Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsidir. Bu təhsil pilləsi, ailənin və cəmiyyətin maraqlarına uyğun оlaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psiхi inkişafında, sadə əmək vərdişlərinə yiyələnməsində, istedad və qabiliyyətinin üzə çıхarılmasında, sağlamlığının qоrunmasında, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin fоrmalaşmasında və nəhayət şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyətə mülikdir.
Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən köklü ictimai-siyasi dəyişikliklər nəticəsində mövcud sosial-iqtisadi infrastrukturun dağılması məktəbəqədər təhsil sisteminin də səmərəliliyinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə səbəb oldu. Həmin dövrdə ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşməsi, əhali arasında kütləvi işsizlik və büdcə gəlirlərinin kəskin azalması bu sahənin fəaliyyətinə mənfi təsir göstərmiş, onun tənəzzülə uğrama meyillərini gücləndirmişdir.
2009-cu ilin əvvəlinə olan statistik məlumatlara görə Azərbaycanda 103617 uşağı əhatə edən 1612 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 545 uşaq bağçası, 1192 körpələr evi-uşaq bağçası, 38 körpələr evi, 4 məktəb-bağça fəaliyyət göstərir. 2000-ci illə müqayisədə 2009-cu ilin əvvəlinə məktəbəqədər təhsil müəssisələrinin sayı 9,9%, o cümlədən dövlət sektorunda 10,2%, məktəbəqədər təhsil müəəssisələrində uşaqların sayı 6,7% azalmışdır. Təəssüf hissi doğuran odur ki, ölkədə mövcud olan məktəbəqədər təhsil müəssisələrindəki hər yüz yerdən yalnız 88-dən istifadə olunur.
Uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyi (1-5 yaşlı əhalinin sayına nisbətən) 15,8%, şəhər yerlərində 24,4%, kənd yerlərində isə cəmi 8,4% təşkil edir.
Cədvəl 8.4