Loqistika etimologiyası birmənalı deyildir. Belə ki, qədim yunan dilində logos “idrak”, log “təfəkkür”, logismas “fikir hesablama planı”, loqo “müzakirə etmək”, logistika “hesablamaların praktik aparılma mədəniyyəti” kimi mənalarını bildirir. Antik dövrdə logistika ərzaqları, təchizatları nəqletmə və yerdəyişmə mənasını daşıyırdı.
Loqistikanın tarixi. Bir elm sahəsi kimi logistika 1950-ci illərin əvvəllərində ilk dəfə olaraq ABŞ-da mülki sahədə formalaşmağa başladı. Logistikanın təkamülü baxımından XX əsrdə yaranmaqla onu bir neçə tarixi inkişaf mərhələlərinə bölmək olar:
Birinci mərhələ 1920-1950-ci illəri əhatə edir. Bu dövrdə logistika biznes fəaliyyətindən kənarda idi və biznes nəaliyyəti üçün əhəmiyyətsiz hesab olunurdu.
İkinci mərhələ 1950-ci illərin ortalarından 1970-ci ilə qədərki dövrü əhatə edir. Mütəxəssislər bu dövrü logistikanın yaranması dövrünə aid edirlər.
Üçüncü mərhələ 1970-ci ildən 1980-ci illərin ortalarına kimi olan müddəti əhatə edir. ABŞ Miçiqan Universitetinin logistika üzrə nüfuzlu mütəxəssislərindən sayılan Donald Bauersons bu dövrü logistik intibah dövrü adlandırmışdır.
Dördüncü mərhələ logistikanın perspektiv inkişaf mərhələləri adlanır. Bu mərhələ istehsal, təchizat, satış və istehlak prosesinin hər birinə kompleks yanaşmaqla logistik sistemlərin tam qurulmasını nəzərdə tutur.