Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən



Yüklə 209,49 Kb.
səhifə44/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   ...   40   41   42   43   44   45   46   47   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

Xarici nitq. Danışıq səsələri ilə ifadə olunan nitqə xarici nitq deyilir. Xarici nitqin vahidləri bütöv və aydın olmalı, dinləyicini qavramada təmin etməlidir. Daxili nitqdən fərqli olaraq, xarici nitq aydınlıq, məntiqlik, ardıcıllıq, səlislik, təsirlilik, ahəngdarlıq və s. tələb edir. Buna görə də hələ daxili nitqdə insanın özü üçün aydın olan bu və ya digər fikri xarici nitqdə eyni aydınlıqla ifadə etmək hər zaman adama müyəssər olmur. Çünki fikrin insanın özü üçün aydın olan ifadəsi – daxili nitq arasında mühüm fərq vardır

İnsan öz xarici nitqində cəmiyyətin müəyyən siyasətinə etika və əxlaq qaydalarına riayət etməli olur və ondan kənara çıxa bilmir. Buna görə də xarici nitq qrammatik qəliblərə salınmaqla bərabər, həm də ideya və məzmunca da müəyyən çərçivəyə düşməli olur. İnsan müəyyən mənada xarici nitqdə özünün əsl fikirlərini ifadə etməməyə çalışır. Dahilərdən biri də belə demişdir: “Dil sizə öz fikirlərinizi gizlətmək üçün verilib”.

Xarici nitq insandan öz fikrini mükəmməl ifadə etmək bacarığı tələb edir. Buna dilçilikdə nitq mədəniyyəti deyilir. Bütün insanlar öz fikirlərini eyni dərəcədə xarici nitq vasitəsilə başqasına çatdıra bilmirlər. Yunan filosofu Aristotel “Poetika” əsərində xarici nitqin mahiyyətini açaraq göstərir: “Sözlə əldə edilə bilən hər nə varsa, hamısı fikir sahəsinə aiddir. Bura daxildir.: sübut, təkzib, daxili aləmdə, məsələn mərhəmət, qorxu, qəzəb və bu kimi digər ruhi halların əmələ gəlməsi, həmçinin böyütmə və kiçiltmə. Aydındır ki, fikrin sözlə şərhində olduğu kimi, hadisələrin şərhində də əgər həmin hadisələri cılız, yaxud dəhşətamiz, böyük, yaxud adi göstərmək lazımdırsa, istifadə olunan vasitələr də gərək eyni mənbələrdən götürülsün, fərq yalnız bundadır ki, hərəkətlər aydın və canlı olmalıdır, nitqin özündən asılı olmayaraq baş verən hərəkət kimi də öz təzahürünü tapmalıdır… “Sözlə ifadənin məziyyəti onun aydınlığında və alçaq olmamasındadır”.

Xarici nitq öz növlərinə, formalarına və tərzinə görə müxtəlifdir. Bu cəhətdən dialoji və monoloji nitq, şifahi və yazılı nitq, vasitəli və vasitəsiz nitq mövcuddur.




Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin