Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə22/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   18   19   20   21   22   23   24   25   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
25 
üçün  –  özünü») 
14
  dialoq  və  monoloq  vasitəsi  ilə  açılır. 
Ümumiyyətlə, əsərin dialoqunda obrazın zahiri əlamətləri, 
daxili sarsıntıları,  obrazların  hərəkət  dinamikası, fəaliyyət 
formaları  açıqlanmalıdır.  M.M. Baxtinə  görə  «kompozisi-
yada öz ifadəsini tapmış zahiri dialoq daxili dialoqla, yəni 
mikrodialoqla ayrılmaz şəkildə bağlıdır və müəyyən dərə-
cədə ona söykənir. Onların da hər ikisi həmçinin bütövlük-
də  romanın  onları  əhatə  edən  böyük  dialoqu  ilə  bağlı-
dır» 
15
.  Əsərdə  təsvir  edilən  hadisənin,  konfliktin  zəruri 
hissəsinə  çevrilən  dialoq  hadisə  və  əhvalatların  məna  və 
mahiyyətinin açılmasına xidmət edir. 
Postmodern  mətndə  sosial  ziddiyyətlərin  açılmasına 
cəhdlər və ətrafla sosial makrodialoq və mikrodialoq ehti-
rası həqiqəti bir model kimi nümayiş etdirmirdi, əksinə ye-
nidən yaradırdı. Ənənəvi olaraq, dialoq şüura informasiya-
nı qəbul edən və ötürən texniki vasitələrdən biridir. 
Postmodern roman poetikasına mətnaltı dialoqizm xas-
dır. Postmodernizmin müxtəlif üslubları arasında şizoana-
lizi xüsusi göstərmək olar. Belə ki, şəxsiyyətin ikiləşməsi 
formasında  üzə  çıxan  şizofreniya  postmodern  romanda 
şəxsin  daxili  aləmini  açıqlamasında  maraqlı  priyomdur. 
Azərbaycan ədəbiyyatında Elxan Qaraqanın «A» romanın-
da «psixuşkada» yatan paranoik bir gəncin hallüsinasiyala-
rı şəxsiyyətin ikiləşməsi fonunda təsvir edilir. 
Azərbaycanlı  tədqiqatçı  Z. Məmmədova  «Bədii  mətn-
də  xarakteroloji  nitq  və  onun  ifadəsi  problemi»  adlı  dok-
torluq dissertasiyasında dialoqun mətnə daxil edilməsi mə-
                                                 
14
 Бахтин М.М. Эстетика словесного творчества. М., 1979. с. 333, 
335. 
15
 Baxtin M.  Dostoyevski  poetikasının  problemləri.  Bakı,  2005. 
səh. 340-341. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin