Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 Sosial təminat və səhiyyəni də ehtiva edən



Yüklə 1,45 Mb.
səhifə42/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   38   39   40   41   42   43   44   45   ...   122
3.4.2.1. Sosial təminat və səhiyyəni də ehtiva edən 

sosial müdafiə  

Bu sahənin diapazonu İrqi Bərabərlik Direktivində izah edilmədiyindən tam

müəyyənləşməyib  və  AƏM-in  məhkəmə  hüququ  ilə  təfsir  olunmalıdır.

Yuxarıda da qeyd edildiyi kimi Sosial Təminat üzrə Gender Direktivi “qa-

nunla müəyyən edilmiş sosial sığorta sxemi üzrə” cinsi zəmində bərabər

münasibətin təminini ehtiva edir.

116

1-ci Maddənin 3-cü bəndi ilə bu sxem



özündə  xəstəlik, əlillik, yaşlılıq, iş mühiti üzrə bədbəxt hadisə və işlə əlaqəli

xəstəliklər  və  işsizlik  məsələləri  də  daxil  olmaqla,  əvvəlki  sxemin

əvəzləyicisi və ya ona əlavə olaraq  sosial yardımı da ehtiva edir. 

“Sosial müdafiənin” izahı tam məlum deyil. Bu sahədə Komissiyanın İza-

hedici Memarandumunun İrqi Bərabərlik Direktivinə təklifinə və eyni za-

manda Direktivin öz mətninə əsasən, bu “sosial təminat” anlayışından daha

geniş  mənanı  kəsb  edəcək.

117


Geniş  yanaşmanı  nəzərə  alaraq,  sosial

sığorta kateqoriyasında olan hallar istisna olmaqla, Hökümət tərəfindən

təqdim edilən istənilən müavinət, yardım, iqtisadi  və ya digər yönümlü

olmasından asılı olmayaraq, bu məsələlər sosial müdafiə kateqoriyası kimi

dəyərləndiriləcək. Bu mənada böyük ehtimal ilə İrqi Bərabərlik Direktivinin

xüsusi sahələrinin tətbiqi bir-biri ilə üst-üstə düşəcək.

Səhiyyə  sahəsində  də  ayrı-seçkilikdən  müdafiənin  əhatə  dairəsi  qeyri

81

Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi



_____________________________________

116. Gender Bərabərliyi Direktivinə (Recast) əsasən “ödəmə” kimi səciyyələnən “peşə” sxemlərindən

fərqli olaraq  

117. Bərabər rəftar prinspinin irqi və ya etnik mənşəyindən asılı olmadan insanlar araslnda bərabər

tətbiqi ilə bağlı Şura Direktivi üzrə təklif COM(1999) 566 final, 25.11.1999. 



müəyyən qalır. Belə görünür ki, bu məsələ bu sahə üzrə çalışan tibbi və

inzibati heyətin dövlət tərəfindən göstərilən səhiyyə xidmətinə çıxışı ilə

əlaqəli ola bilər. Eyni zamanda bu, özəl səhiyyə xidmətləri ilə təmin edilən

xəstələrin  ödəmələri  məcbüri  sığorta  sxemi  üzrə  əvəzin  ödənilməsi

məsələlərində də tətbiq ediləcək. Buradan belə görünə bilər ki, irqi və etnik

zəmində şəxsi sığortalamaqdan imtina və artırılmış sığorta haqlarının tətbiq

edilməsi də bu müddəanın əhatə dairəsində olacaq. Alternativ olaraq, bu

məsələ mallar və xidmətlər müddəasının da təsiri altına düşəcək. 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin