Cədvəl 2.2
İri və orta müəssisələrin əsasında yaradılmış səhmdar cəmiyyətləri
|
1998
|
1999
|
2000
|
2005
|
2006
|
2007
|
2008
|
1998-2008-ci illərdə
|
Cəmi, ədəd
|
111
|
104
|
104
|
10
|
22
|
43
|
11
|
456
|
nizamnamə kapitalının həcmi (milyon manat)
|
217,5
|
78,7
|
78,7
|
5,9
|
8,8
|
6,8
|
13,2
|
422,3
|
Mənbə: azstat.org.az
Qeyd edək ki, bazar iqtisadiyyatında sahibkarlıq fəaliyyəti və sahibkarlıq subyektlərinin sayı özəl sektorun inkişafının kəmiyyət göstəricisi kimi çıxış edir. Sosial sferada bazar münasibətlərinin formalaşması bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yaradılan biznes mühitindən asılıdır. Sözsüz ki, qanunvericilik bazasının yaradılması da sosial sferada bazar münasibətlərinin formalaşmasında əhəmiyyətli rola malikdir.
Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmə prosesi çərçivəsində ölkədə 2009-cu il yanvarın 1-dək ümumi dəyəri 225,3 milyon manat olan 50353 kiçik müəssisə və obyekt özəlləşdirilib. Bunların tərkibində 950-si sənaye, 124-ü kənd təsərrüfatı müəssisəsi, 599-u tikinti təşkilatı, 3954-ü ticarət, 1137-ü iaşə müəssisəsi, 10196-sı məişət xidməti, 702-si yanacaqdol-durma məntəqəsi, 20728-i nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 205-i kommunal təsərrüfatı obyekti və 11758-i digər dövlət müəssisəsi, obyekti və avadanlığıdır. 2008-ci ildə isə ümumi dəyəri 39,4 milyon manat olan 1875 kiçik müəssisə və obyekt özəlləşdirilib.
Hüquqi şəxslərlə yanaşı, əhali də özəlləşdirmə prosesində iştirak edir. Belə ki, 2008-ci ildə ölkə əhalisi tərəfindən ümumi sahəsi 866,4 min kvadratmetr olan 12,9 min mənzil özəlləşdirilib. Özəlləşdirmə başlanan dövrdən 2009-cu il aprelin 1-dək özəlləşdirilməsi nəzərdə tutulan bütün mənzillərin 69,2 faizi, yəni 419,5 mini özəlləşdirilib.
Mənbə: azstst.org.az
Aparılan tədqiqatlar göstərir ki, son illərdə sosial sferada sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində bir sıra nailiy-yətlər əldə olunmasına baxmayaraq, bu istiqamətdə bəzi problem-lər hələ də mövcuddur. Belə ki, idarəetmə metodlarının təkmilləş-dirilməsi, sahibkarlığın regional inkişafı, bazarın tələb və təklif nisbətinin stimullaşdırılması bu problemlərin aradan qaldırılması üçün şərait yarada bilər. Bundan başqa, sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması zəruridir. Bundan ötrü dövlət tərəfin-dən kreditlərin verilməsində güzəştlərin nəzərdə tutulması, vergi dərəcələrinin aşağı salınması və s. həyata keçirilməlidir. Son illərdə dövlət tərəfindən bu istiqamətdə müsbət addımlar atıl-mışdır. Hesab edirik ki, bu istiqamətdə işlərin intensivləşdirilməsi sosial sferada sahibkarlıq fəaliyyətinin inkişafına müsbət təsir göstərə bilər.
Qeyd edək ki, 1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkənin müstəqillik əldə etməsinin davamı olaraq yeni iqtisadi münasibətlərə keçid, özəl sektorun yaradılması və inkişaf etdirilməsi, bu səbəbdən də ona əlverişli maliyyə dəstəyi verə biləcək milli maliyyə qurumlarının yaradılması zərurətinin əsas vəzifələrdən biri kimi qarşıya çıxırdı. Bu məqsədlə 12 oktyabr 1992-ci ildə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi” təsdiq edildi. 29 sentyabr 1997-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsi qaydalarında edilmiş dəyişikliklərdən sonra sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilməyə başlanmışdır. Bu addım ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına stimul yaratmışdır.
Aparılan tədqiqatlar göstərir ki, sosial sferada bazar müna-sibətlərinin formalaşmasında sahibkarlıq fəaliyyəti üçün mühitin yaradılması mühüm əhəmiyyət kəsb edir. Sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, ö cümlədən məhsul istehsalı, satışı və xidmətlər gös-tərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.
Sahibkarlığın inkişafına yalnız mənfəət, biznes fəaliyyəti kimi deyil, həmçinin sosial-iqtisadi inkişafın mühüm amili və yeni iş yerlərinin yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi baxılmalıdır.
Sahibkarlıq bazar münasibətlərinin formalaşmasının əsas mən-bələrindən biri olduğu üçün, azad sahibkarlıq mühitinin yara-dılması, bütövlükdə ölkədə olan istehlak bazarının həcminə, strukturuna, əhalinin alıcılıq qabiliyyətinə və qiymətlərə təsir edir. Hazırda Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişaf etdiril-məsinə xüsusi diqqət yetirilir. Belə ki, sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə bir sıra qanunlar qəbul edilmiş, ölkə prezidenti fərman və sərəncamlar vermişdir. Bunlara: “Sahibkarlıq fəaliy-yəti haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” və s. Qanunlar qəbul edilmişdir. Bundan başqa, ölkə Prezidenti tərəfindən “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qar-şısının alınması haqqında”, “Azərbaycan Respublikasında sahib-karlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” Fərman və Sərəncam imzalanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» nı bu istiqamətdə həyata keçirilən mühüm islahatlardan hesab etmək olar. Bu proqramdan irəli gələn vəzifələrə görə yerli bazar infra-strukturunun (məsləhət, tədris, informasiya, reklam və s.) forma-laşdırılması məqsədilə respublikanın şəhər və rayonlarında müvafiq işlər görülmüşdür.
Hazırda Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən informasiya texnologiyalarının, turizmin, kənd təsərrüfatının, müxtəlif sənaye və xidmət sahələrinin inki-şafın üçün kreditlər verilir.
Sahibkarlığın inkişafında dövlətin antiinhisar siyasəti mühüm yer tutur. Sosial sferada dövlətin də müəssisə təşkilatlara malik olduğunu nəzərə alsaq, onda bu sahədə dövlət tənzimlənməsi daha həssas yanaşma tələb edir.
Son illərdə iqtisadiyyatda inhisarçılığın məhdudlaşdırılması və sağlam rəqabətin inkişafı məqsədilə əmtəə bazarlarında inhi-sarçı mövqe tutan təsərrüfat subyektlərinə qarşı müəyyən tədbir-lər görülür. Belə ki, təbii inhisarçı təsərrüfat subyektlərinin tarif-lərinin təkmilləşdirilməsi məqsədilə rabitə xidmətlərinin bir sıra əsas növləri üzrə tariflərin səviyyəsi xeyli aşağı salınmış, içməli, texniki və suvarma suyunun yeni tarifləri təsdiq edilmişdir. Bir sıra sahələrdə inhisarçı təsərrüfat subyektlərinin xidmət tarifləri Tarif Şurasında müzakirə edilir. Lakin sağlam rəqabət mühitinin yaradılması və inhisarçılığın aradan qaldırılması istiqamətində hələ də həllini gözləyən problemlər var. Belə ki, sağlam rəqabət mühitinin formalaşması və sahibkarların, eyni zamanda istehlak-çıların hüquqlarının qorunması sahəsində dövlət siyasətinin ger-çəkləşdirilməsi yolunda mövcud qanunlarda olan boşluqların yenidən işlənməsinə və təkmilləşdirilməsinə böyük ehtiyac vardır. Bu baxımdan təbii inhisar subyektləri tərəfindən qəbul edilmiş normativlərin yüksək olması bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların maddi mənafelərinin qorunması sahəsində ciddi problemlər yaradır.
Ümumilikdə ölkədə aparılan islahatlar sosial sferaya da öz təsirini göstərir. Sosial sferada sahibkarlıq fəaliyyətinin inkişafı, dövlət büdcəsindən sosial sahələrə ayrılan vəsaitlərin xüsusi çəki-sinin artırılması, son nəticədə əhalinin həyat səviyyəsinin yüksəl-dilməsinə, onların rifah halının yaxşılaşdırılmasına gətirib çıxarır.
Dostları ilə paylaş: |