU NƏCƏFOVDAN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 22 aprel, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Qardaşı Əliqulu Nəcəfovun44 vəfatının 10 illiyi münasibətilə məqalə yazdığını bildirir. Əli Nəzmiyə salamını çatdırmağı xahiş edir.
Başlanır: Əziz və hörmətli Mirzə!..
Bitir: … yada salırdıq. Riza Qulu Nəcəfov.
Ölçüsü: 17x20,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 209.
33.RZAZADƏDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 13 yanvar, 1929-cu il, Yevlax. Saya vərəqin hər iki üzünə qırmızı mürəkkəblə yazılmışdır.
Məzmunu: Abunəçilərin siyahısını göndərdiyi siyahı ilə yoxlamasını xahiş edir.
Başlanır: Əziz möhtərəm Cəlil…
Bitir: … Yevlax müvəkkili.
Ölçüsü: 13,5x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 214.
Dostları ilə paylaş: |