5.ƏLƏKBƏR ABBASOVA Rus dilində. Yazılış tarixi 26 oktyabr, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub sonda «Molla Nəsrəddin» jurnalı redaksiyasının bənövşəyi rəngdə möhürü və qırmızı karandaşla «Dobrodeev» yazılaraq təsdiqlənir.
Məzmunu: Jurnalın pulundan qalan borcun təcili göndərilməsini xahiş edir.
Başlanır: Tov. Alekper Abbasov. Priçitaetsə…
Bitir: … nemedlenno. Zav.kom. Dobrodeev.
Ölçüsü: 20,5x19,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.
6.ƏLİ ABBASOVA Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 19 noyabr, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Naxçıvandan gələn məqalə ilə bağlıdır.
Başlanır: Naxçıvan. Əli Abbasov yoldaşa…
Bitir: … hansı abunəçiləri yazırsınız. Cəlil.
Ölçüsü: 15,5x19 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 292*.
7.ƏLİ HƏSƏNƏ Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 noyabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: «Sirkə» və «Molla Fəzləli» kitabçalırının göndərilməsi barəsindədir.
Başlanır: Qabaqca göndərilib sizə «Sirkə»…
Azərbaycan dilində latın əlifbası ilə və rus dilində. Yazılış tarixi 2 fevral, 1929-cu il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Gəncəyə göndərilən jurnalların poçtla geri qaytarılmasını yazır.
Başlanır: Yoldaş Əliyev! Yazıb məlum…