Təşbeh (bənzətmə) bu, məcazın ən sadə növüdür. Təsvir zamanı iki obyekt qarşılaşdırılır, oxşar cəhətlərdən biri, yaxud bir neçəsi əsas götürülür. Əlaməti zəif olan obyekt əlaməti güclü, qabarıq olan obyektə bənzədilir. Kimi, təki, tək, qədər qoşmaları bənzəyənlə bənzədilən arasında eyniyyət yaranmasına imkan vermir. Məsələn:
Yerdən ayağını quş kimi üzub, ox kimi süzüb...
(S.Vurğun)
Şamların belindən aşan buludlar,
Yun kimi süzülüb daraqdan keçir.
(H.Hüseynzadə)
Təşbehin iki forması var:
Kimi, tək, elə bil, sanki və s. qrammatik əlamətlərlə düzəldilən təşbehler (bənzətmələr). Məsələn, O, elə bil daşdır. Qız lalə tək qızarmaq.
Həmin qrammatik əlamətlər olmadan düzələn təşbehlər. Məsələn, O, tülküdür, yaxud maraldır (insan haqqında).
Dostları ilə paylaş: |