Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Cədvəl 2.1 Əhalinin beynəlxalq miqrasiyası



Yüklə 0,56 Mb.
səhifə17/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Cədvəl 2.1
Əhalinin beynəlxalq miqrasiyası1) (min nəfər)

İllər

Ölkəyə gələnlər

Ölkədən gedənlər

Miqrasiya saldosu

o cümlədən:

şəhər yerlərində

kənd yerlərində

1990

84.3

137.9

-53.6

-52.7

-0.9

1991

66.3

106.4

-40.1

-39.4

-0.7

1992

35.7

49.9

-14.2

-13.8

-0.4

1993

16.3

28.5

-12.2

-11.9

-0.3

1994

8.6

19.6

-11.0

-10.8

-0.2

1995

6.2

16.0

-9.8

-9.5

-0.3

1996

5.8

13.2

-7.4

-7.2

-0.2

1997

7.5

15.7

-8.2

-8.1

-0.1

1998

5.4

10.5

-5.1

-5.0

-0.1

1999

4.8

9.1

-4.3

-3.5

-0.8

2000

4.4

9.9

-5.5

-5.0

-0.5

2001

2.6

7.3

-4.7

-3.6

-1.1

2002

1.2

4.3

-3.1

-2.0

-1.1

2003

2.5

3.8

-1.3

-1.6

0.3

2004

2.4

2.8

-0.4

-0.7

0.3

2005

2.0

2.9

-0.9

-0.6

-0.3

2006

2.2

2.6

-0.4

-1.9

1.5

2007

2.0

3.1

-1.1

-1.4

0.3

2008

3,6

2,5

1,1

0,5

0,6

1)1990-ci ilə qədər miqrasiya haqqında məlumatlar SSRİ Dövlət Statistika Komitəsində işlənilirdi



Mənbə: http://www.azstat.org/statinfo/demoqraphic/az/049.shtml

Qeyd edək ki, miqrantların sayı anlayışında bir qədər şərtilik vardır. Çünki eyni şəxs yaşayış yerini il ərzində bir neçə dəfə dəyişə bilər. Amma miqrantların sayı, bir qayda olaraq, miqra-siyaların sayından az və ya onlara bərabər olur. Təhlillər də göstərir ki, qısa vaxt intervalında (1 il) miqrasiyaların sayı ilə miqrantların sayı arasındakı fərq böyük olmur.


Miqrantların gəlmə və getmə ərazilərinin şəhər və ya kənd sta-tusuna aid edilməsi miqrasiya axınlarını “şəhərdən şəhərə”, “şəhərdən kəndə”, “kənddən şəhərə”, “kənddən kəndə” qrupla-rına bölür. Miqrasiya axınları həm də ərazilər (məsələn, dövlətlər, vilayətlər və s.) və ya ərazinin hissələri (onların hüdudunda) arasında baş verir. Ərazilərin sərhədlərini keçmək nöqteyi-nəzə-rindən ölkə daxilindəki miqrasiya rayondaxili və rayonlararası və s. miqrasiyalara bölünür.
Əmək ehtiyatlarının miqrasiyası - əmək qabiliyyətli əhalinin iqtisadi xarakterli səbəblərlə əlaqədar yerdəyişməsi, başqa yerə köçməsidir. Bu halda ölkənin sərhədlərindən keçilib-keçilməməsindən asılı olaraq daxili və xarici miqrasiyanı fərqləndirirlər. İşçi qüvvəsinin daxili miqrasiyası (ölkənin regionları arasında, şəhərdən kəndə) məhsuldar qüvvələrin əsas elementi olan əmək resurslarının yenidən bölüşdürülməsi forması, eləcə də əhalinin tərkibinin və yerləşməsinin dəyişməsi amili ki-mi böyük iqtisadi əhəmiyyət kəsb edir. Bu halda ölkə əhalisinin sayı dəyişmir. Xarici miqrasiya ölkə əhalisinin sayına təsir gös-tərir, onu miqrasiya saldosu qədər artırır və ya azaldır. Bu artım və ya azalma müəyyən ölkənin hüdudlarından kənara köçmüş insanların (mühacirlərin) sayı ilə həmin ölkəyə onun hüdud-larından kənardan köçüb gəlmiş insanların (immiqrantların) sayı arasındakı fərqə bərabərdir.
Miqrasiyanın cari uçotu şəhər daxilində və ya inzibati rayonun hüdudunda yerləşən kənd yaşayış məntəqələri arasında yaşayış yerini dəyişən şəxslərin hərəkətini əhatə etmir.
Bazar iqtisadi sistemini digər iqtisadi sistemlərdən (sosialist təsərrüfar sistemindən) fərqləndirən əsas cəhət məhz azad sahib-karlıqmülkiyyət münasibətləri ilə bağlıdır. Bu baxımdan mül-kiyyət münasibətlərinin transformasiyasının kompleks tədqiqi bazar iqtisadiyyatına keçid dövrünün ən aktual problemlərindən biridir. Çünki bazar iqtisadiyyatına keçid dövründə nəzərəçar-pacaq dəyişikliklərdən biri də məhz mülkiyyətə olan münasibətin dəyişməsidir. Lakin onu da qeyd etmək vacibdir ki, sosial sferada bazar münasibətlərin formalaşması maddi istehsal sahələrinə nis-bətən daha həssasdır.
Məlumdur ki, Azərbaycanda 70 ildən çox bir dövr ərzində inzibati-amirlik sistemi mövcud olmuşdur. Qeyd olunan sistemdə isə mülkiyyətin təqribən 90%-i dövlətin əlində cəmləşirdi. Lakin müstəqillik əldə etdikdən sonra respublikanın yeni iqtisadi siste-mə, bazar iqtisadi sisteminə keçməsi ilə əlaqədar olaraq mülkiy-yət münasibətlərində də köklü dəyişikliklər baş verdi. Belə ki, respublikamızın iqtisadi və sosial inkişafının əsas istiqaməti ola-raq bazar mühitini yaratmaq, rəqabət qabiliyyətli istehsal və xidmət sahələrini inkişaf etdirmək üçün dövlət mülkiyyətinin özəlləşdirilməsi, transformasiyası həyata keçirilməyə başlandı. Bu tendensiya sosial sferada da mülkiyyət münasibətlərinin bazar iqtisadi sisteminə transformasiyasını aktuallaşdırırdı. Onu da qeyd edək ki, bazar münasibətlərinin formalaşmasının ilkin mər-hələsində bir sıra sosial sahələrin özəlləşdirilməsi və onların fəaliyyətinin bazar münasibətlərinin tələblərinə uyğunlaşdırılması prosesi müşahidə edilirdi. Bunu sosial sferaya daxil olan bir sıra sahələrin kiçik və onlarda işləyənlərin sayının az olması, eləcə də bu sahələrdə özəlləşdirmə prosesinin nisbətən asan olması ilə əlaqələndirmək olar.
Qeyd edək ki, sosial sferada mülkiyyət münasibətlərinin bazar iqtisadiyyatına transformasiyası iqtisadi və sosial münasibətlərin formalaşması və möhkəmləndirilməsində, sahibkarlığın inkişa-fında əhəmiyyətli rol oynamışdır. Məlumat üçün bildirək ki, inki-şaf etmiş ölkələrin təcrübəsində sosial sferada sahibkarlıq fəaliy-yəti iqtisadiyyatın inkişafında mühüm yer tutur.
Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti insanlar arasında müna-sibətlərin qurulmasını və eyni zamanda insanlarda özünətəlabət prinsiplərinin üstün mövqe tutmasını əsaslandırır. Bu baxımdan sahibkarlıq fəaliyyəti sosial sferada əhaliyə göstərilən xidmət-lərin yaxşılaşdırılmasında, iqtisadiyyata qoyulan xüsusi kapitalın (investisiyaların) və s. artımında xüsusi yer tutur. Bazar iqtisadiy-yatına keçid alan ölkələrdə özəlləşdirmə sahibkarlıq fəaliyyətinin ilkin inkişaf mərhələsi kimi qəbul edilir.
Özəlləşdirmə: Özəlləşdirmə sahibkarlığın inkişafı, iqtisadi artım üçün şərait yaradan təsərrüfat mexanizmidir. Məlum olduğu kimi, 1993-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Milli Məclisi “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanun qəbul etmişdir. Özəlləşdirmənin, sahibkarlığın, iqtisadi artımın stimullaşdırılması və iqtisadi potensialın istifadəsinin təsərrüfat dövriyyəsinə intensiv cəlb edilməsi üçün lazım olan hüquqi və normativ bazanı təmin etmək məqsədi ilə Ölkə Prezidenti 1996-cı ilin aprel ayının 8-də «Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsinə nəzarətin təmin edilməsi haqqında» Sərəncam imzalamışdır. Bundan başqa, (1995-1998-ci illərdə) «Dövlət Mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» qəbul olun-muşdur. I Özəlləşdirmə Proqramı başa çatdıqdan sonra, 2000-ci ildə II Dövlət Özəlləşdirmə Proqramı qəbul edilmiş və bu ölkədə daha geniş miqyaslı özəlləşdirmənin əsasını qoymuşdur. Bu proqramların qəbul olunmasını özəlləşdirmə ilə bağlı atılan ciddi addımlardan hesab etmək olar. Bu proqrama uyğun olaraq xidmət infrastrukturlarının formalaşdırılmasının təşkilati-iqtisadi bazası yara-dılmışdır. Özəlləşdirmənin nəticələri özəl müəssisələrin fəaliyyə-tinin ümumi iqtisadi artımda, onun əhalinin məşğul-luğunda, dövlət gəlirlərinin formalaşmasında rolunu artırmışdır.
Qeyd edək ki, 1998-ci ilin əvvəllərində Azərbaycanda kiçik özəlləşdirmə mərhələsi başa çatmış və 13 mindən artıq kiçik müəssisə özəlləşdirilmişdir. Özəlləşdirmənin ilk mərhələsində (1997-1998-ci illərdə) 957 orta və iri müəssisə səhmdar cəmiy-yətə çevrilmişdir. Sonrakı illərdə bu proses səngisə də, davam etmiş və 1998-2008-ci iilərdə 456 iri və orta müəssisə Səhmdar Cəmiyyətə çevrilmişdir. Ümumilikdə 01.01.2009-cu il tarixinə qədər Azərbaycanda 1500-dən çox səhmdar cəmiyyət yaradıl-mışdır.
2008-ci ildə isə nizamnamə kapitalının həcmi 13,2 milyon manat olan 11 dövlət müəssisəsi, o cümlədən 6 tikinti, 2 sənaye, bir kənd təsərrüfatı, bir nəqliyyat və bir digər müəssisə səhmdar cəmiyyətinə çevrilib (Cədvəl 2.2).

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin