Məktəbəqədər təhsil müəssisələrinin əsas göstəriciləri (tədris ilinin əvvəlinə )
2001
2004
2005
2006
2007
2008
2009
Məktəbəqədər təhsil müəssi-sələrinin sayı (ilin sonuna) - cəmi
1790
1780
1761
1764
1760
1658
1612
o cümlədən:
Uşaq bağçaları
552
549
544
545
545
501
484
körpə evləri-uşaq bağçaları
1194
1190
1176
1182
1180
1124
1094
Məktəb-uşaq bağçaları
2
4
4
4
1
1
2
Körpə evləri
42
37
37
33
34
32
32
Məktəbəqədər təhsil müəssi-sələrində uşaqların sayı - cəmi, nəfər
111020
110891
110081
110017
109458
103902
103617
Uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyi (1-5 yaşlı əhalinin sayına nisbətən, faizlə)
16.9
19.9
19.6
19.1
18.2
16.3
15.8
Hər 100 yerə düşən uşaqların sayı, nəfər
76
75
77
77
79
83
81
Mənbə: www.azstat.org 2000-ci ildə bu göstərici 16,9% , şəhər yerlərində 27,3%, kənd yerlərində 8,8% olmuşdur. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyi 60-90 faiz təşkil edir.
Hazırda ölkəmizdə dövlət məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, müvafiq qaydada lisenziya almış 5 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Eyni zamanda ölkədə müxtəlif nazirlik, şirkət, idarə və təşkilatların tabeliyində olan məktəbəqədər təhsil müəssisələri də vardır. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 məktəbəqədər xüsusi təhsil müəssisəsi, ümumi təyinatlı 9 müəssisədə 18 xüsusi təyinatlı qrup və 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi mövcuddur.
Müstəqillik illərində Azərbaycanın müxtəlif bölgələrində 100-ə qədər məktəbəqədər təhsil müəssisəsi bağlanmışdır ki, onların da təqribən yarısı Bakı şəhərinin payına düşür. Məktəbəqədər təhsil müəssisələrinin sayının azalmasının səbəblərindən biri də ölkəmizdə gedən müharibə nəticəsində 242 məktəbəqədər müəssisənin işğal bölgələrində qalması və dağıdılmasıdır. Bununla yanaşı, təcavüzkar erməni millətçi-lərinin soyqırımı təqibinə məruz qalan 1683 qaçqın və məcburi köçkün ailəsi öz yurdlarını tərk edərək müxtəlif şəhər və rayonlarımızda məktəbəqədər təhsil müəssisələrdə məskunlaş-mışdır.
Son onillikdə aparılan uğurlu iqtisadi siyasət, həyata keçi-rilən məqsədyönlü neft strategiyası və bazar yönümlü islahat-ların dərinləşməsi ölkənin sosial-iqtisadi inkişafında dönüşün əldə olunmasına imkan vermiş, xalqımızın maddi rifah halının tədricən yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də XXI əsrin ilk illərindən iqtisadiyyatın dinamik inki-şafı sosial sahələrə dövlət qayğısının gücləndirilməsi və bu sa-hələrə yönəldilən diqqət və resursların önəmli artımı ilə müşayiət olunmuşdur.
Lakin sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların müvafiq xüsusi müəssisələrə cəlb olunması aşağı səviyyədədir. Ölkədə belə uşaqların sayı 6000-dən artıq olduğu halda, onların yalnız 500 nəfəri (8,3 faiz) məktəbəqədər xüsusi təhsillə əhatə olunmuşdur.
Qeyd olunan nöqsanların aradan qaldırılması və problemlərin səmərəli həlli, ölkəmizdə məktəbəqədər təhsilin günün tələbləri səviyyəsində qurulmasının təmin olunması məqsədi ilə kompleks məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Dövlət Proqramı hazırlanmışdır. Proqramın əsas məqsədi ölkədə bütün əhali təbəqələri üçün əlçatan və müasir tələblər səviyyəsində qurulmuş məktəbəqədər təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki, təşkilati-hüquqi, iqtisadi və tədris-metodiki şərait yaratmaq və bu zəmində məktəbəqədər təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olmaqdır.
Qeyd etdiyimiz kimi, məktəbəqədər təhsil, insanını sonrakı təhsil pillələrini uğurla başa vurmasında mühüm rol oynayır. Yəni məktəbəqədər təhsil uşaqların erkən yaşdan elmə və təhsilə maqağının artırılmasında, istedadların üzə çıxarılmasında mühüm rol oynayır. Hesab edirik ki, yaxın gələcəkdə məktəbəqədər təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticəsini verəcəkdir.