9.MƏMMƏDƏLİ SİDQİYƏ Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 21 yanvar, 1913-cü il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır. Məktubu Əliqulu Nəcəfov ünvanlamışdır.
Məzmunu: «Molla Nəsrəddin» jurnalından bir nüsxə göndərdiyini bildirir və jurnal üçün ara-sıra məqalə yazmasını xahiş edir.
Başlanır: Sənə fəda olum!..
Bitir: … mətləb yoxdur. Əliqulu Qəmküsar.
Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 487.
10.SƏMƏDƏLİYEVƏ
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 18 yanvar, 1926-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Abunə pullarının necə göndərilməsini bildirir, kitab və jurnalın satışı üçün bir nəfərin təyin edilməsini xahiş edir.
Başlanır: Məmmədəliyev yoldaşa! Məqaləniz…