Şifahi nitqdəki intonasiya, fasilə, vurğu, tembr və s. yazılı nitq ünsiyyətində durğu işarələri vasitəsilə ifadə edilir.
Şifahi nitqdə fikrin emosional çalarını, həyəcanını artıran, onun anlaşılmasını asanlaşdıran vasitələrin-jest və mimikanın yerinə yetirdiyi qrammatik vəzifə yazılı nitqdə sözün məcazlığından, sinonimliyindən və məna çalarlığından geniş istifadə edilmə fəaliyyəti üsulu ilə həyata keçirilir.
Cəmiyyətdə baş verən tarixi prosesləri, mədəniyyət tariximizin vacib məqamlarını şifahi nitq vasitəsilə uzun müddətə yaşatmaq və onu gələcək nəsillərə olduğu kimi çatdırmaq qeyri-mümkün olduğu halda, yazılı nitq bu tarixi missiyanı asanlıqla icra edir. Nizami, Füzuli və digər klassiklərimizin ölməz əsərləri, eləcə də xalqımızın qəhrəmanlıq mübarizəsi, tarixi taleyi ilə bağlı vacib məqamlar və s. bizə yalnız yazılı nitq vasitəsilə gəlib çatmışdır.
Yazılı nitqinsürəti şifahi nitqə nisbətən çox aşağıdır.
Formasından asılı olmayaraq, bütövlükdə nitq dildən törəmişdir. Bu səbəbdən də nitq vahid kommunikativ funksiyanın yeganə başlıca vasitəsidir. Dil öz inkişafını nitqdə tapdığından nitq üçün həmişə baza olmuşdur.