Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən



Yüklə 209,49 Kb.
səhifə93/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   ...   89   90   91   92   93   94   95   96   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

Nitqin ifadəliliyi. İfadəlik üslub baxımından ən uğurlu dil vasitələri tapıb işlətmək deməkdir. İfadəli nitq təkcə aydın, düzgün, səlis, məntiqi olmaqla bitmir, həm də təsirli, emosional, cazibəli formada öz əksini tapır. İfadəli nitq ondan bəhrələnənlərin hisslərinə təsir edir, marağını artırır, çünki burada məntiq güclü olduğu kimi, ifadə tərzi də tutarlı söz, ifadə və ibarələrlə həm zəngin, həm də ifadəlidir. İfadəliyi çox vaxt söz sənətkarlarına aid edirlər, axı onlar dilin zəngin söz xəzinəsinə, onun qayda-qanunlarına daha yaxşı bələddirlər. Onlar özlərindən əvvəl yaşayıb-yaratmış sələflərinin bədii irsinə dərindən yiyələnirlər, deyilmişləri təkrar etmədən orijinal fikirlərini daha emosional, cazibəli, mənalı ifadə etmək bacarığı nümayiş etdirirlər, dilin bütün sisteminə - fonetika, leksika, semantika, qrammatika, intonasiya və üslubiyyata hərtərəfli bələd olmaqla yeni dil vasitələri düzəldib işlədirlər. Elə buna görə də onların dili zəngin, obrazlı, ahəngdar və ifadəli nitq kimi yeni nəslə, özlərindən sonra gələn sənətkarlara gözəl miras kimi ötürülür. İnsan hisslərinə təsir göstərən, onu həyəcanlandıran, ruhunu pərvazlandıran, qəlbini ehtizaza gətirən, könlünü oxşayan nitq ifadəlidir. Nitqin şüura təsiri dərəcəsinə görə şeir nəsrə nisbətən daha güclü vasitədir. Şeirdə bədiilik və obrazlılıq yüksək, daha əyani və güclüdür. İ.Nəsiminin, M.Füzulinin, M.P.Vaqifin, A.Ələsgərin, M.Ə.Sabirin, S.Vurğunun şeirləri ifadəli nitqin gözəl nümunələridir. Bu şeirlərdə bədii nitq forması zahirən çox sadə, leksikası, intonasiyası və sintaksisi baxımından çox rəvan, oynaq və səlisdir. Bu şeirlər sanki xalq musiqisi ilə harmoniya təşkil edir. Nitqin ifadəliyi ünsiyyət mühiti ilə dilin struktur sahələri və üslub sistemi ilə şərtləşir. İfadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və dili yaxşı bilməklə onun ifadəlik imkanlarını duyub qiymətəndirməklə əlaqədardır. Adi sözlərdən qurulmuş epitet, metafora, metonimiya, sinekdoxa və məcazlar ifadəliyi, bədiiliyi gücləndirən vasitələrdir. İntonasiyanın ifadəlik imkanları daha böyükdür. O, nitqin qrammatik və leksik-semantik normalarının əsasıdır. İfadəli nitq bədii və obrazlı olur. Obrazlılıq nitqin bütün təzahür formalarında bu və ya digər dərəcədə özünü göstərsə də, bədiilik ancaq bədii əsərlərə xasdır. Nitqin ifadəliyi eyni zamanda onun ekspressivliyi, emosionallığı ilə əlaqədardır. Ekspressivlik özü emosionallıq və obrazlılıqla birlikdə təzahür edir. Ekspressivliyi yaratmaq sinonimlərin işlədilməsi əsasında aparılır. İfadəli, bədii nitq emosiyalara təsir etməklə insanda müəyyən gözəl duyğular, xoş hisslər oyadır və emosionallığa səbəb olur. Bədiilik və obrazlılıq bədii təfəkkürün məhsulu olmaqla ədəbi bədii əsərlərə xas keyfiyyətdir. Bədiilik ən çox poetik obrazlılıq anlamında işlədilir. O, söz sənətkarlarının yaradıcılığında təzahür tapır və yalnız bədii əsərlər üçün səciyyəvidir. Bədiilik sənətkarın mövzu seçmə qabiliyyətindən, obrazları təsvir etmə məharətindən, obrazlı dil vasitələrindən yaradıcılıqla istifadəsindən asılıdır. Nitqin obrazlığı, emosional keyfiyyəti, təsirliyi ekspressivlik anlamındadır. Emosionallıq emosiyanın (fransızca "həyəcan", "hiss", "təsəvvür") ifadəsinə xidmət edir. Emosionallıq, ekspressivlik və obrazlılıq yaxın anlayışlardır, onlara patetik çıxışlarda, qızğın və coşqun nitqlərdə rast gəlirik. Ekspressivlik dilin bütün səviyyələrində müxtəlif ifadə vasitələri ilə yaranır. Emosionallıq törədən əsas dil vahidləri aşağıdakılardır: 1) Hissi halları ifadə edən sözlər (təəssüf, heyf, yaxşı ki və s.) 2) Fikrə danışanın emosional münasibətini bildirən sözlər (afərin, yaşa, var ol; yaramaz, alçaq, şərəfsiz və s.) 3) Emosional qiymətləndirici sinonimlər ("getmək" əvəzinə "götürülmək", "daban alıb qaçmaq", "əkilmək", "aradan çıxmaq": "ölmək" əvəzinə "gəbərmək", "cəhənnəmə vasil olmaq" və s.). 4) Məcazi mənalı sözlər; 5) Emosionallıq bildirən nidalar və ədatlar (heyhat, əfsus, ay gəldi ha! və s.) Emosionallıq yaradan söz və ifadələr cümlədə özünü müxtəlif çalarlı emosional boyalar şəklində göstərir: ġaban nənə. -A sənin atan-anan tünbətün düşsün! A sənin belə əkib-doğanuvun atasına nəhlət! (C.Məmmədquluzadə); Bas bayıra, sənin yerin təkyə, filandı, ay xala! (Ə.Vahid)

Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin