Şifahi və yazılı nitqin oxşar və fərqli xüsusiyyətləri
Oxşar cəhətləri: Nitqin hər iki forması-həm şifahi, həm yazılı nitq ünsiyyətə xidmət edir, kommunikativ vəzifəyə malik olur;
Ədəbi dilin fonetik, leksik və qrammatik normaları nitqin hər iki formasına eyni dərəcədə aiddir;
Nitq mədəniyyətinə verilən tələblər hər ikisi üçün səciyyəvidir;
Yüksək səviyyəli nitq üçün müəyyən edilmiş şərtlər (prinsiplər) həm şifahi, həm də yazılı nitqə tətbiq edilir;
Natiqlik sənətinə məxsus olan əlamətlər: auditoriya üçün anlaşıqlı olmaq, mətləbdən uzaqlaşmamaq, əvvəlcədən nitqə hazırlaşmaq və s. hər iki nitq forması üçün də xarakterikdir.
Lakin bu ümumi cəhətlərin və oxşar əlamətlərin olmasına baxmayaraq, şifahi və yazılı nitqi bir-birindən kəskin şəkildə fərqləndirən xüsusiyyətlər də vardır. Həmin xüsusiyyətlər aşağıdakılardır: