Dil əlamətləri. Ədəbi dilin elmi üslubunun bir sıra dil əlamətləri vardır. Bu əlamətlər dilin müxtəlif sahə və vahidlərində müşahidə olunur.
a)Fonetika sahəsində. Ədəbi dilin elmi funksional üslubunun fonetik əlamətlərini müəyyənləşdirmək üçün fonetik sistemi təşkil edən bütün vahidlər, onların birləşmə və yanaşma formaları, digər fonetik hadisələr nəzərdən keçirilir. Bu üslubda hər bir səsin – fonemin tam tələffüzü tələb olunur. Burada intonasiya və nitqin surəti də xüsusi əhəmiyyət daşıyır.
b)Lüğət tərkibi sahəsində. Ədəbi dilin elmi üslubu üçün bir çox lüğəvi əlamət müəyyənləşdirmək olur:
1. Bu üslub üçün anlayışı ən dəqiq ifadə edən sözlər seçilir.
2. Dar ixtisas sözlərindən, ümumkitab leksikasından geniş istifadə olunur.
3.Emosional-ekspressiv çalarlıq yaradan sözlərə, arxaizm və dialektizmlərə yer verilir.
4. Terminlərdən bol-bol istifadə olunur. Termin elm üçün ən başlıca dil vasitəsidir. Buna görə də elmin müxtəlif sahələrinə aid aparılan tədqiqatlarda terminlərə tez-tez müraciət olunur.
Dostları ilə paylaş: |