Dünya təcrübəsi göstərir ki, keçid iqtisadiyyatı ölkələrində so-sial inkişafla bazar münasibətlərinin inkişafı arasında qarşı-lıqlı əlaqə problemi daha aktual olur. O da məlumdur ki, bazar iqtisadi sisteminə keçid mərhələsində bir çox məsələlərdə olduğu kimi, Azərbaycan əhalisinin sosial müdafiəsində dəyişiklik olmuşdur. Bu dəyişiklik ümumilikdə inzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə keçidlə əlaqədar olaraq dövlətin sosial-iqtisadi siyasətinin köklü şəkildə dəyişməsi, ölkədə yaşanan sosial-iqtisadi problemlər nəticəsində baş vermişdir.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq sosial sferada da islahatlar aparılmış, özəl müəssisələr yaradılmışdır. 1995-ci ildən başlayaraq ölkəmizdə iqtisadi islahatların dərinləşdirilməsi məq-sədilə əvvəlcə ticarət və xidmət (təhsil, səhiyyə, mədəniyyət və s.) sahələrində yeni mülkiyyət münasibətlərinin formalaşdırılması prosesinə başlanmışdır. (Bax. Diaqram 2.2) 2.2)
Diaqram 2.2-dən göründüyü kimi, məişət xidməti sahəsində özəl-ləşdirilən müəssislərin sayı daha çoxdur. Ümumilikdə özəl-ləşdirilməyə çıxarılan obyektlərin böyük əksəriyyətinin sosial infrastruktur sahələri təşkil edir.
Son illərdə dövlət tərəfindən iqtisadi islahatlara diqqətin daha da artırılması nəticəsində yeni iqtisadi münasibətlərin forma-laşması geniş vüsət almış və bunun nəticəsində əvvəllər ticarət və xidmət sahələrində muzdla işləyənlər fərdi sahibkarlara çevril-mişdir. Bununla yanaşı, ayrı-ayrı fərdi sahibkarlar tərəfindən çoxlu sayda ticarət və xidmət şəbəkələri yaradılmışdır.
Ticarət və xidmət sahələrində baş vermiş müsbət dəyişikliklər nəticəsində görülən işlərlə yanaşı, müəyyən problemlər də möv-cuddur. Bu problemlər yarmarkalarda, bazarlarda və digər yer-lərdə ticarət və xidmətlə məşğul olan və uçota cəlb olunmayan fərdi sahibkarların fəaliyyətini izləmək üçün mütəmadi seçmə müayinələrin aparılmasına lazımi maliyyə vəsaitinin ayrılma-masıdır.
Qeyd etmək lazımdır ki, fərdi sahibkarların uçot vahidlərinin sayının kəskin şəkildə artması nəticəsində onların fəaliyyətini xarakterizə edən məlumatların toplanması, istehlak bazarında satılan ərzaq, qeyri-ərzaq malları ilə necə təmin edilməsinə dair göstəricilərin, əhaliyə göstərilən pullu xidmət növlərinin struk-turunun müəyyənləşdirilməsinə dair göstəricilərin əldə edilməsi beynəlxalq praktikada qəbul olunmuş statistik metodologiyaya əsasən müayinələr yolu ilə yerinə yetirilməlidir. “2003-2007-ci illərdə Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nda 2003-cü ildə yarmarkalarda, 2004-cü ildə isə kənd təsərrüfatı məhsulları bazarlarında statistik müayinələrin aparılması nəzərdə tutulmuşdu. Hazırda uçota cəlb olunmayan ticarət və xidmətlə məşğul olan 105 minə yaxın fərdi sahibkar üzrə müayinələrin aparılması probleminin aradan qaldırılması üçün müəyyən işlər görülür.