S S a a l l i i d d ə ə Ş Ş ə ə r r i i f f o o v v a a
22
və onun rus ədəbiyyatında təcəssümü» («Герой эпохи
постмодернизма и его воплощение в русской литера-
туре»), Quba Məcidovanın «Rus postmodernist nəsrində
mifologemlər» («Мифологемы русской постмодернист-
ской прозы»), Minəxanım Gözəlovanın «Postmodernizm
ədəbiyyatında Şərq və Qərb (Orxan Pamuk nəsri əsasın-
da»), Çinarə İbrahimovanın «V. Nabokovun yaradıcılığı
və XX əsr amerika Modernist romanı» («Творчество
В. Набокова и Американский модернистский роман
XX века») və sair dissertasiyaları nümunə göstərmək olar.
Azərbaycan postmodernizmi isə kifayət qədər tədqiq
olunmamış, mövcud tədqiqatlar sistemsiz xarakter daşı-
mış, postmodernizmin mahiyyəti açıqlanmamışdır. Bir çox
romanların müəllifi olan yazar Hüseynbala Mirələmov
«postmodernizmi hoqqabazlıq» kimi dəyərləndirmişdir.
Postmodernizmə inam və ehtiyac duymadığını qeyd
edən Sayman Aruz, postmodernizmi Avropa modernizm
prosesini keçirdiyini, daha sonra isə postmodernin yardımı
ilə modernizmin səhvlərini doldurmağa çalışdığını göstər-
mişdir.
Postmodernizmi son estetik düşüncə texnologiyası he-
sab edən Aydın Xan (Əbilli) da yazır ki, «digər cərəyanla-
ra rəğmən postmodernizm həm düşüncə, həm yaşam, həm
də ictimai-siyasi, fəlsəfi - kulturoloji texnologiyasına çev-
rilərək nəinki mədəniyyət və ədəbiyyatı, həm də həyatın
müxtəlif sahələrini, elm və fəlsəfəni, formatları, iqtisadiy-
yat, siyasi, mədəni elmi və sosial fikri dəyişdirdi və qabaq-
cıl proseslərin əsasını qoydu».
«Umberto Eko və Postmodernizm fəlsəfəsi» kitabının
müəllifi Nərmin Kamal isə postmodernizmin öldüyünü
qeyd edir.