Türkiyəni düşmən kimi qələmə verməmək Sovet dövrü
tarixçiləri üçün təhlükəli idi, çünki o zaman onlar “pan-türküst” ki-
mi tanınacaqdılar. Sovet təbliğatçılarının 19-cu əsrin sonu və 20-ci
əsrin əvvəllərində yaşayan bir sıra şair və ziyalıları “pan-türkçü”
kimi qələmə verməsinin sərt nəticələri olmuşdur. Məsələn ADR
dövründə yaşayan şair Əhməd Cavad (1892-1937) öz şerlərində
Azərbaycanın müstəqilliyini tərənnüm etmişdi. Bundan əlavə o,
Azərbaycan milli himninin sözlərinin müəllifi kimi tanınır. Cavad
milliyətçi və pan-türkçü elan edilərək güllələnmişdi. Salman
Mümtaz Azərbaycan ədəbiyyatının Türk ədəbiyyatının bir hissəsi
olduğunu bildirdiyi üçün pan-türkçü elan edilmişdi. O, 1938-ci ildə
həbsxanada KGB tərəfindən öldürülmüşdü. Onun bütün Azərbay-
can ərazisindən topladığı qədim nadir əlyazmalar müsadirə
olunmuşdu.
Istedadlı dramaturq və bəzən “Azərbaycanın Şekspiri”
adlandırılan digər Azərbaycan ziyalısı Hüseyn Cavid (1882-1944)
pan-türkçü olduğuna görə günahlandırılırdı. O, 1937-ci ildə həbs
edilmişdi. Bundan sonra ailəsi bir daha onun üzünü görməmişdi. O,
Sibirə işçi düşərgəsinə göndərilmiş, orada vəfat etmiş və dəfn
edilmişdi. Yenidənqurma dövründə, yəni 1980-ci illərdə onun
cəsədinin qalıqları Azərbaycana gətirilmişdi. Indi onun şərəfinə
nəhəng abidə ucaldılmışdır. Bu yaxınlarda Bakının mərkəz
küçələrindən birinə onun adı verilmişdir (Hüseyn Cavid prospekti).
Dostları ilə paylaş: