Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


  Avropa Konvensiyası və məşğulluq konteksti



Yüklə 1,45 Mb.
səhifə40/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   36   37   38   39   40   41   42   43   ...   122
3.4.1.5.  Avropa Konvensiyası və məşğulluq konteksti 

AİHK  birbaşa  əmək  hüququnu  əhatə  etməsə  də  8-ci  Maddənin  tövsifi

müəyyən şəraitdə əmək sferasını da əhatə edir.  Yuxarıdakı Sidabras və

Džiautas Litvaya qarşı işdə hökümətin keçmiş KQB işçilərinə dövlət sek-

torunda və özəl sektorun müəyyən hissələrində əmək fəaliyyəti göstərmək

üzrə qadağa qoyması, 14-cü Maddə ilə birlikdə götürülməklə 8-ci Maddənin

təsiri  altına  düşüb,  belə  ki,  bu  məsələ  “onların  kənar  mühit  ilə  əlaqə

yaratmasına çətinliklər yaradaraq, onların yaşayış üçün gəlir əldə etməsi

və şəxsi həyatlarının toxunulmazlığı məsələsinə ziyan vurub.”

112

Eyni ilə


Bigaeva  Yunanıstana  qarşı  işdə  müəyyən  edilib  ki,  ixtisasa  çatımlılıq

hüququnu da ehtiva edərək 8-ci Maddə Əmək hüququnu da əhatə edir.

113

AİHM həmçinin həmkarlar ittifaqına üzvlüklə bağlı ayrıseçkiliyi də qadağan



edir. Bundan əlavə həmkarlar ittifaqını yaratmaq hüququ AİHK-da ayrıca bir

hüquq kimi nəzərdə tutulub.

114

Misal:  Danilenkov  və  digərləri  Rusiyaya  qarşı  işdə  ərizəçilər



həmkarlar ittifaqına üzv olduqları üçün işə götürən tərəfindən qısnama

və  az  əlverşli  münasibət  ilə  qarşılaşıblar.

115

Onların  mülki



məhkəmələlərə müraciəti yerli qanunvericilikdə ayrı-seçkiliyin cinayət

prosesinin  tərkib  hissəsi  olması  əsasında  qəbul  edilməyib.  Lakin

dövlət ittihamçısı məsələnin cinayət prosesi çərçivəsində baxılmasını

şirkətin  menecerləri  tərəfindən  nümayiş  etdirilən  ayrı-seçkilik

münasibətinin “məntiqli şübhədən kənar” olmasını əsas gətirərək rədd

edib. AİHM müəyyən etdi ki, milli qanunvericilikdə birləşmək hüququ

çərçivəsində  həmkarlar  ittifaqının  formalaşması  azadlığının

olmaması,  14-cü  Maddə  ilə  birlikdə  götürüldükdə  11-ci  Maddənin

pozulmasına səbəb olur. 

80

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



_____________________________________

113. ECtHR, Bigaeva v. Greece (No. 26713/05), 28 May 2009.

114. Məsələn, AİHM, Demir və Baykara Türkiyəyə qarşı (Demir and Baykara v. Turkey) (No. 34503/97),

12 noyabr 2008. 

115. AİHM, Danilenkov və Başqaları Rusiyaya qarşı  (Danilenkov and Others v. Russia (No. 67336/01),

30 iyul 2009. 





Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin