Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən



Yüklə 209,49 Kb.
səhifə45/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   ...   41   42   43   44   45   46   47   48   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

Nitqin növləri. Nitq şərait və məqsədlə əlaqədar iki növ olur: a) monoloji nitq; b) dialoji nitq. Monoloq və dialoq nitqin vahidləridir. Buna görə də dialoji nitqin ünsürləri monolojidə, monoloji nitqinki isə dialojidə öz əksini tapır. Bunların hər ikisi nitq ünsiyyətinin sisteminə daxil olub ümumi bir vəzifə yerinə yetirir. Bununla bərabər, hər növün özünə aid həm linqvistik, həm də ekstralinqvistik xüsusiyyətləri vardır.

Monoloji nitq. Linqvistik ədəbiyyatda “monoloji nitq” termini nitqin müəyyən növünü bildirmək üçün işlədilir. Yunancada mono (mono) – bir, loqos (logos) – nitq deməkdir.

Monoloji nitqin əsas mahiyyəti ondan ibarətdir ki, burada hər hansı müəyyən bir ideya, fikir, məsələ, problem, məlumat, informasiya, xatirə, tezis və s. bir nəfərin ardıcıl, rabitəli, geniş və ya qısa nitqi kimi özünü göstərir. Monoloji nitq mühazirə, məruzə, məlumat, çıxış, məktub, məqalə, monoqrafiya və s. formalarda ola bilir. Bunlar şifahi və ya yazılı şəkildə özünü göstərir.

Monoloji nitq müxtəlif məqsədlər güddüyünə görə müxtəlif məzmunlu olur. Məsələn, öyrətmə, inandırma, məlumat vermə, müxtəlif məzmunlu olur. Məsələn, öyrətmə, inandırma məlumat vermə, müxtəlif təbiət və cəmiyyət hadisələri haqqında daxili fikir, hiss və həyəcanlarını ifadə etmə və s. Bu cəhətdən monoloji nitqin elmi, pubisistik, bədii, epistolyar və s. üslublar mövcuddur. Bu üslublardan bir qismi müəyyən hazırlıq, planqurma, uzun müddət düşünmək tələb edir. Məsələn, yazıçı və ya alim hər hansı bir əsərini yazmağa başlamazdan əvvəl bir neçə müddət müəyyən mövzu üzərində düşünmüş, müxtəlif mənbələri araşdırmış, plan cızmış və onun əsasında əsəri yazmışdır. Lakin hər hansı bir gündəlik hadisə barədə məlumat verərkən bu, nitq sahibindən o qədər də hazırlıq tələb etmir. Qeyd etmək lazımdır ki, monoloji nitq, nitq sahibindən yüksək nitq mədəniyyəti tələb edir. L.V.Şerba göstərir ki, çox az adam monoloji nitqə qabildir; adamların çoxu rabitəli danışmağı bacarmır. Bütün bunları hər gün müşahıdə etmək olar, lakin bu hal çox vaxt insan şüuruna çatmır.

L.P.Fedorenko monoloji nitqdən danışarkən fikrini belə izah edir: “Monoloji nitqə malik olmayan adamlar təkçə rabitəli hekayələr tərtib etmək bacarığından məhrum deyillər. Bundan başqa, onlar həm də monoloq şəklində yazılanları başa düşməzlər. Əgər bütün elmi ədəbiyyatın əsas etibarilə monoloq formasında yazıldığı nəzərə alınarsa, onda bizə aydın olur ki, şagirdlərə ədəbi dilin məhz bu formasını öyrətməyin nə qədər böyük əhəmiyyəti vardır”.

Monoloji nitq həm də son dərəcə fəal və ya sərbəst, mütəşəkkil nitq növüdür.

Monoloji nitq iki şəkildə özünü göstərir: şifahi və yazılı. Həcminə görə yazılı monoloji nitq geniş, şifahi monoloji nitq isə qısa, yığcam və konkret olur.

Monoloji nitq zahiri cəhətinə , məzmun və xarakerinə görə təsnif olunur. Bu cəhətdən monoloji nitqin üç formasını göstərmək olar: a) nəqletmə monoloqu; b) təsviri monoloq; c) məlamatverici monoloq.


  1. Nəqletmə monoloqu

Monoloji nitqin bu formasının məzmunu nəqletmə yolu ilə ifadə edilir. Bu formada təsviri monoloqun əksinə olaraq hər şey hərəkətdə, inkişafda verilir. Nəqletmə monoloqu həcminə görə bir cümlədən və ya bir neçə cümlədən ibarət ola bilər. Məsələn, S.Vurğun bəzi poemalarını bir neçə cümlədən ibarət nəqletmə monoloqu formasında başlayır:
Ayazlı, şaxtaı bir qəş axşamı

Yeddi yodaş olub yola düzəldik,

Qarlarla örtülü bir düzə gəldik;

Ayazlı, şaxtalı bir qış axşamı,

O ay dediyimiz göylərin şamı

Bu qarlı düzlərə baxıb yanırdı,

Yolçular getdikcə yol uzanırdı….

Nəqletmə monoloqu bədii ədəbiyyatda yazıçının, nağılçının və ya ədəbi qəhrəmanın dili ilə verilə bilir. Özü də bu tip monoloqa ən çox nəsr əsərlərinin dilində rast gəlinir. Nəqletmə monoloqunda mürəkkəb sintaktik konstruksiyalara daha çox rast gəlinir.



  1. Təsviri monoloq

Təsviri monoloq, əsasən, çoxcümləli nitq vahidindən ibarət olur. Burada təsvir dedikdə, sırf bədii təsvir nəzərdə tutulmur. Hər hansı bir elmi əsərin nəticə hisəsi də alimin təsviri monoloqu kimi səslənir. Təsviri monoloq nitq sahibindən zəngin lüğət tərkibinə maik olmaqla müəyyən hadisə, əşya təbiət və s. haqqinda aydın bir dildə təsvir etmək tələb edir. Bu nitq qabiliyyəti həyatda hər bir şəxsə lazım gəlir. Hər bir kəs öz gördüyünü qarşısındakı adama lazımı səviyyədə çatdırmalıdır. Bu isə uşaqlara lap kiçik yaşlarından aşılanmalıdır. Təsviri monoloqdan bədii ədəbiyyatda yazıçının və ya obrazın nitqində daha çox istifadə olunur. M.Hüseynin “Dost” hekayəsinda verilmiş bir təsviri monoloq nümunəsinə nəzər salaq:

İndi bütün kənd görünürdü. Cərgə ilə tikilmiş təzə ağ evlər, küçənin hər iki yanındakı sakit-sakit axan balaca arxlar, göz işlədikcə uzanan dümdüz şose yolu, hər addımda rəng verib rəng alan güllü-çiçəkli bağçalar, - bir sözlə, illərdən bəri insan əli ilə cənnətə çevrilmiş gözəl, dilbər bir guşə görünürdü.

Verilən bu təsviri monoloq nümunəsi bir neçə cümlədən ibarətdir. Bu bədii parçada yazıçı kiçik bir təsvir yarada bilmişdir.


  1. Məlumatverici monoloq

Bu monoloq formasında hər hansı bir məsələ haqqında məlumat verilir. Məlumat ya rəsmi, ya da qeyri-rəsmi ola bilər. Buraya monoqrafiya məruzə, tezis,çıxış və s. daxildir.

Bu cür monoloji nitq nümunələri öz quruluşuna görə üç tərkib hissəyə bölünür: giriş, sübutetmə, nəticə. Məlumatverici monoloq, əsasən, elmi-publisistik, danışıq, rəsmi üslublarda ifadə edilir. Bədii ədəbiyyatın daxilində də məlumatverici monoloqlara rast gəlinir. Ümumiyyətlə, məlumatverici monoloqu nitqin başqa növlərindən fərqləndirən başlıca cəhət mühakimə irəli sürməkdir. Nümunə üçün A.Şaiqin “Gənclik marşı” şeirinə nəzər salaq:

Bizik bilik, can ordusu, Azərbaycan ordusu,

Qaranlıqlarla çarpışan elm, ürfan ordusu.

Köhnə, çürük qüvələri parçalayıb yıxan biz,

Şimşək kimi parıldayan, ildırım tək çaxan biz,

Daşqın, coşqun sellər kimi hər tərəfə axan biz,

Bizim nurlu aləm quran azad insan ordusu.

Sevgi, atəş ocağıdır Azərbaycan ölkəmiz,

Şərqə, Qərbə işıq saçan, atəş yaxan bizik, biz.

İgidlikdə, hər sənətdə ad çıxarmış nəslimiz,

Bizik bilik arxsınca gedən ön, şan ordusu.

Elmi ədəbiyyatda məlumatverici monoloqa dair müxtəlif məzmunlu bir sıra fikir irəli sürülmüşdür.


Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin