Az
ərbaycan Respublikası Mərkəzi Bankının
2015-ci il üçün pul v
ə maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə
BƏYANATI
2014-cü ild
ə mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatında
dinamik inkişaf və makroiqtisadi sabitlik davam etmişdir. Qeyri-neft sektoru iqtisadi artımın
əsas mənbəyi olmuş, investisiya fəallığı yüksək səviyyədə qalmışdır. Tədiyə balansının profisiti
strateji valyuta ehtiyatlarının artımını təmin etmişdir. Azərbaycan dünya ölkələri arasında
makroiqtisadi sabitlik üzr
ə ilk onluqdakı yerini qorumuşdur. Azərbaycan Respublikasının
Prezidenti
İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi artım və şaxələnmə siyasətinə,
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmış strateji inkişaf
prioritetlərinə uyğun olaraq Mərkəzi Bank 2014-cü ildə də ölkədə makroiqtisadi sabitliyin
t
əmin olunmasında fəal iştirak etmişdir.
M
ərkəzi Bank öz fəaliyyətini inflyasiyanın aşağı təkrəqəmli səviyyədə saxlanılması,
manatın məzənnəsinin və bank sektorunda maliyyə sabitliyinin qorunması, bankların iqtisadi
inkişafda rolunun artırılmasına yönəltmişdir. Qlobal iqtisadi mühitdən irəli gələn risklərə
baxmayaraq, bütün bu m
əqsədlərə nail olunmuşdur. Makroiqtisadi sabitlik qorunmuş, manat
bir daha özünü sabit valyuta kimi t
əsdiq etmişdir. İl ərzində dayanıqlı maliyyə sabitliyi təmin
olunmuş, bank sektorunun iqtisadi artımda və investisiya fəallığının dəstəklənməsində rolu
daha da
artmış, maliyyə xidmətlərinə və resurslarına çıxış imkanları genişlənmişdir.
Ölk
ə iqtisadiyyatının şaxələndirilməsi siyasətinə uyğun olaraq Mərkəzi Bank 2015-ci ildə
makroiqtisadi v
ə maliyyə sabitliyinin qorunmasına, bank sektorunun maliyyə dərinliyinin
artırılmasına, maliyyə-bank infrastrukturunun inkişafına yönəlmiş fəaliyyətini davam
etdir
əcəkdir. Mərkəzi Bank pul siyasəti vasitəsilə növbəti ildə də inflyasiyanın aşağı təkrəqəmli
s
əviyyədə saxlanılmasını hədəfləyir. Bunun üçün ilk növbədə manatın məzənnəsinin sabitliyinin
qorunması mühüm vəzifələrdən biridir. Həmçinin, yeni qlobal və makroiqtisadi çağırışlara
uyğun olaraq pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi davam etdiriləcəkdir.
Kontr-tsiklik bank n
əzarəti modeli və prudensial siyasət vasitəsilə bank sistemində risklərin
çevik idar
ə olunması və bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsi nəzərdə
tutulur. Qeyri-
neft iqtisadiyyatının kreditlərə olan tələbatının effektiv ödənilməsi, maliyyə
xidm
ətləri və resurslarının əlyetərliyinin təmin edilməsi, regionlarda müasir bankçılığın
inkişafı, nağdsız ödənişlərin və elektron bankçılığın miqyasının genişləndirilməsi, ipoteka
mexanizminin t
əkmilləşdirilməsi dövlətin bank siyasətinin növbəti ildə əsas hədəfləridir.
I. 2014-cü ild
ə Mərkəzi Bankın fəaliyyəti
1.1. Makroiqtisadi mühit
QLOBAL İQTİSADİYYAT. Cari ildə qlobal iqtisadiyyatda artım davam etmiş, lakin, bu
artım müxtəlif regionlar üzrə qeyri-bərabər getmişdir. İnkişaf etmiş ölkələrdə iqtisadi fəallıq
nisbətən yüksəlmişdir. Son illərdə büdcə kəsirlərini əhəmiyyətli azaldan fiskal konsolidasiyanın
cari ildə nisbətən yumşaq həyata keçirilməsi stimullaşdırıcı pul siyasəti ilə birlikdə iqtisadi
artımın canlanması üçün mühit yaratmışdır. Lakin, bəzi ölkələrdə, xüsusilə avrozonada suveren
borc probleminin hələ də qalması, makroiqtisadi siyasətin stimullaşdırıcı imkanlarının
tükənməsi və struktur problemlər iqtisadi artımı məhdudlaşdıran amillərdir. İnkişaf etməkdə
olan
ölkələrdə isə iqtisadi artım perspektivləri zəifləmişdir. Qlobal tələbin dəyişkənliyi və
investisiya axınlarının azalması bu ölkələrdə iqtisadi fəallığa mənfi təsir edən amillərdir.
Yaranmış yeni meyilləri nəzərə alaraq, Beynəlxalq Valyuta Fondu (BVF) bir çox ölkələr
üzrə iqtisadi artım proqnozlarını aşağı salmışdır. Son proqnoza görə 2014-cü ildə qlobal
iqtisadi artımın 3.3% olacağı gözlənilir. İqtisadi artım proqnozu inkişaf etmiş ölkələr (İEÖ)
üzrə 1.8%-ə, inkişaf etməkdə olan ölkələr (İEOÖ) üzrə isə 4.4%-ə endirilmişdir. Dünya
iqtisadiyyatında işsizlik əsas problemlərdən biridir. Beynəlxalq Əmək Təşkilatının məlumatına
görə hazırda dünyada 202 milyon işsiz vardır. İşsizlik İEÖ-də 7.6%, İEOÖ-də 6.7%
s
əviyyəsindədir.
Q
lobal ticarətin əvvəllki ildəki 3% artımına qarşı 2014-cü ildə 3.8% artacağı gözlənilir.
Bəzi qabaqcıl ölkələrdə faiz dərəcələrinin artması fonunda qlobal investisiya axınlarının
istiqaməti dəyişir.
Birl
əşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının
(UNCTAD)
məlumatlarına görə cari ilin sonuna birbaşa xarici investisiyaların İEÖ üzrə 35% artacağı, İEOÖ
üzrə isə 1.8% azalacağı gözlənilir.
Son q
lobal iqtisadi proseslər maliyyə sektoruna da təsir edir. Hazırda inkişaf etmiş
ölkələrin bank-maliyyə sistemində əsas çağırış maliyyə dayanıqlığına xələl gətirmədən
iqtisadiyyatın kreditləşdirilməsi kanallarının bərpa edilməsidir.
2014-
cü ildə qlobal tələbin azalması fonunda əmtəə qiymətləri dinamikası azalma
meyilli
olmuşdur. Cari ilin ötən dövründə qlobal əmtəə qiymətləri 19.5%, o cümlədən ərzaq
qiymətləri 8.3%, metal qiymətləri 12.7% azalmışdır. 2014-cü il ərzində neftin əhəmiyyətli
ucuzlaşması (40%-dən çox) müşahidə olunmuşdur. Neftin orta qiyməti isə il üzrə 100 ABŞ
dolları ətrafında olmuşdur.
Qlobal iqtisadiyyatda
fəallığın aşağı düşməsi inflyasiyanın aşağı enməsi ilə müşaiyət
olunmuşdur. 2014-cü ilin sonuna inflyasiyanın İEÖ-də 1.6%, İEOÖ-də isə 5.5% olacağı
gözl
ənilir. Qlobal iqtisadi artım və məşğulluq problemləri, aşağı inflyasiya fonunda əksər
mərkəzi banklar yumşaq pul siyasətlərini davam etdirmiş, o cümlədən qeyri-ənənəvi monetar
ekspansi
ya alətlərindən istifadə etmişlər.
2
XARİCİ İQTİSADİ MÖVQE. 2014-cü ildə milli iqtisadiyyatın əlverişli xarici mövqeyi
qorunmuş, valyuta ehtiyatları artmaqda davam etmişdir. Azərbaycan iqtisadiyyatı cari ildə
region ölkələrində gedən proseslər fonunda yüksək sabitlik nümayiş etdirmişdir.
Dünya
əmtəə bazarlarındakı mövcud konyunktura baxmayaraq, 2014-cü ilin ötən 11
ay
ında xarici ticarət balansının profisiti ötən ilin eyni dövrünə nəzərən 2.7% artmışdir. İxracın
h
əcmi idxalı 2.6 dəfə üstələmişdir. İdxalın 18% azalması müşahidə olunmuşdur. İlin sonuna
cari
əməliyyatlar hesabı üzrə profisitin Ümumi Daxili Məhsulun (ÜDM) 10%-indən çox
olacağı gözlənilir.
Milli iqtisadiyyata xarici investisiyalar 11 ayda 16.5% artaraq 5.6 mlrd.
ABŞ dolları
t
əşkil etmişdir. Ölkənin yüksək beynəlxalq reytinqi ilk dövlət avrobondlarını dünya
bazarlarında əlverişli şərtlərlə yerləşdirməyə imkan vermişdir.
T
ədiyə balansının profisiti şəraitində strateji valyuta ehtiyatları il ərzində 3% artmış,
ehtiyatların ÜDM-ə nisbətinə görə (təqribən 70%) Azərbaycan dünyada ilk 20-likdəki yerini
saxla
mışdır. Valyuta ehtiyatları ölkənin təxminən 3 illik idxalı həcmindədir və xarici dövlət
borcunu 8 d
əfədən çox üstələyir. Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da
gücl
ənmişdir. Qiymətləndirmələrə görə ölkənin məcmu xarici aktivləri öhdəliklərini 2.7 dəfə
üst
ələyir.
İQTİSADİ ARTIM. 2014-cü ildə iqtisadi artım davam etmiş və bunun başlıca mənbəyi
qeyri-
neft sektoru olmuşdur. Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupunda mövqeyini
möhkəmləndirmişdir. Şaxələnmə prosesləri davam etmiş, iqtisadi artımın daxili və xarici tələb
mənbələri arasında yenidən balanslaşması müşahidə olunmuşdur.
Cari ilin 11
ayında real ÜDM 2.2%, o cümlədən qeyri-neft iqtisadiyyatında 6.5%
artmışdır. ÜDM-in 60%-i qeyri-neft sektorunun payına düşmüşdür. Qeyri-neft sənayesində
6.6%, turistl
ərin yerləşdirilməsi və ictimai iaşədə 16.8%, informasiya və rabitədə 14.2%,
tikintid
ə 8.6% artım qeydə alınmışdır. “Sənaye ili” çərçivəsində aparılan məqsədyönlü siyasət
emal s
ənayesində istehsalın artımına müsbət təsir etmişdir. Cari ildə İstehsalçı Etimadı İndeksi
yüks
ək səviyyədə qalmışdır.
Qeyri-neft sektorunda yüks
ək iqtisadi fəallıq şəraitində cari ildə ölkədə 100 mindən çox
yeni, o cüml
ədən 82 mindən çox daimi iş yeri açılmışdır.
2014-
cü ildə iqtisadi artımda daxili tələb, o cümlədən investisiyalar və istehlak mühüm
rol oynamışdır. Cari ilin 11 ayında ölkə iqtisadiyyatına 14.7 mlrd. manat məbləğində
investisiya qoyul
muşdur ki, bunun da 63.1%-i qeyri-neft sektorunun payına düşür. Dövlət
büdcəsinin xərcləri də daxili tələbi dəstəkləmişdir. Əsas kapitala investisiyaların 38.9%-ni
büdcə vəsaitləri təşkil etmişdir.
Ötən 11 ayda əhalinin istehlak xərclərinin artımı 7.5% təşkil etmişdir. İstehlak bazarında
satılmış əmtəə və xidmətlərin həcmi 9% artmışdır. Mərkəzi Bankın ev təsərrüfatları arasında
keçirdiyi sorğular İstehlakçı Etimadı İndeksinin də yüksək səviyyədə qaldığını göstərir.
3
1.2. Pul siyasətinin həyata keçirilməsi
İNFLYASİYA. 2014-cü ildə ölkədə qiymətlərin sabitliyi təmin edilmiş, inflyasiya aşağı
t
əkrəqəmli səviyyədə təmin olunmuşdur. Dünya İqtisadi Forumunun son hesabatına görə
Az
ərbaycan dünyada inflyasiyanın ən aşağı olduğu ölkələrdən biridir.
Cari ilin 11 ay
ında orta ilik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz bəndi
azalaraq 1.5% t
əşkil etmişdir. Bu, ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan (5.2%)
əhəmiyyətli səviyyədə aşağıdır.
M
ərkəzi Bank il ərzində inflyasiyaya təsir edən amilləri daim nəzarətdə saxlamışdır.
M
əqsədyönlü monetar tənzimləmə, daxili tələblə müqayisədə təklifin daha çox genişlənməsi,
dünya
bazarlarında ərzağın ucuzlaşması inflyasiyaya azaldıcı təsir etmişdir. Mərkəzi Bankın
real sektor mü
əssisələri və ev təsərrüfatları arasında apardığı konyuktur sorğular inflyasiya
gözl
əntilərinin azalmasını göstərir.
Dövr
ərzində əhalinin pul gəlirlərinin artımı inflyasiya tempini üstələmişdir. Nəticədə 11
ayda
əhalinin sərəncamında qalan gəlirlər real olaraq 3.6%, real əmək haqqı isə 4% artmışdır.
MƏZƏNNƏ SİYASƏTİ. 2014-cü ildə Mərkəzi Bank əlverişli xarici iqtisadi mövqeyə
əsaslanan məqsədyönlü məzənnə siyasəti həyata keçirərək milli valyutanın - manatın sabitliyini
qorumuşdur. Mərkəzi Bank valyuta bazarındakı proseslərə çevik reaksiya verərək burada
tarazlığı təmin etmişdir.
M
əzənnə siyasəti makroiqtisadi və maliyyə sabitliyi, habelə qeyri-neft sektorunun rəqabət
qabiliyy
ətinin qorunması hədəfləri nəzərə alınmaqla həyata keçirilmişdir.
M
əzənnə siyasətinin həyata keçirilməsi mexanizmi dəyişməz saxlanılmış, ABŞ
dolları/manat ikitərəfli məzənnəsi bu siyasətin əməliyyat hədəfini təşkil etmişdir. Bir sıra xarici
ticar
ət tərəfdaşı ölkələrində milli valyutaların əhəmiyyətli devalvasiyaya uğraması şəraitində
2014-cü ild
ə manatın ABŞ dollarına qarşı məzənnəsi demək olar ki, dəyişməmişdir. Daxili
inflyasiyanın partnyor ölkələrdəki inflyasiyadan əhəmiyyətli aşağı olması isə real effektiv
m
əzənnəyə azaldıcı təsir etmişdir.
Valyutaya t
ələb, nağd və qeyri-nağd bazarda xarici valyutanın alışı mənbələri və motivləri,
t
əklif mənbələri, bəzi tərəfdaş ölkələrin valyutalarının dəyərsizləşməsi ilə bağlı psixoloji amillər
M
ərkəzi Bank tərəfindən operativ izlənilmişdir. Bu əsasda müvafiq tənzimləmə tədbirləri
görülmüş, nəticədə valyuta bazarında sabitlik qorunmuş və manatın məzənnəsində tərəddüdlər
baş verməmişdir.
Az
ərbaycan iqtisadiyyatının mövcud xüsusiyyətləri şəraitində manatın məzənnəsinin
sabitliyi bir daha öz makroiqtisadi
əhəmiyyətini təsdiq edir. Sabit məzənnə inflyasiya və
inflyasiya gözl
əntilərinin idarə olunmasında, əhalinin və real sektorun aktivlərinin dəyərinin
qorunmasında, bank sektorunun maliyyə sabitliyində əhəmiyyətli amildir. Eyni zamanda
m
əzənnənin sabitliyində makroiqtisadi dayanıqlığın daha da möhkəmləndirilməsinə yönəlmiş
struktur siyas
ətlər və iqtisadi siyasətin koordinasiyası da mühüm rol oynayır.
4
FAİZ SİYASƏTİ VƏ PUL KÜTLƏSİ. 2014-cü ildə aşağı inflyasiya şəraitində Mərkəzi
Bank pul siyas
ətinin təşviqedici imkanlarından istifadə etmişdir. İqtisadi artımın daxili və xarici
amill
ərini, ümumən, iqtisadi tsikldəki meyilləri nəzərə alaraq Mərkəzi Bank pul siyasətini
yumşaltmışdır.
Qeyri-neft sektorunda investisiya f
əallığının daha da artmasına və faiz dərəcələrinin
enm
əsinə şərait yaratmaq üçün Mərkəzi Bank 2014-cü ildə faiz dəhlizi parametrlərinə 2 dəfə
d
əyişiklik etmişdir. Nəticədə uçot dərəcəsi mərhələlərlə 4.75%-dən 3.5%-ə endirilmişdir. Eyni
zamanda bankların xarici və daxili öhdəlikləri üzrə məcburi ehtiyat normaları 3%-dən 2%-ə
endirilmişdir. Bu tədbirlər depozit və kreditlər üzrə faiz dərəcələrinə azaldıcı təsir etmişdir.
2014-cü ilin 11
ayında manatla pul kütləsi pula tələbə uyğun olaraq 6.6% artmış, onun
strukturunun yaxşılaşması davam etmişdir. Qeyri-nağd pul kütləsinin artımı nağd pul kütləsinin
artımını 22 faiz bəndi üstələmişdir.
1.3. Maliyy
ə sabitliyinin qorunması
MAKROPRUDENSİAL ÇƏRÇİVƏ. Bank sisteminin xarici və daxili şoklara qarşı
dayanıqlığı artırılmış, maliyyə sabitliyi qorunmuş, maliyyə resurslarının effektiv mobilizasiyası
v
ə bölüşdürülməsi təmin edilmişdir. Bank sistemində risklərin akkumulyasiyasının qarşısının
alınması üzrə zəruri tədbirlər görülmüşdür. Bankların kapitalizasiyası davam etdirilmiş, əsas
riskl
ərin tənzimlənməsinə yönəlmiş prudensial nəzarət çərçivəsi tətbiq edilmişdir.
Bank sektorunda
əsas trendlərin diaqnostikası əsasında sistem əhəmiyyətli risklər
preventiv qaydada m
əhdudlaşdırılmışdır. “Kontr-tsiklik” idarəetmə və erkən xəbərdarlıq
sisteml
əri gücləndirilmişdir.
Sektorun aktivl
ərinin keyfiyyətinin qorunması və kredit risklərinin tənzimlənməsi
m
əqsədilə portfelin strukturunun yenidən balanslaşdırılması istiqamətində müxtəlif vektorlu
destimulyasiya t
ədbirləri həyata keçirilmiş, makroprudensial nəzarət çərçivəsi sərtləşdirilmişdir.
Bankların kapitalizasiyası davam etdirilmiş, kapitalizasiya potensialı aşağı olan banklar
üzr
ə intensiv nəzarət rejimi tətbiq olunmuşdur. Kapitalizasiya qərarının qəbulundan (avqust
2012) ötən dövr ərzində bankların məcmu kapitalı 95% və ya 2 mlrd. manat artaraq 4,2 mlrd.
manata çatmışdır. Sektorun aktivlərinin 99%-nə malik bankların kapitalının həcmi 50 mln.
manatdan yuxarı olmuşdur.
Bank n
əzarətinin risk əsaslı yeni metodoloji çərçivəsi hazırlanmışdır. Bankların
davranış standartlarının müəyyənləşdirilməsi, arzuolunmaz biznes praktikasının aradan
qaldırılması məqsədilə kredit təşkilatlarının sosial məsuliyyətlərinin artırılmasını nəzərdə tutan
“m
əsuliyyətli” kreditləşmə üzrə yeni metodoloji çərçivə müəyyən olunmuşdur.
Banklara etimadın artırılması tədbirləri çərçivəsində maliyyə xidmətləri istehlakçılarının
müdafi
ə mexanizmlərinin formalaşdırılması, mübahisələrin operativ tənzimlənməsi, banklarda
istehlakçıların hüquqlarının müdafiəsi işinin institutlaşdırılması davam etdirilmişdir.
5
Maliyy
ə maarifləndirilməsi sahəsində banklar, beynəlxalq təşkilatlar və dövlət
qurumları ilə birgə silsilə tədbirlər davam etdirilmişdir. 40-dan çox tədris müəssisəsində
maarifl
əndirici tədbirlər keçirilmişdir. Maliyyə savadlığının artırılması üzrə müxtəlif
intellektual resurslardan ibar
ət "Maliyyə Maarifləndirilməsi Portalı"nın yaradılması
tamamlanmışdır.
MALİYYƏ DAYANIQLIĞI. Görülmüş tədbirlər nəticəsində bank sistemində əsas
dayanıqlıq göstəriciləri yaxşılaşmış, bank sisteminin mümkün risklərə qarşı maliyyə
ehtiyatlanması daha da gücləndirilmişdir.
Hazırda bank sektorunun dayanıqlığının əsas indikatoru olan kapital adekvatlığı 12%-
lik normaya qarşı 18,7% təşkil edir. Bank sisteminin məcmu kapitalı cari ilin 11 ayında 21,3%
artmışdır.
Bank sektorunun likvidliyi yüks
əkdir, öhdəlik və hesablaşmaların icrası fasiləsiz həyata
keçirilir. Sistemin ani likvidlik
əmsalı minimum tələbi 2 dəfə üstələyir.
Bank aktivl
ərinin keyfiyyət göstəriciləri qənaətbəxş səviyyədədir. Real sektorun və
əhalinin bank sisteminə vaxtı keçmiş borclarının portfeldə xüsusi çəkisi 5.5% təşkil edir. Bu da
banklar t
ərəfindən yaradılmış ehtiyatlarla tam örtülür.
Xarici borc öhd
əliklərinin bank resurslarında xüsusi çəkisi cəmi 22% təşkil edir və
bu dayanıqlıq baxımından təhlükəsiz səviyyədir.
Cari ild
ə bankların mənfəəti ötən illə müqayisədə 23% artmışdır. Sistemin aktivlərinin
g
əlirliliyi 2%, kapitalın gəlirliyi isə 13,8% təşkil etmişdir.
1.4. Maliyy
ə vasitəçiliyi və bank-maliyyə infrastrukturunun inkişafı
MALİYYƏ VASİTƏÇİLİYİ. 2014-cü ildə bank sektorunun iqtisadi inkişafda rolunun
daha da yüks
əlməsi müşahidə olunmuşdur. Ölkənin strateji inkişaf hədəflərinə uyğun olaraq
M
ərkəzi Bank biznes kreditləşməsinin genişləndirilməsi üzrə müvafiq tədbirlər həyata
keçirmişdir. Bankların maliyyələşmə mənbələrinin dəyərinin azaldılması, biznes kreditləri üzrə
x
ərclərin optimallaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür.
Ölk
ə üzrə maliyyə sistemi aktivlərinin 90%-ni özündə cəmləşdirən bank sektorunun
maliyy
ə dərinliyi cari ildə artmaqda davam etmişdir. Sektorun aktivləri 21.2% artaraq qeyri-
neft ÜDM-in 78%-n
ə çatmışdır. Hazırda Azərbaycan bank sektorunun maliyyə dərinliyi bank
sisteml
əri orta inkişaf səviyyəsində olan ölkələrə uyğundur.
Bank kreditl
əri 18%, o cümlədən uzunmüddətli kreditlər 19.2% artmışdır. Hazırda kredit
protfelinin 81%-d
ən çoxunu uzunmüddətli kreditlər təşkil edir. Cari ilin 11 ayında biznes
kreditl
əri 18%, o cümlədən, sənaye və istehsala 36.3%, kənd təsərrüfatı və emala 14.1%
artmışdır. Biznes kreditlərinin cəmi kredit portfelində xüsusi çəkisi 73% olmuşdur. Regionlara
kredit qoyuluşları isə 39,4% artmışdır.
İstehlak kreditlərində mövcud dinamikanı və potensial riskləri nəzərə alaraq cari ildə bir
sıra tənzimləmə tədbirləri görülmüşdür. Nəticədə, istehlak kreditlərinin artım tempi ötən illə
6
müqayis
ədə 1.9 dəfə azalaraq 19%-ə, ipoteka kreditləri istisna olmaqla isə 11%-ə enmiş,
avtomobil kreditl
ərinin mütləq həcmi 31% azalmışdır. Azərbaycanda istehlak kreditlərinin
kredit portfelind
ə payı Avropa Yenidənqurma və İnkişaf Bankı üzrə ölkələrin orta
göst
əricisindən aşağıdır. İnkişaf etmiş ölkələrdə isə istehlak kreditlərinin portfeldə payı 50% və
daha yuxarıdır.
2014-cü ilin öt
ən dövründə 92 mln. manat məbləğində ipoteka krediti verilmişdir.
N
əticədə, İpoteka Fondunun kredit portfeli 628 mln. manata çatmış, ipoteka krediti alanların
sayı isə 15700-ü keçmişdir. Müvəkkil banklar, sığorta şirkətləri, qiymətləndiricilər və İpoteka
Fondu arasında “Elektron ipoteka”-nın tətbiqinə başlanılmışdır. İpoteka kreditlərinin ümumi
h
əcmi 25% artaraq 1 mlrd. manatı (qeyri-neft ÜDM-in 3%-i) üstələmişdir.
MALİYYƏ XİDMƏTLƏRİNƏ ÇIXIŞ. Hesabat ilində iqtisadi subyektlərin maliyyə
xidm
ətlərinə çıxış imkanlarının genişlənməsi davam etmiş, maliyyə infrastrukturundan istifadə
s
əviyyəsi yüksəlmişdir.
H
ər 100 min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 10-a çatmışdır. Əhaliyə
maliyy
ə xidmətləri göstərən “Azərpoçt”un filialları nəzərə alınmaqla bu göstərici 20 təşkil edir.
2014-cü ild
ə 47 yeni bank filialı açılmışdır ki, bunun da 34-ü regionların payına düşür.
B
ank filiallarının yarıdan çoxu regionlarda cəmləşmişdir.
Alternativ kreditl
əşmə mənbələrinin canlandırılması məqsədilə Mərkəzi Bank tərəfindən
bank olmayan kredit t
əşkilatlarının fəaliyyəti cari ildə də dəstəklənmişdir. Qeyri-bank kredit
t
əşkilatlarının sayı 157-ə, onların filiallarının sayı isə 222-ə çatmışdır. İlin əvvəlindən qeyri-
bank kredit t
əşkilatları üzrə aktivlər 13.3%, kreditlərin həcmi isə 12.3% artmışdır.
Əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsində mühüm rol oynayan
elektron bankçılıq xidmətlərinin inkişafı istiqamətində də tədbirlər görülmüşdür. Hazırda 23
bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir.
M
ərkəzi Kredit Reyestri (MKR) tərəfindən xidmətin yaxşılaşdırılması məqsədilə “ASAN
xidm
ət” mərkəzlərində MKR-in 2 xidmət bölməsi fəaliyyətə başlamışdır. Kredit təşkilatları
t
ərəfindən real vaxt rejimində reyestrə daxil olan sorğuların sayı 2,8 milyonu ötmüşdür.
RESURS MƏNBƏLƏRİ. 2014-cü ildə də banklara inam daha da artmış, nəticədə bank
sektorunun resurs bazası genişlənmiş, resurs mənbələrinin dayanıqlığı güclənmişdir.
2014-cü ilin öt
ən dövründə korporativ depozitlər 35.3% artaraq 8.2 mlrd. manata,
əhalinin əmanətləri isə 10.8% artaraq 7.1 mlrd. manata çatmışdır. Əhalinin manat əmanətləri
11 ayda 15% artmışdır. Regionlarda əmanətlər 12.4% artmışdır.
Hazırda ölkədə hər 1000 nəfərə 473 əmanətçi düşür. Adambaşına əmanətin məbləği 745
manata
, fiziki şəxslərin bank hesablarının sayı isə 6,4 milyona çatmışdır.
Əhali bank sektoru ilə münasibətdə xalis kreditordur. Əhalinin əmanətlərinin həcmi
kreditl
ərini 2,3 mlrd. manat üstələyir. Cari ilin ötən dövründə əmanətlər üzrə əhalinin faiz
g
əlirləri 450 mln. manat olmuşdur.
7
FAİZ DƏRƏCƏLƏRİ. Faiz dərəcələrinin azalması prosesi davam etmiş, bu prosesin
sür
ətləndirilməsi üçün Mərkəzi Bank tərəfindən əlavə tədbirlər görülmüşdür.
İlin əvvəlindən əmanətlər üzrə orta faiz dərəcəsi 0.4 faiz bəndi azalaraq 9.4%-ə
enmişdir. Mərkəzi Bankın uçot dərəcəsindən əlavə may ayından Əmanətlərin Sığortalanması
Fondunun Himay
əçilik Şurası tərəfindən sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin
10%-d
ən 9%-ə endirilməsi də faiz dərəcələrinə azaldıcı təsir göstərmişdir.
Kreditl
ər üzrə faiz dərəcələri də azalma meyillidir. Son 5 ildə bu meyil daha da
gücl
ənmiş, hazırda kreditlər üzrə orta faiz dərəcəsi 14.3%, o cümlədən kommersiya kreditləri
üzr
ə 10.8% təşkil edir. İstehlak kreditləri üzrə isə orta faiz dərəcələri kreditin növündən və
t
əminatlılıq dərəcəsindən asılı olaraq fərqlənir. Ümumən, istehlak kreditləri üzrə faiz dərəcələri
bir çox ölk
ələrdəki faiz dərəcələrinə yaxındır.
ÖDƏNİŞ SİSTEMLƏRİ. Ödəniş sistemlərinin sabitliyinin qorunması, bu sahədə
yaradılmış müasir infrastrukturun tətbiqi miqyasının genişləndirilməsi və innovasiyaların
t
əşviqi 2014-cü ildə də Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən olmuşdur.
Milli Öd
əniş Sistemi vasitəsilə 2014-cü ildə həyata keçirilən ödənişlərin həcmi ÜDM-in
2 mislini t
əşkil etmişdir.
“Elektron hökum
ət” quruculuğu çərçivəsində yaradılmış "Hökumət Ödəniş Portalı"nın
genişləndirilməsi davam etdirilmişdir. Nəticədə kütləvi xidmətlər göstərən 19 təşkilat Portala
inteqrasiya olunmuşdur. Bu təşkilatların göstərdiyi 285-dən çox xidmət növü üzrə ödənişlər
h
əyata keçirilir. Hazırda “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının
göst
ərdikləri xidmətlər üzrə ödənişlərin portal vasitəsilə qəbulu, həmçinin “ASAN ödəniş”
sisteminin infrastruktura inteqrasiyası istiqamətində işlər tamamlanmaq üzrədir.
2014-cü ild
ə kart infrastrukturunun inkişafı davam etmişdir. Ölkədə emissiya edilmiş
öd
əniş kartlarının sayı 5.9 mln. ədədə, bankomatların sayı 2586-a, POS-terminalların sayı isə
68676-
ə çatmışdır. Ödəniş kartlarının sayı 5%, bankomatların sayı 6.8%, POS-terminalların
sayı isə 2 dəfə artmışdır.
II. 2015-ci ild
ə pul siyasəti, maliyyə sabitliyi və bank sektorunun inkişafı
2015-ci ilin pul v
ə məzənnə siyasəti qlobal iqtisadi risklər, milli iqtisadiyyatın strateji
inkişaf çağırışları nəzərə alınmaqla həyata keçiriləcəkdir.
İnflyasiyanın aşağı təkrəqəmli səviyyədə saxlanması pul siyasətinin əsas hədəfini təşkil
ed
əcəkdir.
Manatın məzənnəsinin sabitliyi növbəti ildə mühüm prioritetlərdən biri olacaqdır.
İqtisadi situasiyadan asılı olaraq iqtisadi artıma effektiv dəstək vermək üçün pul
siyas
ətinin çevikliyi artırılacaqdır.
Bank sektorunda
maliyyə sabitliyinin təmin olunması üçün prudensial nəzarət
gücləndiriləcək, kontr-tsiklik tənzimləmə davam etdiriləcəkdir.
8
Biznes
kreditlərinə
çıxış
imkanlarının
genişləndirilməsi, real sektorun
kreditləşdirilməsinin stimullaşdırılması, bank-maliyyə infrastrukturunun inkişafı mühüm
prioritetlər olacaqdır.
Faiz dərəcələrinin azaldılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.
2.1. Qlobal iqtisadi mühit v
ə makroiqtisadi proqnozlar
QLOBAL
İQTİSADİYYAT. Beynəlxalq-maliyyə kredit təşkilatlarının rəyinə görə 2015-
ci ild
ə qlobal iqtisadiyyatın artımı bir qədər sürətləcənək, lakin bu artım regionlar üzrə qeyri-
b
ərabər qalacaqdır. Qlobal əmtəə bazarlarında volatillik dərəcəsi, maliyyə sektorunun
f
əallığının bərpası səviyyəsi, inkişaf etmiş ölkələrdə pul siyasətlərinin xarakteri qlobal iqtisadi
artıma təsir edən əsas amillər olacaqdır.
BVF-nun son proqnozlar
ına görə 2015-ci ildə qlobal iqtisadi artımın 3.8% olacağı
gözl
ənilir. O cümlədən İEÖ üzrə 2.3%, İEOÖ üzrə isə 5% artım proqnozlaşdırılır. 2015-ci ildə
inflyasiya proqnozu
İEÖ üzrə 1.8%, İEOÖ-də isə 5.6% təşkil edir.
2015-ci ild
ə ABŞ-da iqtisadi artım və məşğulluq göstəricilərinin yaxşılaşması şəraitində
yumşaq pul siyasətindən tədricən imtina ediləcəyi gözlənilir. Bu, qlobal maliyyə bazarlarında
faiz d
ərəcələrinə təsir edən vacib amil olacaqdır. Avrozonanın aparıcı ölkələrində isə struktur
islahatları iqtisadi artımın canlanmasında mühüm rol oynayacaqdır.
2015-ci ild
ə qlobal ticarətin 5% artacağı proqnozlaşdırılır. Beynəlxalq kapital
axınlarının növbəti ildə də daha çox İEÖ-lərə istiqamətlənəcəyi gözlənilir. Proqnozlara görə
2015-ci ild
ə birbaşa xarici investisiya axınları İEÖ-lərə 16.3%, İEOÖ-lərə isə cəmi 1.6%
artacaqdır.
MAKROİQTİSADİ PROQNOZLAR. 2015-ci ildə Azərbaycan iqtisadiyyatında artım
davam edəcək, dövlətin strateji inkişaf proqramlarının həyata keçirilməsi iqtisadi artıma təsir
edən mühüm amillərdən biri olacaqdır. İqtisadiyyatın şaxələnməsində qeyri-neft sektorunda
investisiya fəallığı və ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaqdır.
2015-
ci ildə ölkənin xarici iqtisadi mövqeyi əlverişli qalacaqdır. Ölkə iqtisadiyyatının
makroiqtisadi sabitliyi təmin edən yüksək maliyyə dayanıqlığı qorunacaqdır. Mövcud
makroiqtisadi proqnozlar çərçivəsində tədiyə balansının cari əməliyyatlar hesabının profisitli
olması gözlənilir.
2015-
ci ildə iqtisadi artımın 4.4% təşkil etməsi proqnozlaşdırılır. İqtisadi artım əsasən
qeyri-
neft sektoru hesabına təmin ediləcək, qeyri-neft sektoru üzrə artım proqnozu 8.2% təşkil
edir.
İqtisadi artımda daxili tələbin rolu əhəmiyyətli səviyyədə qalacaqdır. Proqnozlara görə
2015-
ci ildə daxili investisiyalar 6.1%, əhalinin pul xərcləri isə real olaraq 5.2% artacaqdır.
2.2. Pul siyas
əti və makroiqtisadi sabitlik
9
PUL SİYASƏTİNİN HƏDƏFLƏRİ. 2015-ci ildə səlahiyyətləri çərçivəsində qiymət
sabitliyinin t
əmin edilməsi Mərkəzi Bankın pul siyasətinin əsas məqsədini təşkil edəcəkdir.
Son qlobal v
ə daxili iqtisadi meyilləri nəzərə alaraq, orta müddətli perspektivdə
inflyasiya
nın aşağı səviyyədə qalması gözlənilir. Növbəti ildə inflyasiya 2-3% səviyyəsində
h
ədəflənir.
Pul siyas
ətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin
edil
əcəkdir. Bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif
amill
ərindən asılı olaraq dəyişəcəkdir.
Növb
əti ildə də Mərkəzi Bank müxtəlif qiymət indekslərinin təhlilinə və inflyasiyanın
proqnozdan k
ənarlaşması risklərinin hərtərəfli qiymətləndirilməsinə xüsusi diqqət yetirəcəkdir.
İnflyasiya (deflyasiya) təzyiqlərinin müvəqqəti və uzun müddətli amillərini fərqləndirmək üçün
baza inflyasiyan
ın dinamikası daim izlənəcəkdir. Pul siyasətinin adekvat reaksiyasının
formalaşmasında Mərkəzi Bank iqtisadi tsikl modelinin nəticələrini də nəzərə alacaqdır.
M
ƏZƏNNƏ SİYASƏTİ. 2015-ci ildə məzənnə siyasətini həyata keçirərkən Mərkəzi
Bank makroiqtisadi sabitliyin t
əmin edilməsi, maliyyə sabitliyinin və qeyri-neft iqtisadiyyatının
r
əqabət qabiliyyətinin qorunması kimi hədəfləri əsas götürəcəkdir.
Manatın sabit məzənnəsi aşağı təkrəqəmli inflyasiya hədəfinə nail olunmasında, sosial
rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rol oynayır. Bunu nəzərə alaraq 2015-
ci ild
ə manatın məzənnəsinin sabitliyi mühüm prioritetdir.
M
əzənnə rejimi əsasən dəyişməz saxlanacaq, ABŞ dolları/manat məzənnəsinin
h
ədəflənməsi növbəti ildə də məzənnə siyasətinin əməliyyat çərçivəsini təşkil edəcəkdir.
Növb
əti ildə də ikitərəfli məzənnə ilə yanaşı, manatın nominal və real effektiv məzənnələri
monitorinq edil
əcəkdir.
PUL SİYASƏTİ ALƏTLƏRİ. Pul təklifinin məqbul artım tempinə nail olmaq üçün 2015-
ci ild
ə Mərkəzi Bank pul bazarında likvidliyin verilməsi və ya sterilizasiyası alətlərindən
istifad
ə edəcəkdir.
Makroiqtisadi proqnozlar pula t
ələbin stabilləşməsi meyilinin 2015-ci ildə də davam
ed
əcəyini göstərir.
Pul bazarındakı vəziyyətdən asılı olaraq Mərkəzi Bank tərəfindən likvidliyin
t
ənzimlənməsi, o cümlədən inyeksiya əməliyyatlarından istifadə diqqətdə saxlanılacaqdır. Bazar
əməliyyatları pul siyasəti məqsədləri ilə yanaşı bank sistemində sabitliyin qorunması, maliyyə
vasit
əçiliyinin stimullaşdırılması və ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsinə xidmət
ed
əcəkdir. Klassik alətlərlə yanaşı qeyri-ənənəvi pul siyasəti alətlərindən də zəruri hallarda
istifad
ə edilməsi təmin olunacaq, o cümlədən banklar vasitəsilə biznesin kreditləşdirilməsi
al
ətləri inkişaf etdiriləcəkdir.
Likvidlik al
ətləri üzrə faiz dərəcələri “faiz dəhlizi konsepsiyası”na uyğun olaraq
mü
əyyənləşdiriləcəkdir. 2015-ci ildə faiz dəhlizinin parametrləri iqtisadi mühitə çevik şəkildə
10
uyğunlaşdırılacaqdır. Öz əməliyyatları üzrə faiz dərəcələrini müəyyənləşdirərkən Mərkəzi Bank
ölk
ədə kreditlər üzrə faiz dərəcələrinin azaldılması prioritetini də nəzərə alacaqdır.
Pul siyas
əti alətlərinin kəmiyyət parametrlərini müəyyən edərkən pul siyasətinin
iqtisadiyyata ötürücülük qabiliyy
əti - transmissiyası xüsusiyyətləri də nəzərə alınacaqdır.
Pul siyas
əti alətlərinin təkmilləşdirilməsi və onların iqtisadiyyata təsirlərinin gücləndirilməsi
istiqam
ətində tədbirlər davam etdiriləcəkdir. Xüsusilə banklararası pul bazarının fəaliyyətinin
gücl
əndirilməsi diqqətdə saxlanacaq, buradakı faiz dərəcələrinin faiz dəhlizi mexanizminə
inteqrasiyası imkanlarına baxılacaqdır.
PUL SİYASƏTİNİN ÇƏRÇİVƏSİ. Mərkəzi Bank pul siyasətinin strateji çərçivəsini
2015-ci ild
ə də təkmilləşdirməkdə davam edəcəkdir. Bu təkmilləşdirmə bir tərəfdən
inflyasiyanın birbaşa hədəflənməsi rejiminə keçid şərtlərinin reallaşdırılması, digər tərəfdən isə
M
ərkəzi Bankın tənzimləmə arsenalının genişləndirilməsi istiqamətlərində aparılacaqdır.
Beyn
əlxalq təcrübəyə görə inflyasiyanın birbaşa hədəflənməsi qiymət sabitliyini təmin
etm
əyin ən effektiv çərçivəsidir. Mərkəzi Bankın faiz dərəcələri vasitəsilə məcmu tələbə,
iqtisadi artıma və inflyasiyaya yüksək təsir imkanlarını nəzərdə tutan bu siyasət çərçivəsi
inflyasiya gözl
əntilərini sabitləşdirir və makroiqtisadi şokların təsirlərini çevik
neytrallaşdırmağa imkan verir. Bunun üçün müvafiq şərait formalaşdıqca (xarici valyuta
m
ənbələrinin şaxələnməsi, maliyyə və kapital bazarlarının dərinləşməsi, bank sektorunun
maliyy
ə dərinliyinin artması və s.) faiz dərəcəsindən məcmu tələbə təsir edən operativ hədəf
kimi istifad
ə olunması imkanları yaranacaqdır.
Pul siyas
əti çərçivəsinin təkmilləşdirilməsi zamanı son vaxtlar dünyada pul siyasəti
dizaynında baş verən dəyişikliklər də nəzərə alınacaqdır. Son qlobal böhran göstərdi ki, mərkəzi
banklar
dayanıqlı iqtisadi inkişafı yalnız qiymət sabitliyi ilə dəstəkləməklə
kifay
ətlənməməlidirlər. Hazırda dünyada mərkəzi bankların hədəf perimetrinin (qiymət sabitliyi
il
ə yanaşı, iqtisadi artım və maliyyə sabitliyi) və alət arsenalının genişləndirilməsi məsələsi
aktuallaşmışdır.
Maliyy
ə sektorunda riskli artımın makroiqtisadi disbalanslar yarada bilmə ehtimalını
n
əzərə alaraq monetar siyasət makroprudensial siyasətlə sıx əlaqələndiriləcəkdir. Pul siyasəti
al
ətləri ilə təmin olunan makroiqtisadi sabitlik maliyyə sektorunda hərarətlənmənin qarşısını
alan kontr-tsiklik makroprudensial al
ətlərin tətbiqi ilə gücləndiriləcəkdir.
2.3. Maliyy
ə sabitliyi siyasəti
M
ərkəzi Bank 2015-ci ildə də bank sektorunun potensial risklərə qarşı dayanıqlığının
yüks
əldilməsinə, risklərin preventiv rejimdə məhdulaşdırılmasına yönəldilmiş fəaliyyətini
davam etdir
əcəkdir.
2015-ci ild
ə bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi Bazel III prinsipləri, habelə
bank f
əaliyyətinin yerli mühitinin xüsusiyyətləri nəzərə alınmaqla davam etdiriləcəkdir. Risk
11
əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin həyata keçirilməsinə imkan verən siyasət
modelinin qurulması, hər bir risk növünün prudensial tələblərlə əhatəsi üzrə işlər davam
etdiril
əcəkdir.
Sektorun aktivl
ərinin keyfiyyətinin qorunması üçün bankların təmkinli kredit fəallığı
v
ə kredit portfelinin strukturunun yenidən balanslaşdırılması təmin olunacaqdır. Kredit
qoyuluşlarının dinamikasının iqtisadi inkişaf strategiyası ilə uzlaşmasını təmin etmək üçün
istehlak kreditl
əri üzrə artımın tənzimlənməsi davam etdiriləcəkdir. Banklarda “məsuliyyətli
kreditl
əşmə” fəlsəfəsinin tətbiqi inkişaf etdiriləcək, girovların realizasiyası mexanizminin
t
əkmilləşdirilməsinə dair yeni təşəbbüslər göstəriləcəkdir. Bank sektorunda riskli artımın
qarşısını almaq üçün növbəti ildə də yeni prudensial nəzarət alətlərinin tətbiqi imkanları
araşdırılacaqdır.
2015-ci ild
ə əməliyyat riskləri üzrə tənzimləmə çərçivəsinin yaradılması və əməliyyat
riskl
ərinin kapital adekvatlığının hesablanmasında nəzərə alınması nəzərdə tutulur. Bank
sistemind
ə konsolidasiya prosesləri davam etdiriləcəkdir. Sistem əhəmiyyətli bankların risk
profilin
ə uyğun nəzarət çərçivəsinin seçilməsi diqqətdə saxlanılacaq, zəruri hallarda
restrukturizasiya istiqam
ətində tədbirlər görüləcəkdir.
Banklarda riskl
ərin idarə edilməsi üzrə daxili potensialın yüksəldilməsi üçün korporativ
idar
əetmə standartlarının kompleks tətbiqi, idarəetmənin keyfiyyətinə, menecmentin
kompetensiyalarına, texnoloji və kadr potensialına tələblərin yüksəldilməsi istiqamətində
f
əaliyyət davam etdiriləcəkdir.
Əhali və korporativ sektorun bank sisteminə etimadının artırılmasına yönəlmiş
t
ədbirlər çərçivəsində maliyyə xidmətləri istehlakçılarının maraqlarının müdafiəsi sisteminin
gücl
əndirilməsi mühüm priortetlərdən biri olacaqdır. Əhalinin maliyyə savadlığı səviyyəsinin
yüks
əldilməsi istiqamətində fəaliyyət gücləndiriləcəkdir. Maliyyə Maarifləndirilməsi Portalının
bu işdə xüsusi rol oynayacağı gözlənilir. Maliyyə savadlığı sahəsində müxtəlif təşkilatlarla
birg
ə kütləvi tədbirlər davam etdiriləcəkdir. Bu istiqamətdə yeni maarifləndirici vasitə və
m
əhsulların hazırlanması təmin ediləcəkdir.
2.4. Maliyy
ə vasitəçiliyi və infrastrukturunun inkişafı
MALİYYƏ DƏRİNLİYİ VƏ KREDİTƏ ÇIXIŞ. 2015-ci ildə Mərkəzi Bank iqtisadiyyatın
şaxələnməsində bank-maliyyə sektorunun rolunun yüksəldilməsi istiqamətində fəaliyyətini
davam etdir
əcəkdir. Maliyyə resurslarını iqtisadiyyatın şaxələnməsinə yönəldən, iqtisadi artıma
effektiv d
əstək verməklə gəlirlərin daha səmərəli bölüşdürülməsinə və sosial rifahın daha da
yaxşılaşmasına xidmət edən maliyyə sisteminin formalaşması təşviq olunacaqdır.
Biznesin uzunmüdd
ətli kredit əldə etməsi imkanlarını artırmaq üçün yeni
maliyy
ələşmə mexanizmlərin yaradılması imkanları araşdırılacaq, bankların real sektora yeni
m
əhsul və xidmətlər təklif etməsi təşviq olunacaqdır. Biznes kreditləşməsinin genişlənməsində
real sektor t
ərəfindən effektiv biznes layihələrinin təqdim edilməsi mühüm amil olacaqdır. Real
12
sektor mü
əssisələrinin maliyyə hesabatlığının beynəlxalq standartlara tam uyğunlaşması,
kreditorların hüquqlarının qorunması mexanizminin gücləndirilməsi biznes kreditlərinə çıxış
imkanlarını artıran mühüm amildir.
Faiz d
ərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bu
istiqam
ətdə bank sektorunun resurs bazasının artırılması üçün əhalinin, korporativ sektorun və
institusional investorların uzunmüddətli yığımlarının bank sektoruna cəlbinin stimullaşdırılması
diqq
ətdə saxlanacaqdır. Habelə, nağdsız ödənişlərin stimullaşdırılması və nəticədə
kreditl
əşmənin resurs mənbələrinin genişləndirilməsi istiqamətində fəaliyyət gücləndiriləcəkdir.
Əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi çərçivəsində qorunan əmanət və
əmanətçilərin əhatəsinin genişləndirilməsi imkanlarına baxılacaqdır. Bank sektorunda
restrukturizasiyanın davam etdirilməsi, banklararası bazarın inkişaf etdirilməsi, banklarda daxili
potensialın gücləndirilməsi və əməliyyat effektivliyinin yüksəldilməsi, habelə bank
xidm
ətlərinin elektronlaşdırılması və distant bank xidmətləri faiz dərəcələrinə azaldıcı təsir
ed
ən amillər olacaqdır.
Regional
bankçılığın inkişafı 2015-ci ildə də diqqətdə saxlanılacaq, kredit institutlarının
regional şəbəkəsinin genişləndirilməsi təşviq olunacaqdır. Fiziki filial şəbəkəsi ilə yanaşı
distansion bankçılıq mexanizmlərinin, o cümlədən, elektron bankçılıq alətlərinin inkişaf
etdirilm
əsi mühüm prioritetlərdən olacaqdır. Regionlarda sosial rifahın yüksəlməsində
mikromaliyy
ənin rolunu nəzərə alaraq bank olmayan kredit təşkilatlarının inkişafına diqqət
artırılacaqdır. Mikromaliyyə institutları, o cümlədən “Azərpoçt” MMC-nin regional xidmət
şəbəkəsi vasitəsilə bank xidmətlərinə çıxışın artırılması üzrə əlavə tədbirlər görüləcəkdir.
İpoteka kreditləşdirilməsi sisteminin inkişafı istiqamətində fəaliyyət 2015-ci ildə də
davam etdiril
əcəkdir. Bu istiqamətdə öyrənilmiş dünya təcrübələri əsasında hökumətlə birlikdə
yeni t
əşəbbüslərin həyata keçirilməsi imkanlarına baxılacaqdır. Sosial ipotekanın əhatəsinin
genişləndirilməsi də mühüm prioritetdir. İpoteka kreditləşməsi prosesinin sadələşdirilməsi
m
əqsədilə “Elektron ipoteka” sisteminin imkanlarından istifadə ediləcəkdir. Vətəndaşların
ipoteka kreditl
ərinə elektron müraciət imkanı yaradılacaqdır. Adi ipoteka kreditləşməsinin
genişləndirilməsi üçün əlavə bazar mənbələrinin cəlbi, yeni ipoteka məhsullarının yaradılması,
ipoteka kreditl
əri üzrə zəmanət mexanizminin formalaşdırılması istiqamətində tədbirlər
görül
əcəkdir.
ÖDƏNİŞ İNFRASTRUKTURU. Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi
növb
əti ildə də prioritet fəaliyyət istiqamətlərindən olacaq, Milli Ödəniş Sisteminin əsas
komponentl
ərinin davamlı inkişafı təmin ediləcəkdir.
Hökumət Ödəniş Portalının infrastrukturundan istifadənin genişləndirilməsi
istiqamətində dövlət qurumlarının portala inteqrasiyası işləri davam etdiriləcəkdir. “ASAN
xidm
ət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə
13
öd
ənişlərin Portal vasitəsilə qəbulu təmin ediləcəkdir. Həmçinin “ASAN ödəniş” sisteminin
yaradılmış infrastruktura inteqrasiyası başa çatdırılacaqdır.
Banklarda elektron bank xidm
ətlərindən istifadənin genişləndirilməsi məqsədilə bu
sah
ədə risklərin idarə olunması, müştərilərin eyniləşdirilməsi, müştəri və bank münasibətlərinin
t
ənzimlənməsi məqsədilə müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.
Yekun
2014-
cü ildə milli iqtisadiyyatda dinamik inkişaf və şaxələnmə prosesləri davam etmiş,
müxtəlif sosial-iqtisadi göstəricilər üzrə ölkənin beynəlxalq reytinqləri daha da yaxşılaşmışdır.
Milli iqtisadiyyat qlobal
gərginliyə və risklərə qarşı daha yüksək dayanıqlıq nümayiş etdirmiş,
iqtisadi
artım davam etmişdir.
2014-cü ild
ə makroiqtisadi sabitlik qorunmuş, inflyasiya aşağı təkrəqəmli səviyyədə
saxlanmış və manatın məzənnəsinin sabitliyi təmin olunmuşdur. Bank sektorunun maliyyə
vasit
əçiliyi və maliyyə xidmətlərinə çıxış inkanları daha da genişlənmişdir. Bank sektorunda
riskl
ərin qabaqlayıcı rejimdə idarə edilməsi nəticəsində bankların maliyyə dayanıqlığı daha da
yaxşılaşmışdır.
2015-ci ild
ə də Mərkəzi Bankın fəaliyyətində makroiqtisadi və maliyyə sabitliyinin
qorunması əsas hədəflərdir.
A
şağı təkrəqəmli inflyasiya səviyyəsinin qorunması və manatın məzənnəsinin sabitliyi
növb
əti ildə də mühüm prioritetlərdir. Eyni zamanda iqtisadi artım çevik pul siyasəti ilə
d
əstəkləklənəcəkdir.
M
ərkəzi Bank bank sektorunda maliyyə dayanıqlığının qorunmasını, o cümlədən risklərin
minimallaşdırılmasını təmin edəcəkdir.
Bank sektorunun maliyy
ə dərinliyinin artırılması və onun iqtisadi artımda daha effektiv
iştirakının stimullaşdırılması istiqamətində də fəaliyyət gücləndiriləcəkdir.
14
Dostları ilə paylaş: |