Azərbaycan Respublikası “ÇAĞ” Öyrətim İşlətmələri


Nut  -  "qoz-fındıq" tikintidə "qayka"  Plate -



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə33/45
tarix26.02.2017
ölçüsü3,6 Kb.
#9778
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

Nut  -  "qoz-fındıq" tikintidə "qayka" 
Plate - "boşqab" tikintidə "lövhə" 
Concrete  - "konkret" tikintidə "beton" 
Elevatin -"qalxma, yüksəlmə" tikintidə "fasad" 
Shelter - "sığınacaq" tikintidə "konteyer" 
Pocket  - "cib" tikintidə "kabel kanalı" 
Reinforce  - "gücləndirmək" tikintidə "dəmir" 
Opening - "açılış" tikintidə "dəlik, deşik" 
Mount  - "dağ, təpə" tikintidə "montajlamaq" və s. 
Yuxarıda göstərilən misallardan aydın görmək olar ki, tikinti sahəsinə aid, ümu-
miyyətlə elmi-texniki mətnlərin tərcüməsi zamanı tərcüməçi diqqətli olmalıdır. Həmin 
sahəyə aid terminalogiyanı yaxşı bilməlidir. Əks halda tərcümə çox gülünc alına bilər. 
 
 
TELEVİZİYA DUBLYAJ TƏRCÜMƏSİ 
Gülnar ƏLİYEVA 
Gəncə Dövlət Universiteti 
Xarici Dillər Fakultəsi İngilis Dili 
Elmi rəhbər: Mövsümova Pərvanə 
 
Müasir Azərbaycan dilinin inkişafı televiziyalarla, xüsusən də bədii filmlərdəki 
qiraətin üstünlük təşkil etdiyi dublyajlarla daha çox bağlıdır. AzTV-də kino və dublyaj 
redaksiyasının fəaliyyəti dilimizin inkişafına, təkmilləşdirilməsinə xidmət edir. 
Dublyaj sənəti artıq yarım  əsrdən çoxdur ki, kinonun bir qolu kimi tamaşaçıların 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»   IV Respublika tələbə elmi-praktik konfransı 
 
 
258 
mənəvi tələbatlarını ödəyir. 1966-cı ildən Azərbaycan Televiziyasında dublyaj olu-
nan filmlər ilk vaxtlar səviyyə baxımından tamaşaçıları qane etməsə  də, doğma 
dilimizdə səsləndiyinə görə sonralar geniş tamaşaçı auditoriyasının xüsusi rəğbətini 
qazandı. Ulu öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbi-
qinin təkmilləşdirilməsi tədbirləri haqqında” sərəncamı ölkə teleməkanında filmlərin 
dublyajını sürətləndirdi. Bu sərəncam digər televiziyalarda olduğu kimi, Azərbaycan 
Teleradio Verilişləri QSC-nin kino və dublyaj redaksiyasının fəaliyyətində də böyük 
dəyişikliklər yaratdı. İstər bədii, istər sənədli, elmi-kütləvi xarici filmlərin dublyajına 
geniş yer verildi. Xarici filmlərin tamaşaçılara doğma dilimizdə qüsursuz olaraq 
çatdırılması dublyaj redaksiyalarının əsas vəzifəsinə çevrildi. Bundan sonra Azər-
baycan Milli Teleradio Şurasının ciddi nəzarəti altında bütün televiziyalarda yayım-
lanan filmlərin milli dilimizdəki versiyaları ekranlarda silsilə xarakteri daşımağa 
başladı. Bu tendensiya tamaşaçılar tərəfindən hədsiz sevinclə qarşılansa da, bəzi te-
lekanallarda dublyaj olunmuş filmlərin səsləndirmə texnikasının primitivliyi nəinki 
filmlərə qarşı ikrah hissi oyatdı, hətta bu cür səsləndirilən dublyaj filmləri əsəbləri 
tarıma çəkirdi. Kanalların dublyaj siyasəti mənəvi dəyərlərə həddən artıq diqqət verən 
Azərbaycan tamaşaçısının gözündən yayınmadı. Belə ki, çox vaxt bəsit süjetdə, de-
tektiv janrda çəkilmiş küçə döyüşlərindən bəhs edən filmlərin dublyajı  həddən 
ziyadə səviyyəsiz texniki üsulla dublyaj edilmiş formada tamaşaçıya başdansovdu 
ötürülürdü. Məsələn, orijinal variantdakı replikaların azlığını qısa kadrda “yola verən” 
aktyorların səsi növbəti kadrda səslənirdi. Və yaxud da personajın gülüşü, ağlaması 
və. s. dublyaj edilmədən orijinal təqdimatda göstərilirdi. 
Dublyajın mahiyyətini cılızlaşdıran bu kimi amillər də tamaşaçıda ekrana qarşı 
inamsızlıq yaradır. Bu da tamaşaçını qıcıqlandıran amillərdəndir. Çünki hər bir film 
səviyyəsindən asılı olmayaraq, öz dövrünü, mikroaləmini əks etdirir. Bizim digər öl-
kələr və insanlar haqqındakı təsəvvürlərimiz isə məhz bu filmlərdəki obrazların təf-
siri, rejissor və dramaturq ideyalarının aktyor ifaçılığındakı təbliği ilə bağlıdır. Vay 
o günə ki, filmin bütün məziyyətləri, kompozisiyası səviyyəsiz dublyaja qurban gedə. 
Xarici filmləri doğma dilimizə tərcümə edərək yenidən ərsəyə gətirən dublyaj 
sənəti kinonun ayrılmaz bir qoludur. Dublyajda çalışan aktyorların yaradıcılıq emo-
siyaları isə bu prosesdə ikiqat yüklənir. Səsləndirilən hər bir yad, əcnəbi obrazın 
xarakterini qavramaq, duyğularını, hisslərini emosional şəkildə tamaşaçıya çatdır-
maq xüsusi məharət tələb edir. Keyfiyyətli dublyaj isə həmin telekanalın güclü maddi-
texniki bazasından, rejissor peşəkarlığından xəbər verir. Qüsursuz dublyaj aktyor 
ansamblının düzgün seçimindən də çox asılıdır. AzTV-nin dublyaj departamentində 
son iki ildə  səsləndirilən xarici filmlərin böyük qismi nəinki tamaşaçıda filmlərə 
qarşı maraq doğurur, eyni zamanda kinonun əyləncə olmadığını diqqətə çatdırır. 
AzTV-nın kino və dublyaj redaksiyasında səsləndirilən filmlərin əksəriyyətinin uğuru 
Ədalət Məmmədov,  Şövqü Hüseynov, Eldəniz Rəsulov kimi aktyorların improvi-
zator ifaları ilə daha çox bağlıdır. 
Milli teatr və kinomuzda böyük təcrübə keçən bu aktyorlar səsləndirdikləri per-
sonajların şəxsi məninin açılmasında öz məharətlərini lazımınca nümayiş etdirirlər. 

Materiallar 
                                                                                                                             07 may 2011-ci il
 
 
259 
Bu ecazkar səslər bizə tamamilə yad olan insanların mənəvi aləmlərini, xarakterlə-
rini, onların səciyyəvi cəhətlərini çatdırmağa qadirdilər.Çox vaxt dublyajın  əsas 
mahiyyətini redaktə qanunauyğunsuzluqları ilə ittiham edir, orijinal ifaların dəqiq 
tərcümələrini tələb edirlər. Əgər texniki qüsurlar nəzərə alınmasa, (kadrlardakı tər-
cüməsiz məsafələr, orijinal səslər) qohum sözlərin səs artikulyasiyasındakı peşəkar, 
emosional təqdimatı tamaşaçını narahat etmir. Məsələn, ahəngdar səslə, əsaslı pa-
fosla söylənilən dinamik kadrlardakı getdik sözləri (ardımca, qo-qo ingiliscədə) tər-
cümədə filmin mahiyyətinə  təsir etmir. Yetər ki, dublyaj olunan filmin ikili təsir 
bağışlayan orijinal səsləri batırılsın. Bu zaman dublyaj ustaları olan aktyorların no-
vator xüsusiyyətləri, rejissor təfsirinin reallığı, peşəkarlığı aydın nəzərə çarpacaq, 
həmcinin dublyajın güclü bir sənət növü olduğunu sübut edəcəklər. 
AzTV-nin dublyaj redaksiyasında səsləndirilən cizgi filmlərində mövcud olan 
absurd qəhrəmanların peşəkar ifası kiçiklərlə yanaşı, böyükləri də ekran qarşısına 
toplaya bilir. “Konan”, “Ağbəniz” və s. cizgi filmləri buna bariz misaldır. Ən əsası 
isə odur ki, doğma dilimizdə eşitdiyimiz bu səslərin sehri bizə nağıllardakı əlçatmaz 
qəhrəmanlıq taktikalarını, insanları bir-birinə doğmalaşdıran sevgi-məhəbbət, xeyir-
xahlıq hisslərini absurd formada da olsa yaşamağımıza imkan yaradır. 
 
 
TƏRCÜMƏNİN HERMENEVTiK PROBLEMLƏRİ 
Vüsal YÜZBAŞYEV 
Bakı Dövlət Universitetinin  
Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi 
Elmi rəhbər: f.e.n. dos. Anar Kərimov
 
 
Dilin formalaşması xüsusi işarəvi gerçəkliyin yaranması sayəsində mümkün ol-
muşdur. F.de Sössürə görə bu işarəvi gerçəklik ətraf mühiti ifadə edir. İnsan dili öz-
özlüyündə əşyaların “dilinin” (təbiətin) insan birliyinin dilinə (çünki dil həmişə ic-
timai mahiyyət daşıyır) adaptasiyası  və ya tərcüməsi fəaliyyəti kimi təzahür edir, 
yəni təbiət hadisələrinin dilindən sosial ümumiliyin dilinə tərcümə kimi ifadə olu-
nur. Dil öz-özlüyündə sosail adaptasiyaya məruz qalmış təbii reallıqdır. 
Tərcümə ilə məşğul olan hər bir şəxsə bu prosesin çətinliyi və təhlükəli cəhət-
ləri məlumdur. Hər bir dilin özünəməxsus xüsusiyyətləri və imkanları vardır. Bu 
prosesi həyata keçirmək üçün tərcüməçidən çox böyük bacarıq tələb olunur. O, sanki 
iki dünya arasında mövcud olmağı bacarmalıdır. Tərcümə prosesi zamanı tərcüməçi 
yeni dil dünyasına, dil və məna işarələri aləminə daxil olur. Hər iki dildə bunları tu-
tuşdurur və uyğun məna variantlarını aşkar etməyə çalışır. Nəticədə, tərcümə aktı 
dərin hermenevtik mahiyyət kəsb edir. 
“Hermenevtika” qədim yunan mənşəli sözdür və allahlar tərəfindən göndərilən 
məlumatları insanlara çatdıran Hermesin adı ilə bağlıdır. Allahların dilinin insan-

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»   IV Respublika tələbə elmi-praktik konfransı 
 
 
260 
ların başa düşməsi üçün Hermesin adı ilə bağlıdır. Allahların dilinin insanların başa 
düşməsi üçün Hermes onların məlumatlarını izah etməli idi, yəni o, allahlarla insan-
lar arasında vasitəçi olmaqla yanaşı, həm də şərhçi kimi çıxış etməli idi. Tədricən allah-
ların, peyğəmbərlərin kəlamlarını, nəsihətlərini əhatə edən anlama fəaliyyəti yazılı 
mənbələrin, ilk növbədə Bibliyanın və digər müqəddəs kitabların izahına yönəldi. 
Platon hermenevtikanı incəsənətin bir növü adlandırdı və hesab edirdi ki, o allah-
ların gizli sözlərini izah edir, lakin bu izahlarn həqiqət olması barədə heç nəyi təsdiq 
etmir. Aristotelin Orqanonunda hermenevtika nitqin bir üsulu kimi xarakterizə edilir. 
Sonralar hermenevtika fəlsəfədə, teologiyada, eləcə  də hüquq elmlərində spesifik 
xarakterli qanun və qaydaların mənalarının aydınlaşdırılmasında köməkçi istiqamət 
kimi inkişaf etməyə başladı. 
Şlegel və Şleyermaxer hermenevtikanın köməkçi istiqamət rolundan çıxardılar 
və onu anlamanın ümumi nəzəriyyəsi kimi təqdim etməyə başladılar. 
XIX  əsrin  əvvəlində hermenevtikanın inkişafında filoloji mərhələ başa çatdı. 
Alman filosofu və teoloqu Fridrix Şleyermaxer klassik filoloji hermenevtikanın, 
eyni zamanda fəlsəfi hermenevtikanın banisi hesab olunur. Bu məsələlərə ilk dəfə 
olaraq o, “Dialektika”, “Hermenevtika”, “Tənqid” traktatlarında münasibət bildir-
mişdir. Şleyermaxer mətnin iki anlama üsulunu təqdim edirdi: qrammatik və psixo-
loji. Qrammmatik üsulla əsərdə müəllifin fərqi, stilistik üslubu aşkar edilməklə ya-
naşı, onun dildə ifadəsini tapmış özünəməxsusluluğu aydınlaşdırır. Psixoloji üsul isə 
yaradıcılıq aktına stimul verən ilkin şüuraltı impulsun aşkar edilməsi mahiyyəti daşıyır. 
Tərcümə problemlərinin öyrənilməsində Şleyermaxer tərəfindən təməli qoyul-
muş hermenevtik nəzəriyyənin özünəməxsus  əhəmiyyəti vardır. Bu nəzəriyyənin 
əsas xarakterik xüsusuiyyəti ondan ibarətdir ki, o ilk olaraq tərcümə fenomeninə 
ciddi nəzəri status verdi. Şleyermaxer tərcümə olunan ədəbiyyatın oxucuda orijinal 
mətnin təəssüratını yaradan tərcümədən imtina etmişdir. O, orijinal dilə istiqaməti 
qoruyub saxlayan tərcümə üsulunu məqbul sayırdı.  Şleyermaxer bu paradiqmanı 
“özgəni” anlama məharəti kimi qəbul edirdi. Sonralar Hadamer tərəfindən tərcümə-
nin hermenevtik izahının fundamental fəlsəfəsi mahiyyəti ortaya qoyuldu. Hadamer 
tərcümədə hermenevtik situasiyanın baza modelini görürdü. Avstraliyalı yazıçı Eduard 
Vans Palmer isə tərcüməni hermenevtikanın ürəyi hesab edirdi. 
Tərcümə mahiyyətinə görə izah deməkdir, çünki mətn bu məqamda oxucu qar-
şısında yeni, digər dilin timsalında təqdim olunur. Bu o deməkdir ki, nə qədər çətin 
olsa da, tərcüməçi doğma dilin bütün hüquqlarını qoruyub saxlamaq şərtilə təqdim 
olunan dilin xüsusiyyətlərini də nəzərdən qaçırmamalıdır. Bu məqamın izahını Ha-
damer “özününkü-özgəninki” dilemması konteksində  təqdim edilməsini müqabil 
sayırdı. O, tərcümənin mətnin rekonstruksiyası kmi deyil, onun özünün dərk olun-
ması kimi izah edirdi. 
Hermenevtikanın izah və interpretasiya haqqında elm olmasından çıxış edərək, 
tərcümənin hermenevtik aspektinə  tərcüməçi tərəfindən orijinal mətnin anlanması 
və interpretasiya edilməsi, eləcə də tərcümə mətninin onun mənimsəyiciləri tərəfin-
dən anlanması və interpretasiya edilməsi məsələləri aid edilə bilər. 

Materiallar 
                                                                                                                             07 may 2011-ci il
 
 
261 
Məlumdur ki, tərcümə fəaliyyəti orijinal mətnin təhlil edilməsindən, qavranıl-
masından və anlanmasndan başlayır. Məhz buna görə bütün ənənəvi tərcümə me-
todlarının başlanğıc mərhələsi mətnin təhlil edilməsi hesab olunur. Bu səbəbdən də 
bir çox müəlliflər tərcümə prosesinin təsvirində hermenevtik aspekti xüsusilə qeyd 
edirlər. 
Çox mürəkkəb sistem mahiyyəti daşıyan tərcümə prosesində “mətn-interpreta-
tor” problemi M.P.Brandes tərəfindən alt sistem kimi təqdim olunur. Bu alt sistem 
mətnin mənasının təşkilini aşkara çıxaran modelləşdirilmiş prosesdir və  tərcümə 
strategiyasında böyük əhəmiyyət daşıyır, eləcə də ikinci mərhələdə tərcümə prosesini 
nizama salır. Məhz bu mərhələdə aşkar edilmiş məna modelinin tərcümə olunan dilə 
kodlaşdırılması həyata keçirilir. Bir çox hallarda orijinal mətnin qavranması, onun 
digər dilə tərcümə edilməsindən daha çox çətinliklərlə rastlaşır və haqlı olaraq tər-
cüməşünaslıqda tərcümənin bir sıra aspektə xüsusi əhəmiyyət verilir. Anlama kate-
qoriyasının tərcüməşünaslığın mərkəzi kateqoriyası olmasına heç bir şübhə yeri yox-
dur və tərcümənin uğurlu alınmasında orijinal mətnin anlanmasının əhəmiyyət da-
nılmazdır. 
Təbii ki, tərcüməçi mətni anladıqda öz informasiya ehtiyatı zənginləşir. Lakin bir 
məsələni nəzərə almaq lazımdır ki, mətnin anlanma səviyyəsi ilk növbədə tərcümə-
çinin bu sahədə məlumatlılıq səviyyəsindən çox asılıdır. V.N.Komisarov qeyd edirdi 
ki, tərcümə prosesində  tərcüməçi iki bilik növündən istifadə edir: pozitiv (episte-
mik), yəni artıq onun yaddaşında olan biliklər və evristik (yeni informasiyanın əldə 
edilməsi qabiliyyəti). 
Tərcümənin hermenevtik aspekti nəzərdən keçiriləndə mətnin tam və dərin dərk 
edilməsi fikri tez-tez vurğulanır. Orijinal mətnin anlanması yalnız mətndə  təsvir 
edilən real situasiyaları ifadə edən qeyri-dil gerçəkliyi qavranıldığı təqdirdə müm-
kün ola bilər. 
Doğrudan da, bir çox tərcümə səhvləri real gərçəkliyin müəyyən fraqmentləri-
nin başa düşülməsindən irəli gəlir. Buna tərcümə  mətnlərində saysız-hesabsız nü-
munələr var. 
Tərcüməşünasların tərcümə prosesini təhlil etdiyi zaman əhəmiyyət verdikləri 
əsas kateqoriyalardan biri də informasiya kateqoriyasıdır. Tərcümə prosesinin özü 
bir çox hallarda informasiyanın ilkin mətndən çıxarılması və tərcümə mətnində ifadə 
edilməsi kimi müəyyən olunur. İ.Levıy yazır ki, tərcümə informasiyanın verilməsidir. 
S.A.Semko isə bu məsələyə belə münasibət bildirir: “......yeni, naməlum biliyə çev-
rildikdən sonra informasiya adlana bilər”. 
Hermenevtik cəhətdən əhəmiyyət kəsb edən anlayışlardan biri də məna məfhu-
mudur. Məna iki əsas informasiya növünün (semantik və situativ) qarşılıqlı əlaqə-
sindən yaranır. Sadə bir misalla bunu belə ifadə etmək olar: 
Mən yaxında yaşayıram. 
Mən getmirəm. 
Mən dostumu gözləyirəm. 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»   IV Respublika tələbə elmi-praktik konfransı 
 
 
262 
Məni gözləmə 
Gedə bilərsiniz 
Mən nəqliyyatdan istifadə etmirəm 
Bu ifadələrdə semantik informasiya üst-üstə düşməsə də hamısı identik situasi-
yalarda istifadə oluna bilər. (Mən sizinlə avtobusda getmək istəmirəm). Gördüyü 
kimi, ifadələrin müxtəlif semantik informasiya yükü daşımasına baxmayaraq, hamısı 
eyni məqamı ifadə edir. Yəni ifadə olunan hər bir informasiyanın məzmunu ayrılıqda 
dərk edilməlidir, buna isə situasiyanın xüsusiyyətlərini nəzərə alaraq nail olmaq olar. 
Bir mətnin tam anlanması, onun ayrı-ayrı hissələrinin anlanması ilə mümkün ola 
bilər. Tərcüməçi mətni tədricən, onun ayrı-ayrı hissələrinin ardıcıl olaraq dərk edərək 
anlaya bilir. Bu zaman onda bütöv mətni xarakterizə edən mənanı əldə edmək göz-
ləntisi yaranır. Bu isə özünəməxsus bir dairə yaradır ki, bu dairə hissənin və tamın 
hermenevtik dairəsi hesab olunur. 
Hermenevtik dairə problemi də anlama prosesi ilə bağlıdır. Bu prinsip herme-
nevtikaya antik ritorikadan gəlmişdir (hissənin və tamın münasibəti məsələləri). 
Hermenevtik dairə (növbəli) hissənin bütövdən, bütövün də hissədən anlamını nə-
zərdə tutur. Yəni bütövü başa düşmək üçün hissəni dərk etmək lazımdır, lakin yalnız 
bütövü dərk edikdə hissəni anlamaq olar. Şleyermaxerin fikrincə, anlama prosesi 
yalnız bu şəkildə qarşılıqlı əlaqədə həyata keçir. 
Mətnin dərkedilmə səviyyəsindən asılı olmayaraq tərcüməçi mətndən onun də-
yəri baxımından bərabər olmayan informasiya götürür. Burada kommunikativ-rele-
vant (yəni dil vahidlərindən fərqləndirmək xüsusiyyəti) və qeyri-kommunikativ-
relevant informasiyanı ayırmaq lazım gəlir. Kommunukitav-relevant informasiya tər-
cümədə ifadə oluna bilir, qeyri-kommunikativ-relevant informasiya isə, ümumiy-
yətlə tərcümə olunmur, ya da tərcümə olunması mütləq deyil. 
Mətnin tərcümə səviyyəsi, onda olan informasiyanın tam ifadə edilməsi mətnin 
özünün xüsusiyyətlərindən də asılıdır. Bu xüsusiyyətlər obyektiv (mətnin müəlli-
findən asılı olmayan) və subyektiv (mətnin müəllifindən asılı olan) ola bilər. Tərcü-
məçi üçün tərcümə prosesində qarşıya çıxan hər bir maneə (eləcə də mətnin forma 
və məzmumu ilə bağlı olan maneələr) mühüm əhəmiyyət kəsb edir, çünki bu, oriji-
nalın ətraflı dərk edilməsinin imkanlarını müəyyən edir. Təbii ki, bütün bunlar sonda 
keyfiyyətli tərcüməni təmin edir. 
Mətndə informasiyanın müəyyənliyi və qeyri-müəyyənliyi məqamları da tərcümə 
prosesində mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Mətndə informasiyanın 
müəyyənliyi dedikdə yalnız bir məna ifadə edən informasiyalar nəzərdə tutulur, in-
formasiyanın qeyri-müəyyənliyi dedikdə isə  məna bir neçə  mənalara malik olur. 
Lakin mətndə informasiyanın müəyyənliyi dedikdə, mütləq şəkildə tərcümədə yal-
nız bir üsuldan istifadə nəzərdə tutulmur. Məsələn, bir dildə müəyyən ifadənin sino-
nimi olmadığı halda, yəni hadisəni yalnız bir söz ifadə etdiyi halda, başqa dildə bunun 
bir neçə tərcümə variantı ola bilər. 

Materiallar 
                                                                                                                             07 may 2011-ci il
 
 
263 
İnformasion qeyri-müəyyənliyi növü kimi çox planlığı (polifoniya) göstərmək 
olar. Yəni elə hallar da olur ki, məqsədyönlü şəkildə eyni zamanda çox mənalı sözün 
bir neçə mənası aktuallaşdırılır. Məna çoxplanlığı geniş fonda metaforizasiyalar da 
yaradır. Buraya simvolizasiyaları da aid etmək olar. Məsələn, N.Həsənzadənin “Mə-
həbbət” şerində “çal” sözündə bu məqamları müşahidə edmək olar: 
Çalçal yorulmasın qoy o barmaqlar, 
sevinc pərdəsində qəm qubar çalır
Dünyada hər kəsin bir Leylisi var,- 
Kimi qələm çalır, kimi tar çalır. 
Çal, çal yorulmasın qoy o barmaqlar-misrasında və tar çalır ifadəsində çal sözü 
özünün həqiqi mənasında təqdim edilirsə, qubar çalır və qələm çalır ifadələri məcazi 
məna daşıyır. Bu məqamlara aid saysız-hesabsız misallar gətirmək olar. 
Hermenevtika Qərb ölkələrində geniş yayılmış və hazırda da Qərb alimləri tə-
rəfindən mühüm istiqamət kimi dəyərləndirilir. Lakin bu cərəyanın yalnız Qərbə aid 
olduğunu iddia etmək səhv fikir olar. Belə ki, ən qədim dövrlərdən başlayaraq Şər-
qin zəngin tərcüməçilik, şərhçilik, təfsirçilik ənənəsi vardır. Orta əsrlər müsəlman 
Şərqində qədim yunan filosoflarının əsərlərinin tərcüməsi və şərhi, Əl-Fərabi, Əbu Əli 
ibn Sina, İbn Rüşd və başqa böyük mütəfəkkirlərin traktatlarına verilən şərhlər buna 
misal ola bəlir. 
Hermenevtik anlama müəyyən təsirlərin nəticəsində deyil, ona məxsus daxili 
xüsusiyyətlərin sayəsində inkişaf edir. O, müasir təfəkkürdə humanitar elmlərdə, 
eləcə də millətlərarası münasibətlərdə baş verən təbəddülatlar nəticəsində meydana 
gəldi. Müşahidələr göstərir ki, hermenevtika baş verən dəyişikliklər və böhranlar 
zamanı aktuallaşır. Çünki bu zaman ənənəvi dillərdə mövcud terminlərdə yeni mə-
naları interpretasiya etmək və ya yeni yarana təsirləri izah etmək zərurəti yaranır. 
Müasir dövrün hermenevtikasının bugünki inkişafı isə böhran və köklü dəyişiklik-
lərin əlaməti kimi nəzərdən keçirilə bilər. 
 
 
 
İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ          
TƏRCÜMƏ ZAMANI RASTLANILAN İDİOMLARIN   
ƏSL ANLAMLARI 
Sona CAHANLI 
Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və 
regionşünaslıq fakültəsinin III kurs tələbəsi 
Elmi rəhbər: Əliyev Şirinbəy 
 
İdiomlar çox geniş yayılıb, biz onlara bir çox jurnal, kitab, reklamlarda və həm-
çinin insanların gündəlik nitqində rast gələ bilərik. İngilis dili 2 və daha artıq müs-

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»   IV Respublika tələbə elmi-praktik konfransı 
 
 
264 
təqil sözlərin birləşməsindən yeni mənalı ifadələr yaradan dillər qrupuna aiddir. Bu 
ifadələrin necə və harda istifadə olunması yollarını bilmək mütləqdir. 
İngilis dili çox zəngin dildir və bu dil üzrə profesionallaşmaq istəyənlər bütün 
dil hadisələrindən istifadə etməyi bacarmalıdırlar.  İdiomlar ingilis dilində filmlər, 
xəbərlər, reklamlar izləməklə və eyni zamanda bu dildə müxtəlif yönümlü kitablar 
oxumaqla daha yaxşı mənimsənilə bilər. 
Bu mövzu bir çox tərcüməçilərin maraq dairəsindədir. Çünki biz bir dilçi kimi 
bu və ya digər mətnlərin tərcüməsi ilə bağlı bir sıra problemlərlə üzləşməli oluruq. 
Daha çox bu tip probləmlər azərbaycan dilinə birbaşa tərcümə edilməyən idiomların 
şərhində rast gəlinir və bu da tərcümə prosesində böyük çətinliklər yaradır. Belə ki, 
“they are the real pain in the neck”. 
İdiomlar dilin rəngarəngliyidir. Onlar eyni zamanda hisslərimizin və düşüncə-
lərimizin daha dolğun ifadə edilmə formasıdır. İdiomlar sanki bir rəsm əsəri kimi 
dildə mövcud olan sözlərin müxtəlif söz birləşmələrinin tərkibi hissəsi kimi verilərək 
və yeni mənalar yaradaraq dilə canlılıq və zənginlik gətirir. 
Dili aydın şəkildə dərk etmək üçün həmin dildəki idiomların hansı mənanı ifadə 
etdiyini bilmək zəruridir.  İdiomların mənasını  ədəbi olaraq aydınlaşdırmağa cəhd 
etsək, biz onların ifadə etdiyi məna çalarlarına heyran qalarıq. Onların kəsb etdiyi 
mətnaltı mənaları bilmədən cümlədə yerinə görə düzgün istifadə etmək çətin olar. 
İdiomların əsas əlamətləri sabit və dəyişməz faktlara əsaslanır. Sabit idiomların tər-
kib hissələrini dəyişmək qeyri mümkündür. Digər tərəfdən onlar həm də  məhdud 
manipulyasiyalara yol verə bilər. Bu dəyişmələr çox vaxt zaman və insan məfhumu 
ilə  əlaqələndirilir.  İdiomların kökündən dəyişməsi də mümkündür. Belə hallarda 
idiomların ilkin forması qrammatik olaraq məchul növdə verilə bilər. Məs: He 
found fault with them - Fault was found with them. 
İdiomlar müxtəlif forma və quruluşlara malikdir. Onlar quruluşca qaydasız, ha-
belə, qrammatik cəhətdən düzgün olmaya da bilərlər. İdiomların 3 əsas növü fərq-
ləndirilir: 
I. Qrammatik quruluşuna görə qaydasız və məntiqi cəhətdən düzgün olmayan 
idiomlar. Məs: I am good friends with him. Bu nümunədə idiom mənaca aydın, 
lakin formaca qaydasızdır. 
II. Elə qaydasız idiomlar da var ki, mənaları aydın olmur. Məs: to have a bee in 
one’s bonnet. 
III. 3cü tip idiomlar isə həm formaca, həm də mənaca qaydasız olur. Məs: to be 
at large. 
Ümumiyyətlə idiomların əksəriyyəti daha çox III tipə aid edilir. İdiomlar aşağı-
dakı qruplara bölünür: 
1. Sifət və isimlərdən düzələn idiomlar. Məs: dead matter, a bad time. 
2.  Fel və isimlərdən düzələn idiomlar. Məs: to bear fruit- it means “to produce 
fruit” 
3. Sözönü və zərflərdən düzələnlər. Məs: to fall in love 

Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin