Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə23/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   19   20   21   22   23   24   25   26   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
26 
qamına toxunaraq yazır: «Təhkiyənin struktur baxımından 
iki avtonom qatı olmaq etibarilə müəllif nitqi və vasitəsiz 
nitq dialoq və ya monoloqu mətnə daxil edən xüsusi müəl-
lif cümlələri sayəsində bir-biri ilə birləşərək vahid təhkiyə 
bütövü  əmələ  gətirir» 
16
.  Postmodern  romanlarda  dialoq 
vahid  təhkiyə  bütövü  əmələ  gətirərək,  insan  xarakterinin 
açılması  yaxud obrazın daxili düşüncələrinin inikası  üçün 
bir vasitədir. 
Romanların mühüm xüsusiyyətlərindən biri əsərin po-
lifoniyasıdır  (çoxsəsliliyidir).  Bədii  əsərlərdə  polifoniya 
elə  bir  mətndir  ki,  həmin  mətndə  müəllif  səsi  ilə  bərabər 
başqa  səslər səslənir.  Həmin səslənmiş  səslər müəllif səsi 
ilə qarışaraq, aralarında mürəkkəb dialoji münasibətlər ya-
radır. Musiqi termini «polifoniya»nı bədii mətnin təhlilinə 
ilk dəfə M.M. Baxtin gətirmişdir. Polifoniya səsi romanda 
yalnız  öz  adından  deyil,  həm  də  ayrı-ayrı  qəhrəmanların 
adından təhkiyə aparmağa imkan verir. 
Postmodernistlərin yaradıcılığındakı çoxsəslilik zaman 
axarında şaxələnərək, yeni məna və düzümlü işarələr siste-
mi yaratmağa nail olur. Postmodern mətnin polifoniyasın-
da  çoxdillilik  və  çoxfunksiyalılıq  bütün  gerçəkliyi  əridir. 
Kamal  Abdullanın  «Yarımçıq  əlyazma»  romanını  misal 
gətirmək olar. Müəllifin «Şah İsmayılla bağlı mətnlə Qor-
qudun mətni arasında bir uyğunluq, gizli də olsa bir əlaqə 
vardır,  yoxsa?...»  öz-özünə  verdiyi  sualı  oxucu  da  əsəri 
oxuyarkən  verir.  Suala  cavabı  müəllifin  özü  verir.  Bu  ca-
                                                 
16
 Məmmədova Z.Ş. «Bədii mətndə xarakteroloji nitq və onun ifadəsi 
problemləri»  //  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi    almaq 
üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2011, 41 səh. 
səh. 28. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin