Cədvəl 1.1
Yaşayış və sosial-mədəni obyektlərin tikintisi (bütün maliyyə mənbələri hesabına)
|
Yaşayış evləri
|
Xəstəxana
|
Ambulatoriya-poliklinika müəssisələri
|
Ümumtəhsil məktəbləri
|
Məktəbəqədər uşaq müəssisələri
|
Ümumi sahə,
min kv. metr
|
əvvəlki ilə
Nisbətən, faizlə
|
Çarpayı
|
əvvəlki ilə nis-bətən, faizlə
|
növbədə qəbul
|
əvvəlki ilə nis-bətən, faizlə
|
Şagird yeri
|
əvvəlki ilə nis-bətən, faizlə
|
yer
|
əvvəlki ilə nis-bətən, faizlə
|
1990
|
2848
|
107,5
|
1366
|
97,8
|
3337
|
81,6
|
39387
|
112,3
|
5595
|
68,6
|
1995
|
601
|
77,1
|
110
|
45,8
|
350
|
-
|
300
|
26,2
|
-
|
-
|
2000
|
487
|
117,0
|
40
|
160,0
|
70
|
-
|
2410
|
89,3
|
-
|
-
|
2001
|
560
|
115,0
|
30
|
75,0
|
-
|
-
|
2372
|
98,4
|
90
|
-
|
2002
|
803
|
143,5
|
203
|
6.8 d.
|
-
|
-
|
5298
|
2.2 d.
|
40
|
44,4
|
2003
|
1339
|
166,7
|
45
|
22,2
|
67
|
-
|
15451
|
2.9 d.
|
96
|
2.4 d.
|
2004
|
1359
|
101,5
|
160
|
3.6 d.
|
288
|
4.3 d.
|
20961
|
136,7
|
306
|
3.2 d.
|
2005
|
1593
|
117,2
|
72
|
45,0
|
441
|
153,1
|
44668
|
2.1 d.
|
53
|
17,3
|
2006
|
1583
|
99,4
|
680
|
9.4 d.
|
480
|
108,8
|
47646
|
106,7
|
150
|
2.8 d.
|
2007
|
1616
|
102,1
|
320
|
47,1
|
523
|
109,0
|
83686
|
175,6
|
1145
|
7.6 d.
|
2008
|
1845
|
114,1
|
872
|
2.7 d.
|
1142
|
2.2 d.
|
67413
|
80,6
|
5095
|
4.5 d.
|
Mənbə: www.azstat.org.az
Cədvəl məlumatlarının təhlili göstərir ki, 1990-cı ildə ümumi sahəsi 2848 min.kv. metr olan yaşayış evləri tikilmişdir. 1990-cı ildən sonra bu göstərici üzrə kəskin azalma müşahidə edilmiş və 1999-cu ilə qədər bu proses davam etmişdir. 2000-ci ildən başla-yaraq tədricən artmağa başlamış və 2008-ci ildə 1845 min kv. metrə (2000-ci illə müqayisədə 3,4 dəfə artmışdır) çatmışdır. Əs-lində son illərdə tikinti sektorunda, xüsusilə mənzil, (yaşayış binalarının tikintisində) sürətli inkişaf gedir. Hesab edirik ki, tikilən yaşayış sahəsi statistikada veriləndən bir neçə dəfə çoxdur. Fikrimizcə, statistikada verilən rəqəmlər artıq yaşamaq üçün tam təhvil verilmiş yaşayış sahələrini əks etdirir.
Bundan başqa, son illərdə xəstəxana, ambulatoriya-poliklini-ka müəssisələri, ümumtəhsil məktəbləri, məktəbəqədər uşaq müəssisələrinin tikintisində də sürətli inkişaf baş vermişdir. Qeyd edək ki, 2000-2008-ci illərdə Azərbaycanda 11185 min kv.metr yaşayış evi, 2422 xəstəxana, 3011 ambulatoriya-poliklinika müəssisəsi, 289,9 min şagird yerlik ümumtəhsil məktəbi, 6975 məktəbəqədər uşaq müəssisəsi tikilib istifadəyə verilmişdir.
Təcrübə göstərir ki, sosial infrastruktur sahələrində əsas fondların müasir tələblərə cavab verməsi bir sıra sahələrdə iqti-sadi səmərəliliyin yüksəldilməsinə təsir göstərir.
Sosial infrastruktur sahələrinin kadr təminatı: Sosial infrastrukturun resurs təminatından danışarkən ilk növbədə, onun kadr potensialının əhəmiyyətini vurğulamaq lazımdır. Çünki bü-tün sahələrdə olduğu kimi, bu sahədə də kadrlar ən zəruri resurs hesab olunur. Hesab edirik ki, sosial infrastruktura daxil olan sahələrdə, xüsusilə elm, təhsil, səhiyyə xidmətlərində kadr poten-sialının keyfiyyəti daha vacibdir. Məlum olduğu kimi, bu xidmət sahələri cəmiyyətin inkişafının əsasını təşkil edən insan kapitalını formalaşdırır. Yeri gəlmişkən onu da qeyd edək ki, sosial infra-struktur üçün kadr potensialı elə onun özündə, yəni kadr hazırlığı ilə məşğul olan müəssisələrdə (peşə məktəblərində, orta ixtisas və ali təhsil məktəblərində və s.) formalaşır. Əgər təhsil sahəsində kadr hazırlığı səviyyəsi aşağı olarsa, onda sosial infrastrukturun keyfiyyətli kadrlarla təminatında problem yaranacaqdır. Bu da son nəticədə cəmiyyətin inkişafına mənfi təsir göstərəcəkdir. Bu baxımdan sosial sferada kadr potensialının formalaşması və isti-fadəsi, onların əməyinin düzgün qiymətləndirilməsi və ödənilməsinin təşkili sosial infrastrukturun inkişafı üçün olduqca vacibdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına görə ümumilikdə iqtisadiyyatda məşğul olanların təqribən yarısı sosial infrastruktur sahələrində məşğul olanlardır. Aşağıdakı qrafikdə sosial infrastruktur sahələrində məşğul onların iqtisadiyyatda məşğul olanların sayına olan nisbəti öz əksini tapmışdır. (Qrafik 1.2)
Mənbə: www.azstat.org.az materialları əsasında tərtib olunmuşdur.
Qrafikdən göründüyü kimi, sosial infrastruktur sahələrində məşğul olanların xüsusi çəkisi xeyli yüksək olmuşdur. Belə ki, bu nisbət son 8 ildə 49-50% arasında dəyişmişdir. Lakin yaradılan ÜDM-də bu sahələrin payı azdır.
Təcrübə göstərir ki, sosial sferada məşğul olan heyətin key-fiyyət tərkibinə, peşəkarlığına və psixoloji hazırlığına, müxtəlif sosial qruplarla işləmək bacarığına tələbat həmişə yüksək olmuş-dur. Ona görə də bir qayda olaraq (məsələn elm, təhsil, mədəniy-yət, turizm, sosial sığorta idarələri və s. sahələri buna misal gös-tərmək olar) sosial sahələrdə işləyənlər arasında ali təhsillilərin faiz nisbəti yüksək olur. Bəzi sahələrdə isə ali təhsillilərə deyil, müxtəlif peşə (xüsusilə ictimai iaşə xidmətində) sahiblərinə daha çox ehtiyac duyulur.
Ümumiyyətlə, tədqiqatlar və həyat təcrübəsi sosial infrastruk-turun kadr potensialının sosial sferanın iqtisadi effektivliyinin yüksəldilməsində və sivil cəmiyyətin formalaşmasında mühüm yer tutduğunu göstərir. Bu baxımdan sosial infrastruktura daxil olan sahələrdə çalışanların sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial siyasətinin mühüm tərkib hissəsi olmalıdır. Çünki əvvəldə də qeyd olunduğu kimi, məhz bu sferada çalışanlar cə-miyyətin intellektual potensialının formalaşmasında mühüm rol oynayır. Hər bir dövlətin intellektual potensialı isə onun gələcək inkişafının hərəkətverici qüvvəsidir.
Hazırda ölkədə sosial infrastruktur sahələri üçün kadr hazırlığı universitetlərdə, orta ixtisas məktəblərində, peşə məktəblərində həyata keçirilir.
Dostları ilə paylaş: |