Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə20/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   16   17   18   19   20   21   22   23   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
23 
Bəsti  Əlibəylinin  «Çağdaş  tənqid  və  ədəbi  proses: 
2004  -  2007-ci  illər» 
13
  adlı  məruzəsində  Qərbin  tullantısı 
hesab  etdiyi  postmodernizmin  dünya  ədəbiyyatına  bir  şey 
vermədiyi  kimi  fikri  səsləndirilmişdir.  Tənqidçi  xanım, 
postmodernist  üslubda  yazılmış  əsərləri  postmodernizm 
nümunəsi  kimi  dəyərləndirmir,  yazarın  istedadı  ilə  bağla-
yır:  «sual  oluna  bilər;  bəs  Umberto  Eko,  bəs  Orxan  Pa-
muk,  bəs  Patrik  Züskind  və  postmodernizmin  uğuru  sayı-
lan  digər  örnəklər?  Mən  hesab  edirəm  ki,  bu  yazıçıların 
postmodernizmə aid edilən əsərlərinə «Qızılgülün adı», nə 
«Qara kitab», nə də «Əttar» postmodernizmin uğuru olma-
yıb, müəlliflərinin istedadının, böyüklüyünün uğurudur». 
Yuxarıda  qeyd  edilən  məqamlara  baxmayaraq,  post-
modernizm  yeni  yaradıcılıq  axtarışları  kimi  Azərbaycan 
ədəbiyyatının  maraq  dairəsindədir.  Azərbaycan  postmo-
dern romançılığı milli romançılığın məzmun və janr baxı-
mından «yenilənməsi» ilə özündə əsas yük daşıyır. 
                                                 
13
 Əlibəyli B.  «Çağdaş  tənqid  və  ədəbi  proses:  2004-2007-ci  illər». 
«Körpü»  jurnalı,  2008, № 1  və  ya  14  may  2007-ci  ildə  Azərbaycan 
Yazıçılar  Birliyində  edilmiş  məruzə  əsasında  hazırlanmış  məqalə  // 
525-ci qəzet.- 2007.- 30 iyun. - № 115. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin