«MOLLA NƏSRƏDDİN» JURNALI
REDAKSİYASININ
MÜXTƏLİF ŞƏXSLƏRƏ YAZDIĞI MƏKTUB
VƏ TƏLİQƏLƏR
1.ABBASOVA
I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 dekabr, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Sonda «Molla Nəsrəddin» jurnalı redaksiyasının qara rəngdə möhürü var.
Məzmunu: 15 qəpikdən 100 ədəd jurnalın pulunun idarəyə göndərilməsini xahiş edir.
Başlanır: Yoldaş Abbasov. Aşağıdakı hesaba…
Bitir: … «Molla Nəsrəddin» idarəsi tərəfindən.
Ölçüsü: 15,5x19 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.
2.ABBASOVA
II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 14 fevral, 1927-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: 3 manat yarım təşkil edən 6 aylıq «Molla Nəsrəddin» məcmuəsinin göndərildiyi bildirirlir.
Başlanır: Yoldaş Abbasov. Məktubunuza…
Bitir: … «Molla Nəsrəddin» idarəsi tərəfindən.
Ölçüsü: 15,5x19,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.
3.ABBASOVA
III
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 14 noyabr, 1928-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Borcun göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm Abbasov. Jurnalımızın…
Bitir: … «Molla Nəsrəddin» idarəsi tərəfindən.
Ölçüsü: 20,5x23 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.
4.ABBASOVA
IV
Azərbaycan dilində latın əlifbası ilə. Bakı. Yazılış tarixi qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Jurnalın pulundan qalan borcun təcili göndərilməsini xahiş edir.
Başlanır: Yoldaş Abbasov. Köhnə ildən…
Bitir: … tezlik ilə göndərəsiniz.
Ölçüsü: 20x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.
Dostları ilə paylaş: |