Metafora (istiarə). Hər hansısa bir əşyanın və ya hadisənin əlamətinin adi çəkilmədən başqa bir əşya və ya hadisə üzərinə köçürülməsinə metafora deyilir. Məsələn, Günəş gülümsəyir. Buludlar ağlayır. İstiarə bənzətmə əsasında yarandığı üçün ona gizli təşbeh də deyilir:
Metonimiya.Metonimiya deyilən başqa bir məcaz da vardır ki, burada hadisənin ümumi (küll) ilə bir hissəsi (cüzi) müqayisə edilir. Bəzən hissənin adını çəkməklə hadisənin ümumisi, bəzən isə ümuminin adını çəkməklə bir hissəsi nəzərdə tutulur. Birinciyə misal olaraq belə bir misal işlədək : “Qələmlə dolanıram”. Bu misalda yazıçılıq məfhumunun bir hissəsinin adı çəkilir. Əksinə məfhumun, hadisənin ümumisinin adını çəkib onun hissəsini də nəzərdə tutmaq olar. Məsələn, “Universitet nümayişə gəldi”, yaxud “Danışır Bakı”.