369) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı dəqiqəlik venyilyasiya həcmi (DVH) necə hesablanmalıdır?
A) Tənəffüs həcmi (TH) / tənəffüs siklinin davametmə müddəti
B) Pik (ən yüksək) inspirator təzyiq × tənəffüs həcmi (TH)
C) Tənəffüs yollarında orta təzyiq × tənəffüs həcmi (TH)
D) Tənəffüs həcmi (TH) × tənəffüs hərəkətlərinin dəqiqəlik sayı (THDS)
E) Nəfəsalma müddəti / nəfəsvermə müddəti
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
370) Ağ ciyərlərin sünı ventilyasıya (ASV) aparatlarının əksəriyyətində nəfəsalma/nəfəsvermə triqqer mexanizminin işində hansı universal amildən istifadə olunur?
A) İnspirator təzyiqdən
B) Tənəffüs sikli fazalarının davametmə müddətindən
C) Tənəffüs həcmindən (TH-dan)
D) Nəfəsvermənin sonunda müsbət təzyiqdən (NSMT-dan)
E) Tənəffüs yollarında orta təzyiqdən
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
371) Əməliyyat qurtardıqdan sonra atmosfer hava ilə spontan tənəffüs alan xəstədə aşağıda qeyd olunan parametrlərdən hansı uğurlu ekstubasiyanın aparılmasına marker ola bilər?
A) Ürək yığılmaların sayının 1 dəqiqə ərzində 20-dən çox artması
B) Tənəffüs hərəkətlərinin sayının 1 dəqiqə ərzində 10-dan çox artması yaxud 30-dan çox olması
C) Sistolik arterial təzyiqin 20 mm c.süt artması yaxud enməsi
D) Arterial qan hemoqlobinin oksigenlə doymasını (SaO2-ni) 90%-dən yuxarı səviyyəsində saxlamaq imkanı
E) Tənəffüs həcminın 250 ml-dən az olması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
372) Ağ ciyərlərin süni ventilyasiyasının aşağıda qeyd olunan fəsadlarından hansı yuxarı tənəffüs yollarına aiddir?
A) Traxeobronxitlər
B) Barotravma
C) Oksigenin toksiki təsiri
D) Atelektaz
E) Nozokominal pnevmoniya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
Dostları ilə paylaş: |