Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Əhalinin təhsil səviyyəsi (15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərinə; ilin əvvəlinə)



Yüklə 0,56 Mb.
səhifə70/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Əhalinin təhsil səviyyəsi (15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərinə; ilin əvvəlinə)1)

Təhsil səviyyəsi

2000

2004

2005

2006

2007

2008

2009

Ali və orta (tam və ümumi) təhsili olan 15 və yuxarı yaşda əhali

909

911

912

912

913

914

914

o cümlədən:








ali

107

112

113

115

115

116

117

natamam ali

9

9

9

9

9

9

9

orta ixtisas

124

121

119

118

118

118

118

tam orta

519

520

522

522

523

523

522

ümumi orta

150

149

149

148

148

148

148

Əhalinin İqtisadi Fəalliğına dair statistik müayinələrin məlumatlarına əsasən 2008-ci ildə əhalinin savadlılıq səviyyəsi 99,6 faiz təşkil etmişdir;

Qeyd edək ki, hər bir dövlət özünün təhsil sisteminin inkişafı üçün bu və ya digər dərəcədə tədbirlər həyata keçirir. BMT-nin insan potensialının inkişafı haqqında hesabatında hər bir dövlətin qarşısına təhsil sisteminin inkişafı ilə bağlı bir sıra vəzifələr qoyulur. Bu prosesdə təhsilin də üzərinə böyük yük düşür. Hesabatda qeyd olunur ki: «…Hazırda dünyada sənayeləşmə və informasiyalaşma cəmiyyətinin qurulması şəraitində təhsilin, cəmiyyətin, dövlətin və şəxsiyyətin kompleks halda qarşılıqlı fəaliyyətinin mürəkkəbliyi, təhsilin qarşısına yeni tapşırıqlar qoyur:


dəyişən dünyada özü-özünü təsdiq etmək, uğurlu sosiallaşma üçün şərait yaratmaq;
təkcə bilik vermək yox, öyrənməyi öyrətmək, öz özünü təhsilləndirməyə istiqamətləndirmək;
ibtidai təhsillə təmin etmək və minimal təhsil səviyyəsini yüksəltmək».
Qeyd edək ki, XX əsrin 70-ci illərinin əvvəllərində istər ayrı-ayrı ölkələr, istərsə də beynəlxalq miqyasda təhsil haqqında statistika məlumatlarının yığılmasına, şərh edilməsinə yardım edən alət kimi istifadə etmək üçün YUNESKO tərəfindən 1975-ci ildə Cenevrədə keçirilən təhsil üzrə Beynəlxalq Konfransda Təhsilin Beynəlxalq Standart Təsnifatı (TBST) işlənib hazırlanmış və qəbul edilmişdir. 1978-ci ildə isə YUNESKO-nun Baş Konfransı özünün Parisdə keçirdiyi iyirminci sessiyasında təhsil sahəsində statistikanın beynəlxalq standartlaşdırılması haqqında təsnifata yenidən baxılmış və təsdiq edilmişdir. Hazırda istifadə olunan təsnifat 1997-ci ilin noyabr ayında Baş Konfransın 29-cu sessiyasında təsdiq edilib. 1997-ci ildə təsdiq edilən təsnifat ilk növbədə iki tərəfli təsnifat dəyişənini, yəni təhsilin dərəcələrini və sahələrini əhatə edir. Həmin təsnifatda təhsil «0»-dan başlamaqla 6 dərəcəyə bölünmüşdür. (Sxem 8.2)
Bu sahədə aparılan tədqiqatlar da 1-ci dərəcənin kadr hazırlığının bazisini, bünövrəsini təşkil etdiyini göstərir. Sxemdən göründüyü kimi, tam orta təhsilə yiyələnmək üçün sıfırdan başlamaqla üsüncü dərəcəyə qədər olan dövrü əhatə edir. Yəni, orta təhsil almaq üçün bir neçə səviyyəni keçmək (11 il) tələb olunur.
Birinci pillənin özü də bir neçə mərhələyə - əsas və ümumi orta təhsil mərhələlərinə bölünür. Bu mərhələ təhsilin ilkin pilləsidir. Bundan sonrakı mərhələdə orta ixtisas təhsili mərhələsi gəlir ki, burada da peşəyönümlü ixtisaslar verilir. İkinci pillə ali təhsil sistemidir. Bu pillədə insan daha dərin biliklərə yiyələnməklə müxtəlif ixtisaslara sahib olur. Xatırladaq ki, bu pillə ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır
Müxtəlif ölkələrdə təhsilin hər pilləsinin müddəti fərqlidir. Ümumi təhsilin ibtidai pilləsi 5-7 yaşından başlayır və 3-4 il, orta ümumi təhsil isə 7-8 il, ali peşə təhsili isə 4-6 il davam edir.
İbtidai və orta ümumi təhsil, ibtidai və orta məktəblərdə, ali təhsil ali ümumtəhsil müəssisələrində (institut, universitet, akademiya) verilir. Bundan başqa, əlavə təhsil anlayışı da mövcuddur. Buraya müxtəlif peşə təlimi kursları, yenidən hazırlıq, ixtisasartırma və s. daxildir.
Kadr hazırlığının ilkin pilləsi ibtidaidən əvvəlki təhsil hesab olunur. 1-ci dərəcəyə daxil olan orta məktəb təhsili mütləqdir və o hər bir insanın formalaşmasında əhəmiyyətli rol oynayır. Beynəlxalq təşkilatlar ibtidai təhsilin məcburi həyata keçirilməsi üçün səy göstərir və bunu yoxsulluğun azaldılmasının ilkin şərti hesab edirlər.
Qeyd edək ki, 2009-cu ildə qəbul edilən “Təhsil Haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində təhsilin aşağıdakı pillələri və səviyyələri göstərilir:
Birinci pillə məktəbəqədər təhsil;
Ikinci pillə ümumi təhsil: Bura ibtidai təhsil; ümumi оrta təhsil; tam оrta təhsil səviyyələri daxildir.
Üçüncü pilə ilk peşə-iхtisas təhsili;
Dürdüncü pillə orta iхtisas təhsili;
Beşinci pillə ali təhsil. Bura bakalavriat, magistratura və dоktоrantura səviyyələri daxildir.
Məktəbəqədər təhsil müəssisələrinə -körpələr evi, uşaq bağçaları; Ümumi təhsil müəssislərinə - ibtidai orta və tam orta ümumtəhsil məktəbləri, internat məktəbləri, gimnaziyalar, liseylər; ilk peşə-ixtisas təhsili müəssisələrinə - peşə məktəbləri, peşə liseyləri; orta ixtisas təhsili müəssisələrinə- texnikumlar, kolleclər; ali təhsil müəssisələrinə - universitetlər, akademiyalar, institutlar və s. daxildir.
Hazırda təhsil sistemində elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə olunur. Audio və video kasetlər, disklər, telefon və internet vasitələri təhsilin distant formasını meydana gətirmişdir. Distant təhsil müəllimin olduğu yerdən uzaq məsafədə həyata keçirilir. Təlimin yeni texnologiyaları - telekonfranslar, kompüter konfransları, virtual siniflər və virtual universitetlər yaranmışdır. Təhsil müəssisələrinin də yeni formaları: distant təhsil universiteti, universitetlər konsorsiumu və s. meydana gəlmişdir.
Məcburi təhsil cəmiyyətdə yaşamaq, işləmək imkanlarına nail olmaq üçün zəruri hesab olunur və hər bir dövlətin əsas vəzifələrindən biri olmaqla inkişafın aparıcı astanası kimi qəbul edilə bilər. Lakin sonrakı inkişaf tam təhsillə bağlıdır.
Aparılan tədqiqatlar göstərir ki, hazırda təhsil sistemində: yeni tədris planlarına uyğun olan təzə kitabların çatışmazlığı; kompüter təchizatında və proqram təminatında ehtiyac, internetdən istifadə qiymətlərinin yüksək olması; tədris proqramlarının dəyişilməsi və uyğunlaşdırılması ilə bağlı işlərin zəif aparılması; təbii-elmi ixtisaslara marağın azalması; müəllimlərin əmək haqqının aşağı səviyyədə olması və s. bu kimi prpoblemlər mövcuddur.
Təhsil xidmətlərinin ödənilməsi ilə bağlı xərclər onların istehlakçılarının maddi dəstəyi ilə müxtəlif mənbəələrdən ödənilə bilər. Bunlara:

  • dövlət və yerli büdcə vəsaitləri hesabına birbaşa maliyələşmə və təhsil alanlara məqsədli üzünmüddətli kreditlərin verilməsi yolu ilə;

  • istehlakçının şəxsi vəsaitləri hesabına;

  • müəssisə və təşkilatların vəsaiti hesçabına (sifarişli təhsil və ixtisasartırma);

  • ictimai təşkilatların, xeyriyə cəmiyyətlərinin vəsaiti hesabına və s. mənbəələri daxil etmək olar.

Qeyd etmək lazımdır ki, xərclərin ödənilmə mənbəəsindən asılı olmayaraq, ümumilikdə təhsil xidməti əhalinin təhsil səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərir. Təəssüfləndirici haldır ki, son illərdə bir tərəfdən ölkədə əhaliyə göstərilən təhsil xidmətinin keyfiyyətinin aşağı düşməsi, bir tərəfdən əhalinin böyük əksəriyyətinin sosial vəziyyətinin pis olması, digər bir tərəfdən də islahatların qənaətbəxş səviyyədə olmaması ümumilikdə əhalinin təhsil səviyyəsinin də aşağı düşməsinə səbəb olmuşdur.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin