Nut - "qoz-fındıq" tikintidə "qayka"
Plate - "boşqab" tikintidə "lövhə"
Concrete - "konkret" tikintidə "beton"
Elevatin -"qalxma, yüksəlmə" tikintidə "fasad"
Shelter - "sığınacaq" tikintidə "konteyer"
Pocket - "cib" tikintidə "kabel kanalı"
Reinforce - "gücləndirmək" tikintidə "dəmir"
Opening - "açılış" tikintidə "dəlik, deşik"
Mount - "dağ, təpə" tikintidə "montajlamaq" və s.
Yuxarıda göstərilən misallardan aydın görmək olar ki, tikinti sahəsinə aid, ümu-
miyyətlə elmi-texniki mətnlərin tərcüməsi zamanı tərcüməçi diqqətli olmalıdır. Həmin
sahəyə aid terminalogiyanı yaxşı bilməlidir. Əks halda tərcümə çox gülünc alına bilər.
TELEVİZİYA DUBLYAJ TƏRCÜMƏSİ
Gülnar ƏLİYEVA
Gəncə Dövlət Universiteti
Xarici Dillər Fakultəsi İngilis Dili
Elmi rəhbər: Mövsümova Pərvanə
Müasir Azərbaycan dilinin inkişafı televiziyalarla, xüsusən də bədii filmlərdəki
qiraətin üstünlük təşkil etdiyi dublyajlarla daha çox bağlıdır. AzTV-də kino və dublyaj
redaksiyasının fəaliyyəti dilimizin inkişafına, təkmilləşdirilməsinə xidmət edir.
Dublyaj sənəti artıq yarım əsrdən çoxdur ki, kinonun bir qolu kimi tamaşaçıların
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
258
mənəvi tələbatlarını ödəyir. 1966-cı ildən Azərbaycan Televiziyasında dublyaj olu-
nan filmlər ilk vaxtlar səviyyə baxımından tamaşaçıları qane etməsə də, doğma
dilimizdə səsləndiyinə görə sonralar geniş tamaşaçı auditoriyasının xüsusi rəğbətini
qazandı. Ulu öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbi-
qinin təkmilləşdirilməsi tədbirləri haqqında” sərəncamı ölkə teleməkanında filmlərin
dublyajını sürətləndirdi. Bu sərəncam digər televiziyalarda olduğu kimi, Azərbaycan
Teleradio Verilişləri QSC-nin kino və dublyaj redaksiyasının fəaliyyətində də böyük
dəyişikliklər yaratdı. İstər bədii, istər sənədli, elmi-kütləvi xarici filmlərin dublyajına
geniş yer verildi. Xarici filmlərin tamaşaçılara doğma dilimizdə qüsursuz olaraq
çatdırılması dublyaj redaksiyalarının əsas vəzifəsinə çevrildi. Bundan sonra Azər-
baycan Milli Teleradio Şurasının ciddi nəzarəti altında bütün televiziyalarda yayım-
lanan filmlərin milli dilimizdəki versiyaları ekranlarda silsilə xarakteri daşımağa
başladı. Bu tendensiya tamaşaçılar tərəfindən hədsiz sevinclə qarşılansa da, bəzi te-
lekanallarda dublyaj olunmuş filmlərin səsləndirmə texnikasının primitivliyi nəinki
filmlərə qarşı ikrah hissi oyatdı, hətta bu cür səsləndirilən dublyaj filmləri əsəbləri
tarıma çəkirdi. Kanalların dublyaj siyasəti mənəvi dəyərlərə həddən artıq diqqət verən
Azərbaycan tamaşaçısının gözündən yayınmadı. Belə ki, çox vaxt bəsit süjetdə, de-
tektiv janrda çəkilmiş küçə döyüşlərindən bəhs edən filmlərin dublyajı həddən
ziyadə səviyyəsiz texniki üsulla dublyaj edilmiş formada tamaşaçıya başdansovdu
ötürülürdü. Məsələn, orijinal variantdakı replikaların azlığını qısa kadrda “yola verən”
aktyorların səsi növbəti kadrda səslənirdi. Və yaxud da personajın gülüşü, ağlaması
və. s. dublyaj edilmədən orijinal təqdimatda göstərilirdi.
Dublyajın mahiyyətini cılızlaşdıran bu kimi amillər də tamaşaçıda ekrana qarşı
inamsızlıq yaradır. Bu da tamaşaçını qıcıqlandıran amillərdəndir. Çünki hər bir film
səviyyəsindən asılı olmayaraq, öz dövrünü, mikroaləmini əks etdirir. Bizim digər öl-
kələr və insanlar haqqındakı təsəvvürlərimiz isə məhz bu filmlərdəki obrazların təf-
siri, rejissor və dramaturq ideyalarının aktyor ifaçılığındakı təbliği ilə bağlıdır. Vay
o günə ki, filmin bütün məziyyətləri, kompozisiyası səviyyəsiz dublyaja qurban gedə.
Xarici filmləri doğma dilimizə tərcümə edərək yenidən ərsəyə gətirən dublyaj
sənəti kinonun ayrılmaz bir qoludur. Dublyajda çalışan aktyorların yaradıcılıq emo-
siyaları isə bu prosesdə ikiqat yüklənir. Səsləndirilən hər bir yad, əcnəbi obrazın
xarakterini qavramaq, duyğularını, hisslərini emosional şəkildə tamaşaçıya çatdır-
maq xüsusi məharət tələb edir. Keyfiyyətli dublyaj isə həmin telekanalın güclü maddi-
texniki bazasından, rejissor peşəkarlığından xəbər verir. Qüsursuz dublyaj aktyor
ansamblının düzgün seçimindən də çox asılıdır. AzTV-nin dublyaj departamentində
son iki ildə səsləndirilən xarici filmlərin böyük qismi nəinki tamaşaçıda filmlərə
qarşı maraq doğurur, eyni zamanda kinonun əyləncə olmadığını diqqətə çatdırır.
AzTV-nın kino və dublyaj redaksiyasında səsləndirilən filmlərin əksəriyyətinin uğuru
Ədalət Məmmədov, Şövqü Hüseynov, Eldəniz Rəsulov kimi aktyorların improvi-
zator ifaları ilə daha çox bağlıdır.
Milli teatr və kinomuzda böyük təcrübə keçən bu aktyorlar səsləndirdikləri per-
sonajların şəxsi məninin açılmasında öz məharətlərini lazımınca nümayiş etdirirlər.
Materiallar
07 may 2011-ci il
259
Bu ecazkar səslər bizə tamamilə yad olan insanların mənəvi aləmlərini, xarakterlə-
rini, onların səciyyəvi cəhətlərini çatdırmağa qadirdilər.Çox vaxt dublyajın əsas
mahiyyətini redaktə qanunauyğunsuzluqları ilə ittiham edir, orijinal ifaların dəqiq
tərcümələrini tələb edirlər. Əgər texniki qüsurlar nəzərə alınmasa, (kadrlardakı tər-
cüməsiz məsafələr, orijinal səslər) qohum sözlərin səs artikulyasiyasındakı peşəkar,
emosional təqdimatı tamaşaçını narahat etmir. Məsələn, ahəngdar səslə, əsaslı pa-
fosla söylənilən dinamik kadrlardakı getdik sözləri (ardımca, qo-qo ingiliscədə) tər-
cümədə filmin mahiyyətinə təsir etmir. Yetər ki, dublyaj olunan filmin ikili təsir
bağışlayan orijinal səsləri batırılsın. Bu zaman dublyaj ustaları olan aktyorların no-
vator xüsusiyyətləri, rejissor təfsirinin reallığı, peşəkarlığı aydın nəzərə çarpacaq,
həmcinin dublyajın güclü bir sənət növü olduğunu sübut edəcəklər.
AzTV-nin dublyaj redaksiyasında səsləndirilən cizgi filmlərində mövcud olan
absurd qəhrəmanların peşəkar ifası kiçiklərlə yanaşı, böyükləri də ekran qarşısına
toplaya bilir. “Konan”, “Ağbəniz” və s. cizgi filmləri buna bariz misaldır. Ən əsası
isə odur ki, doğma dilimizdə eşitdiyimiz bu səslərin sehri bizə nağıllardakı əlçatmaz
qəhrəmanlıq taktikalarını, insanları bir-birinə doğmalaşdıran sevgi-məhəbbət, xeyir-
xahlıq hisslərini absurd formada da olsa yaşamağımıza imkan yaradır.
TƏRCÜMƏNİN HERMENEVTiK PROBLEMLƏRİ
Vüsal YÜZBAŞYEV
Bakı Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi
Elmi rəhbər: f.e.n. dos. Anar Kərimov
Dilin formalaşması xüsusi işarəvi gerçəkliyin yaranması sayəsində mümkün ol-
muşdur. F.de Sössürə görə bu işarəvi gerçəklik ətraf mühiti ifadə edir. İnsan dili öz-
özlüyündə əşyaların “dilinin” (təbiətin) insan birliyinin dilinə (çünki dil həmişə ic-
timai mahiyyət daşıyır) adaptasiyası və ya tərcüməsi fəaliyyəti kimi təzahür edir,
yəni təbiət hadisələrinin dilindən sosial ümumiliyin dilinə tərcümə kimi ifadə olu-
nur. Dil öz-özlüyündə sosail adaptasiyaya məruz qalmış təbii reallıqdır.
Tərcümə ilə məşğul olan hər bir şəxsə bu prosesin çətinliyi və təhlükəli cəhət-
ləri məlumdur. Hər bir dilin özünəməxsus xüsusiyyətləri və imkanları vardır. Bu
prosesi həyata keçirmək üçün tərcüməçidən çox böyük bacarıq tələb olunur. O, sanki
iki dünya arasında mövcud olmağı bacarmalıdır. Tərcümə prosesi zamanı tərcüməçi
yeni dil dünyasına, dil və məna işarələri aləminə daxil olur. Hər iki dildə bunları tu-
tuşdurur və uyğun məna variantlarını aşkar etməyə çalışır. Nəticədə, tərcümə aktı
dərin hermenevtik mahiyyət kəsb edir.
“Hermenevtika” qədim yunan mənşəli sözdür və allahlar tərəfindən göndərilən
məlumatları insanlara çatdıran Hermesin adı ilə bağlıdır. Allahların dilinin insan-
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
260
ların başa düşməsi üçün Hermesin adı ilə bağlıdır. Allahların dilinin insanların başa
düşməsi üçün Hermes onların məlumatlarını izah etməli idi, yəni o, allahlarla insan-
lar arasında vasitəçi olmaqla yanaşı, həm də şərhçi kimi çıxış etməli idi. Tədricən allah-
ların, peyğəmbərlərin kəlamlarını, nəsihətlərini əhatə edən anlama fəaliyyəti yazılı
mənbələrin, ilk növbədə Bibliyanın və digər müqəddəs kitabların izahına yönəldi.
Platon hermenevtikanı incəsənətin bir növü adlandırdı və hesab edirdi ki, o allah-
ların gizli sözlərini izah edir, lakin bu izahlarn həqiqət olması barədə heç nəyi təsdiq
etmir. Aristotelin Orqanonunda hermenevtika nitqin bir üsulu kimi xarakterizə edilir.
Sonralar hermenevtika fəlsəfədə, teologiyada, eləcə də hüquq elmlərində spesifik
xarakterli qanun və qaydaların mənalarının aydınlaşdırılmasında köməkçi istiqamət
kimi inkişaf etməyə başladı.
Şlegel və Şleyermaxer hermenevtikanın köməkçi istiqamət rolundan çıxardılar
və onu anlamanın ümumi nəzəriyyəsi kimi təqdim etməyə başladılar.
XIX əsrin əvvəlində hermenevtikanın inkişafında filoloji mərhələ başa çatdı.
Alman filosofu və teoloqu Fridrix Şleyermaxer klassik filoloji hermenevtikanın,
eyni zamanda fəlsəfi hermenevtikanın banisi hesab olunur. Bu məsələlərə ilk dəfə
olaraq o, “Dialektika”, “Hermenevtika”, “Tənqid” traktatlarında münasibət bildir-
mişdir. Şleyermaxer mətnin iki anlama üsulunu təqdim edirdi: qrammatik və psixo-
loji. Qrammmatik üsulla əsərdə müəllifin fərqi, stilistik üslubu aşkar edilməklə ya-
naşı, onun dildə ifadəsini tapmış özünəməxsusluluğu aydınlaşdırır. Psixoloji üsul isə
yaradıcılıq aktına stimul verən ilkin şüuraltı impulsun aşkar edilməsi mahiyyəti daşıyır.
Tərcümə problemlərinin öyrənilməsində Şleyermaxer tərəfindən təməli qoyul-
muş hermenevtik nəzəriyyənin özünəməxsus əhəmiyyəti vardır. Bu nəzəriyyənin
əsas xarakterik xüsusuiyyəti ondan ibarətdir ki, o ilk olaraq tərcümə fenomeninə
ciddi nəzəri status verdi. Şleyermaxer tərcümə olunan ədəbiyyatın oxucuda orijinal
mətnin təəssüratını yaradan tərcümədən imtina etmişdir. O, orijinal dilə istiqaməti
qoruyub saxlayan tərcümə üsulunu məqbul sayırdı. Şleyermaxer bu paradiqmanı
“özgəni” anlama məharəti kimi qəbul edirdi. Sonralar Hadamer tərəfindən tərcümə-
nin hermenevtik izahının fundamental fəlsəfəsi mahiyyəti ortaya qoyuldu. Hadamer
tərcümədə hermenevtik situasiyanın baza modelini görürdü. Avstraliyalı yazıçı Eduard
Vans Palmer isə tərcüməni hermenevtikanın ürəyi hesab edirdi.
Tərcümə mahiyyətinə görə izah deməkdir, çünki mətn bu məqamda oxucu qar-
şısında yeni, digər dilin timsalında təqdim olunur. Bu o deməkdir ki, nə qədər çətin
olsa da, tərcüməçi doğma dilin bütün hüquqlarını qoruyub saxlamaq şərtilə təqdim
olunan dilin xüsusiyyətlərini də nəzərdən qaçırmamalıdır. Bu məqamın izahını Ha-
damer “özününkü-özgəninki” dilemması konteksində təqdim edilməsini müqabil
sayırdı. O, tərcümənin mətnin rekonstruksiyası kmi deyil, onun özünün dərk olun-
ması kimi izah edirdi.
Hermenevtikanın izah və interpretasiya haqqında elm olmasından çıxış edərək,
tərcümənin hermenevtik aspektinə tərcüməçi tərəfindən orijinal mətnin anlanması
və interpretasiya edilməsi, eləcə də tərcümə mətninin onun mənimsəyiciləri tərəfin-
dən anlanması və interpretasiya edilməsi məsələləri aid edilə bilər.
Materiallar
07 may 2011-ci il
261
Məlumdur ki, tərcümə fəaliyyəti orijinal mətnin təhlil edilməsindən, qavranıl-
masından və anlanmasndan başlayır. Məhz buna görə bütün ənənəvi tərcümə me-
todlarının başlanğıc mərhələsi mətnin təhlil edilməsi hesab olunur. Bu səbəbdən də
bir çox müəlliflər tərcümə prosesinin təsvirində hermenevtik aspekti xüsusilə qeyd
edirlər.
Çox mürəkkəb sistem mahiyyəti daşıyan tərcümə prosesində “mətn-interpreta-
tor” problemi M.P.Brandes tərəfindən alt sistem kimi təqdim olunur. Bu alt sistem
mətnin mənasının təşkilini aşkara çıxaran modelləşdirilmiş prosesdir və tərcümə
strategiyasında böyük əhəmiyyət daşıyır, eləcə də ikinci mərhələdə tərcümə prosesini
nizama salır. Məhz bu mərhələdə aşkar edilmiş məna modelinin tərcümə olunan dilə
kodlaşdırılması həyata keçirilir. Bir çox hallarda orijinal mətnin qavranması, onun
digər dilə tərcümə edilməsindən daha çox çətinliklərlə rastlaşır və haqlı olaraq tər-
cüməşünaslıqda tərcümənin bir sıra aspektə xüsusi əhəmiyyət verilir. Anlama kate-
qoriyasının tərcüməşünaslığın mərkəzi kateqoriyası olmasına heç bir şübhə yeri yox-
dur və tərcümənin uğurlu alınmasında orijinal mətnin anlanmasının əhəmiyyət da-
nılmazdır.
Təbii ki, tərcüməçi mətni anladıqda öz informasiya ehtiyatı zənginləşir. Lakin bir
məsələni nəzərə almaq lazımdır ki, mətnin anlanma səviyyəsi ilk növbədə tərcümə-
çinin bu sahədə məlumatlılıq səviyyəsindən çox asılıdır. V.N.Komisarov qeyd edirdi
ki, tərcümə prosesində tərcüməçi iki bilik növündən istifadə edir: pozitiv (episte-
mik), yəni artıq onun yaddaşında olan biliklər və evristik (yeni informasiyanın əldə
edilməsi qabiliyyəti).
Tərcümənin hermenevtik aspekti nəzərdən keçiriləndə mətnin tam və dərin dərk
edilməsi fikri tez-tez vurğulanır. Orijinal mətnin anlanması yalnız mətndə təsvir
edilən real situasiyaları ifadə edən qeyri-dil gerçəkliyi qavranıldığı təqdirdə müm-
kün ola bilər.
Doğrudan da, bir çox tərcümə səhvləri real gərçəkliyin müəyyən fraqmentləri-
nin başa düşülməsindən irəli gəlir. Buna tərcümə mətnlərində saysız-hesabsız nü-
munələr var.
Tərcüməşünasların tərcümə prosesini təhlil etdiyi zaman əhəmiyyət verdikləri
əsas kateqoriyalardan biri də informasiya kateqoriyasıdır. Tərcümə prosesinin özü
bir çox hallarda informasiyanın ilkin mətndən çıxarılması və tərcümə mətnində ifadə
edilməsi kimi müəyyən olunur. İ.Levıy yazır ki, tərcümə informasiyanın verilməsidir.
S.A.Semko isə bu məsələyə belə münasibət bildirir: “......yeni, naməlum biliyə çev-
rildikdən sonra informasiya adlana bilər”.
Hermenevtik cəhətdən əhəmiyyət kəsb edən anlayışlardan biri də məna məfhu-
mudur. Məna iki əsas informasiya növünün (semantik və situativ) qarşılıqlı əlaqə-
sindən yaranır. Sadə bir misalla bunu belə ifadə etmək olar:
Mən yaxında yaşayıram.
Mən getmirəm.
Mən dostumu gözləyirəm.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
262
Məni gözləmə
Gedə bilərsiniz
Mən nəqliyyatdan istifadə etmirəm
Bu ifadələrdə semantik informasiya üst-üstə düşməsə də hamısı identik situasi-
yalarda istifadə oluna bilər. (Mən sizinlə avtobusda getmək istəmirəm). Gördüyü
kimi, ifadələrin müxtəlif semantik informasiya yükü daşımasına baxmayaraq, hamısı
eyni məqamı ifadə edir. Yəni ifadə olunan hər bir informasiyanın məzmunu ayrılıqda
dərk edilməlidir, buna isə situasiyanın xüsusiyyətlərini nəzərə alaraq nail olmaq olar.
Bir mətnin tam anlanması, onun ayrı-ayrı hissələrinin anlanması ilə mümkün ola
bilər. Tərcüməçi mətni tədricən, onun ayrı-ayrı hissələrinin ardıcıl olaraq dərk edərək
anlaya bilir. Bu zaman onda bütöv mətni xarakterizə edən mənanı əldə edmək göz-
ləntisi yaranır. Bu isə özünəməxsus bir dairə yaradır ki, bu dairə hissənin və tamın
hermenevtik dairəsi hesab olunur.
Hermenevtik dairə problemi də anlama prosesi ilə bağlıdır. Bu prinsip herme-
nevtikaya antik ritorikadan gəlmişdir (hissənin və tamın münasibəti məsələləri).
Hermenevtik dairə (növbəli) hissənin bütövdən, bütövün də hissədən anlamını nə-
zərdə tutur. Yəni bütövü başa düşmək üçün hissəni dərk etmək lazımdır, lakin yalnız
bütövü dərk edikdə hissəni anlamaq olar. Şleyermaxerin fikrincə, anlama prosesi
yalnız bu şəkildə qarşılıqlı əlaqədə həyata keçir.
Mətnin dərkedilmə səviyyəsindən asılı olmayaraq tərcüməçi mətndən onun də-
yəri baxımından bərabər olmayan informasiya götürür. Burada kommunikativ-rele-
vant (yəni dil vahidlərindən fərqləndirmək xüsusiyyəti) və qeyri-kommunikativ-
relevant informasiyanı ayırmaq lazım gəlir. Kommunukitav-relevant informasiya tər-
cümədə ifadə oluna bilir, qeyri-kommunikativ-relevant informasiya isə, ümumiy-
yətlə tərcümə olunmur, ya da tərcümə olunması mütləq deyil.
Mətnin tərcümə səviyyəsi, onda olan informasiyanın tam ifadə edilməsi mətnin
özünün xüsusiyyətlərindən də asılıdır. Bu xüsusiyyətlər obyektiv (mətnin müəlli-
findən asılı olmayan) və subyektiv (mətnin müəllifindən asılı olan) ola bilər. Tərcü-
məçi üçün tərcümə prosesində qarşıya çıxan hər bir maneə (eləcə də mətnin forma
və məzmumu ilə bağlı olan maneələr) mühüm əhəmiyyət kəsb edir, çünki bu, oriji-
nalın ətraflı dərk edilməsinin imkanlarını müəyyən edir. Təbii ki, bütün bunlar sonda
keyfiyyətli tərcüməni təmin edir.
Mətndə informasiyanın müəyyənliyi və qeyri-müəyyənliyi məqamları da tərcümə
prosesində mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Mətndə informasiyanın
müəyyənliyi dedikdə yalnız bir məna ifadə edən informasiyalar nəzərdə tutulur, in-
formasiyanın qeyri-müəyyənliyi dedikdə isə məna bir neçə mənalara malik olur.
Lakin mətndə informasiyanın müəyyənliyi dedikdə, mütləq şəkildə tərcümədə yal-
nız bir üsuldan istifadə nəzərdə tutulmur. Məsələn, bir dildə müəyyən ifadənin sino-
nimi olmadığı halda, yəni hadisəni yalnız bir söz ifadə etdiyi halda, başqa dildə bunun
bir neçə tərcümə variantı ola bilər.
Materiallar
07 may 2011-ci il
263
İnformasion qeyri-müəyyənliyi növü kimi çox planlığı (polifoniya) göstərmək
olar. Yəni elə hallar da olur ki, məqsədyönlü şəkildə eyni zamanda çox mənalı sözün
bir neçə mənası aktuallaşdırılır. Məna çoxplanlığı geniş fonda metaforizasiyalar da
yaradır. Buraya simvolizasiyaları da aid etmək olar. Məsələn, N.Həsənzadənin “Mə-
həbbət” şerində “çal” sözündə bu məqamları müşahidə edmək olar:
Çal, çal yorulmasın qoy o barmaqlar,
sevinc pərdəsində qəm qubar çalır.
Dünyada hər kəsin bir Leylisi var,-
Kimi qələm çalır, kimi tar çalır.
Çal, çal yorulmasın qoy o barmaqlar-misrasında və tar çalır ifadəsində çal sözü
özünün həqiqi mənasında təqdim edilirsə, qubar çalır və qələm çalır ifadələri məcazi
məna daşıyır. Bu məqamlara aid saysız-hesabsız misallar gətirmək olar.
Hermenevtika Qərb ölkələrində geniş yayılmış və hazırda da Qərb alimləri tə-
rəfindən mühüm istiqamət kimi dəyərləndirilir. Lakin bu cərəyanın yalnız Qərbə aid
olduğunu iddia etmək səhv fikir olar. Belə ki, ən qədim dövrlərdən başlayaraq Şər-
qin zəngin tərcüməçilik, şərhçilik, təfsirçilik ənənəsi vardır. Orta əsrlər müsəlman
Şərqində qədim yunan filosoflarının əsərlərinin tərcüməsi və şərhi, Əl-Fərabi, Əbu Əli
ibn Sina, İbn Rüşd və başqa böyük mütəfəkkirlərin traktatlarına verilən şərhlər buna
misal ola bəlir.
Hermenevtik anlama müəyyən təsirlərin nəticəsində deyil, ona məxsus daxili
xüsusiyyətlərin sayəsində inkişaf edir. O, müasir təfəkkürdə humanitar elmlərdə,
eləcə də millətlərarası münasibətlərdə baş verən təbəddülatlar nəticəsində meydana
gəldi. Müşahidələr göstərir ki, hermenevtika baş verən dəyişikliklər və böhranlar
zamanı aktuallaşır. Çünki bu zaman ənənəvi dillərdə mövcud terminlərdə yeni mə-
naları interpretasiya etmək və ya yeni yarana təsirləri izah etmək zərurəti yaranır.
Müasir dövrün hermenevtikasının bugünki inkişafı isə böhran və köklü dəyişiklik-
lərin əlaməti kimi nəzərdən keçirilə bilər.
İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ
TƏRCÜMƏ ZAMANI RASTLANILAN İDİOMLARIN
ƏSL ANLAMLARI
Sona CAHANLI
Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və
regionşünaslıq fakültəsinin III kurs tələbəsi
Elmi rəhbər: Əliyev Şirinbəy
İdiomlar çox geniş yayılıb, biz onlara bir çox jurnal, kitab, reklamlarda və həm-
çinin insanların gündəlik nitqində rast gələ bilərik. İngilis dili 2 və daha artıq müs-
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
264
təqil sözlərin birləşməsindən yeni mənalı ifadələr yaradan dillər qrupuna aiddir. Bu
ifadələrin necə və harda istifadə olunması yollarını bilmək mütləqdir.
İngilis dili çox zəngin dildir və bu dil üzrə profesionallaşmaq istəyənlər bütün
dil hadisələrindən istifadə etməyi bacarmalıdırlar. İdiomlar ingilis dilində filmlər,
xəbərlər, reklamlar izləməklə və eyni zamanda bu dildə müxtəlif yönümlü kitablar
oxumaqla daha yaxşı mənimsənilə bilər.
Bu mövzu bir çox tərcüməçilərin maraq dairəsindədir. Çünki biz bir dilçi kimi
bu və ya digər mətnlərin tərcüməsi ilə bağlı bir sıra problemlərlə üzləşməli oluruq.
Daha çox bu tip probləmlər azərbaycan dilinə birbaşa tərcümə edilməyən idiomların
şərhində rast gəlinir və bu da tərcümə prosesində böyük çətinliklər yaradır. Belə ki,
“they are the real pain in the neck”.
İdiomlar dilin rəngarəngliyidir. Onlar eyni zamanda hisslərimizin və düşüncə-
lərimizin daha dolğun ifadə edilmə formasıdır. İdiomlar sanki bir rəsm əsəri kimi
dildə mövcud olan sözlərin müxtəlif söz birləşmələrinin tərkibi hissəsi kimi verilərək
və yeni mənalar yaradaraq dilə canlılıq və zənginlik gətirir.
Dili aydın şəkildə dərk etmək üçün həmin dildəki idiomların hansı mənanı ifadə
etdiyini bilmək zəruridir. İdiomların mənasını ədəbi olaraq aydınlaşdırmağa cəhd
etsək, biz onların ifadə etdiyi məna çalarlarına heyran qalarıq. Onların kəsb etdiyi
mətnaltı mənaları bilmədən cümlədə yerinə görə düzgün istifadə etmək çətin olar.
İdiomların əsas əlamətləri sabit və dəyişməz faktlara əsaslanır. Sabit idiomların tər-
kib hissələrini dəyişmək qeyri mümkündür. Digər tərəfdən onlar həm də məhdud
manipulyasiyalara yol verə bilər. Bu dəyişmələr çox vaxt zaman və insan məfhumu
ilə əlaqələndirilir. İdiomların kökündən dəyişməsi də mümkündür. Belə hallarda
idiomların ilkin forması qrammatik olaraq məchul növdə verilə bilər. Məs: He
found fault with them - Fault was found with them.
İdiomlar müxtəlif forma və quruluşlara malikdir. Onlar quruluşca qaydasız, ha-
belə, qrammatik cəhətdən düzgün olmaya da bilərlər. İdiomların 3 əsas növü fərq-
ləndirilir:
I. Qrammatik quruluşuna görə qaydasız və məntiqi cəhətdən düzgün olmayan
idiomlar. Məs: I am good friends with him. Bu nümunədə idiom mənaca aydın,
lakin formaca qaydasızdır.
II. Elə qaydasız idiomlar da var ki, mənaları aydın olmur. Məs: to have a bee in
one’s bonnet.
III. 3cü tip idiomlar isə həm formaca, həm də mənaca qaydasız olur. Məs: to be
at large.
Ümumiyyətlə idiomların əksəriyyəti daha çox III tipə aid edilir. İdiomlar aşağı-
dakı qruplara bölünür:
1. Sifət və isimlərdən düzələn idiomlar. Məs: dead matter, a bad time.
2. Fel və isimlərdən düzələn idiomlar. Məs: to bear fruit- it means “to produce
fruit”
3. Sözönü və zərflərdən düzələnlər. Məs: to fall in love
|