Sinekdoxa metonimiyanın bir növü olan sinekdoxada bir əlamət, bütöv anlayışı, hissəni, tamı əvəz edir. S.Rəhimovun “Saçlı” romanında Rüxsarənin uzun saçı olduğuna görə Saçlı adlandırılması buna nümunə ola bilər. Bütün sinekdoxalar metonimiya ola bildiyi halda, bütün metonimiyalar sinekdoxa deyil.
Bədii ifadə vasitəsiləri də bədii dilin mühüm tərkib hissəsidir. Bədii ifadə vasitələri daha çox cümlə şəklində olmasına və bitmiş fikir ifadə etməsinə görə bədii təsvir vasitələrindən fərqlənir. Təkrir, bədii sual, kinayə, bədii təzad və s. bədii ifadə vasitələridir.