Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə22/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§3. Sosial standartlar

Sosial yönümlü bazar iqtisadiyyatı sistemi hər bir dövlətin qarşısında vətəndaşlarının sosial müdafiəsi üçün sosial zəmanətlər sisteminin yaradılmasını zəruri edir. Əsas sosial zə-manətlər Konstitusiyada, Qanunlarda və digər normativ-hüquqi aktlarda təsbit olunur. Bu sosial zəmanətlər irqindən, cinsindən, milliyyətindən asılı olmayaraq bütün sosial-demoqrafik qrup-lardan olan əhaliyə şamil edilir.
Sosial zəmanətlər dedikdə, vətəndaşların konstitusiya hüquq-larının həyata keçirilməsinə yönəldilən öhdəliklər nəzərdə tutulur. Sosial zəmanətlərin əsasında minimum sosial standartlar dayanır. Minimum sosial standartlar dedikdə qanunvericiliklə müəyyən olunmuş norma və normativlərin məcmusu başa düşülür. Mini-mum sosial standartların tərkibinə ehtiyac zənbili, minimum istehlak büdcəsi, yaşayış minimumu, minimum əmək haqqı, ünvanlı sosial yardım, pensiyaların baza hissəsi və s. daxildir.
Ehtiyac zənbili - minimum istehlak büdcəsinin ayrıca hissəsi olan ərzaq rasionu (payı) - fizioloji minimum adlı göstərici təşkil edir. Buraya 19 əsas qida maddəsi daxil edilmişdir. Rasiondakı normalar müəyyən olunanda insanın bir günlük fizioloji tələbatı əsas götürülür. Hesablamalara görə bu tələbatın ödənilməsi (və ya iş qabiliyyətinin itirilməməsi) üçün 2000-2400 kilokalori enerji lazımdır. Qeyd olunan kaloriyə tələbatı ödəmək üçün bir ayda adama 10 kq çörək, 2 kq ət, 0,6 kq şəkər tozu, 1 kq kərə yağı, 0,2 litr bitki yağı, 2 kq kartof, 0,6 kq soğan, 2 dəstə göyərti, 12 yumurta, 2 litr süd, 1,6 kq qatıq, və s. qəbul etmək lazımdır.
Minimum istehlak büdcəsi - bir nəfərin aylıq tələbatını minimal tərzdə ödəyə biləcək istehlak malları (ərzaq və qeyri- ərzaq) və xidmət normaları daxildir.
Minimum istehlak büdcəsi insanın əsas fizioloji və sosial mədəni ehtiyaclarının ödənilməsini elmi cəhətdən əsaslandırılmış normalar və normativlərlə müəyyən edilən səviyyədən aşağı olmayan həddə təmin edəcək ərzaq və qeyri ərzaq mallarının, xidmətlərin natura və dəyər ifadəsində toplusudur.2
Yaşayış minimumu - insanı sağlam həyat fəaliyyətini saxlamağa imkan verən, tələbat üçün lazım olan minimal xərclərin dəyəridir. Yaşayış minimumunun tərkibinə qida məhsulları, əmtəə və xidmətlərə çəkilən xərclər, vergilər və məcburi ödəmələr daxildir. Yaşayış minimumu demoqrafik qruplar üzrə adambaşına hesablanır. Bu hesab bir neçə mərhələdən keçir. Birinci mərhələdə hesablanmış minimum qida norması (istehlak səbəti) elmi cəhətdən əsaslandırılır; ikincisi mərhələdə, məhsulların natural normasının ya regional, ya da ölkə üzrə qiymətlərə əsaslanaraq həcmi (dəyəri) müəyyən-ləşdirilir; üçüncü mərhələdə, yerdə qalan digər xərclərin (elektrik mallarının, dərman pulu, mənzil haqqı, kommunal xidmətlər, vergilər və sığorta ödəmələri və s.) hesabı aparılır.
Yaşayış minimumu digər sosial standartlar üçün (minimum əmək haqqı, yoxsulluq həddi, pensiyaların baza hissəsi, müavi-nətlər və s.) baza rolunu oynayır. Gəlirləri yaşayış mini-mumundan aşağı olan şəxslər yoxsul hesab olunurlar.
Minimum əmək haqqı - əməyin ödənilməsi sahəsində minimum dövlət standartıdır. Minimum əmək haqqı – ixtisassız əməklə məşğul olan işçinin əmək haqqı səviyyəsidir və onun təkrar istehsalı üçün normal şərait yaratmaq məqsədi daşıyır. Bu məbləğ qanunvericiliklə müəyyən olunur və hökumətin qərarıyla ildən-ilə (bəzi hallarda inflyasiyanın səviyyəsindən asılı olaraq ildə bir neçə dəfə) dəyişdirilə bilər. Müxtəlif inkişaf etmiş ölkələrdə bir iş saatı üçün nəzərdə tutulan minimum əmək haqqının məbləği aşağıdakı cədvəldə öz əksini tapmışdır. (Cədvəl 2.3)

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin