Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən



Yüklə 209,49 Kb.
səhifə95/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   ...   91   92   93   94   95   96   97   98   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

1. Salamlaşma - Mədəni nitqin etiketlərindən olan salamlaşmada xalqımızın milli mentalitetinə uyğun hazır nitq modelləri insanlarda ünsiyyətin başlanğıcı kimi xoş ovqat yaradır, qarşılıqlı anlaşmaya, bir növ, körpü salır. Azərbaycanlılar qarşılaşarkən əvvəlcə mütləq salam və ya salaməleyküm sözlərindən birini işlədir, ardınca günün hansı çağından asılı olaraq Sabahın (sabahınız) xeyir! Günortanız xeyir! Axşamınız xeyir! – ifadələrini işlədirlər. Müsahib elə həmin söz-ifadələrlə cavab verir. Yaşlılar cavabında Aqibətiniz xeyir! Hər vaxtınız xeyir! Ağ bəxt olasınız! - ifadələrini işlətməyə üstünlük verirlər.

2. Sağollaşma - Yaşlılar "xudahafiz" sözünü, yeniyetmələr, gənclər salamat qalın! Sağ olun, Sağlıqla qalın! - ifadələrini, orta yaşlılar isə ailədən gələn adət üzrə bu kəlamlardan birini seçirlər. Əgər sağollaşma mənzildə və ya birinin həyətində baş tutubsa, yola salan "Xoş gəldin!" "Xoş gəldiniz!" deyir, axşamdan xeyli keçmiş gedən şəxs "Gecəniz xeyrə qalsın!", ev sahibi - yola salan isə "Xeyrə qarşı!" ifadəsini işlədir. Bu nitq etiketləri yalnız üzbəüz görüşənlərə deyil, eləcə də telefonla danışanlara da aiddir.


Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin