2.Leksik səviyyədə obrazlılıq: Bu səviyyədə obrazlılıq özünü daha çox məcazlar (bədii təsvir və ifadə vasitələri), frazeoloji birləşmələr, antonimlik, omonimlik, sinonimlik, çoxmənalılıq və s. istiqamətdə göstərir. Bədii təsvir vasitəsi – əsərdə bədii dilin mühüm tərkib hissəsidir. Sözün məcazi mənası əsasında yarandığına görə məcazlar da adlanır. Epitet, təşbeh, metafor əsas bədii təsvir vasitələrindəndir.
Epitet - Epitet yunan sözüdür, lüğəti mənası qoşma, sözün digər sözə qoşulması deməkdir və bədii söz birləşmələrinin bir tərəfi olur. Epitet sintaksisdə işlənən təyin termininə uyğundur. Ona görə də epitet termini Azərbaycan dilinə bədii təyin kimi də tərcümə olunur və işlədilir. Epitet şeir dilində işlənən söz birləşmələrinin tərkibində olur, təyin etdiyi sözün ifadə etmək istədiyi əlamət və xüsusiyyətlərini, çalarlarını bildirir. Məsələn: Klassik ədəbiyyatda gözəl üçün işlədilən “gül üzlü”, “sərv boylu”, “ahu baxışlı”, “qələm qaşlı” və s. kimi ifadələr epitetdir. Və yaxud “xalqımızın, dağ cüssəli, qartal baxışlı, qar saçlı övladları nə qədər bir-birinə bənzəyirlər.
Dostları ilə paylaş: |