Materiallar
02 may 2009-cu il
3
Qafiyyələrdən daha fəal üslubi funksionallığa malik olan səs təkrarları öz növ-
lərinə, işlənmə yeri və üsuluna, vəzifələrinə görə olduqca geniş və zəngin poetik
sistem yaradır. Allitesiya, samitlərin təkrarı türk şeirində yalnız kompoziya ahəngi
yaratmağa deyil, həm də məna – üslub baxımından şeiri səciyyələndirməyə xidmət
edir. Buna da səs təkrarlarının üslubu rolu ənənəvi rolu kanonik formalardan daha çox,
fərdiliklə seçilən və zahirən qabarıq sezilməyən hallarda barız şəkildə ortaya çıxır.
Səslərin təkrarı ümumi ahəng, ritm yaratmaqla bərabər, səs simvolizmi əsasında
əsərin bədii aləmini müəyyən emosional pafosla aşılayır və buna görə də daşıdığı
simvolizmi ilə üst-üstə düşür.
Səs simvolizminə yaxın olan digər vasitə səs assosiyasiyası: mətndə əsas məna
yükünü ifadə edən leytmotiv sözdəki səslərin müxtəlif ardıcılığa digər sözlərdə tək-
rarlanması və bununla da əsas mənanın gücləndirilməsi, qabardılması və ya yeni
qazanmasıdır (vərəq-vüqar, silah-hasil, dərə-radə, kitab-katib).
Bağa girdim bağbansız
Dəvə gördüm sarvansız
Aləmə dərman verdim
Özüm qaldım dərmansız!
Assosiativ səs təkrarlarının üslubi-sematik fəaliğı bu mətində aydın nəzərə
çarpır. Yuxarıdakı nümunədə bir sıra orijinal fonopoetik hadisələr izlənir: səs tək-
rarları (b, v, m, z), daxili qafiyyələr (bağa-bağbansız, girdim-gördüm-qaldım), vurğu
tənasüblüyü (2, 4, 7/2, 4, 7/3, 5, 7/2, 4, 7) və səs assosiyasiyası: “girdim” sözün-
dəki r, a, m səsləri “gördüm” sözündə eyni, “dərman” d, r, m, “verdim” sözündə r,
d, m, “dərmansız” da yenə də d, r, m ardıcılığı təkrarlanır. Beləliklə, ümumi səs
ahəngi yaranmaqla bərabər, bu məfhumlar mənaca bir-birinə bağlanır: girdim-gör-
düm-dərman-dərmansız. Yəni bağa eşq məqsədinə “bağbansız” girmək,“sarvansız”
aləmi “görmək”, bu aləmə “dərman” olmaq və nəticədə özünün “dərmansız” qal-
mağı fikri səslənir ahəngi ilə psixolinqvistik əsasda qabaqlaşdırılır.
«KİTABİ-DƏDƏ QORQUD» MÖHTƏŞƏM ABİDƏ KİMİ
Aidə İSMAYILOVA
ADPU-nun II kurs 204-cü qrup tələbəsi
Elmi rəhbər: prof. Mahmud Allahmanlı.
«Kitabi Dədə Qorqud» Azərbaycan ədəbiyyatının nadir incilərindəndir. X-XI
əsrlərin tarixi hadisələri ilə səsləşən bu əsrin ilk orijinalı da Azərbaycanda yazıya
alınmışdır. Xalqımızın bədii təfəkkürünün abidəsi olan «Kitabi Dədə Qorqud»
dastanının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Dastanda xalq dilinin
incəliklərindən, məsəllərdən, atalar sözü və idiomatik ifadələrdən yeri gəldikcə
istifadə olunmuşdur. «Kitabi Dədə Qorqud» qəhrəmanlıq dastanları olduğu kimi,
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» II Respublika tələbə elmi-praktik konfransı
4
ümumxalq Azərbaycan dilinin ilk təşəkkül dövrünü aydınlaşdırmaq üçün də çox
dəyərli faktlarla zəngin abidədir. «Kitabi Dədə Qorqud» dastanları 12 boy 1
müqəddimədən ibarətdir. Dastanda boylar Dədə Qorqudun dilindən verilir. Das-
tanın müqəddiməsində Dədə Qorqudun müqəddəs keyfiyyətləri, müdrik kəlamları
kimi məlumat verilir və qalan hissəsi 12 boya bölünür. Hər boy Dədə Qorqudun
xeyir-duası ilə bitir. Dastanda boylar xana müraciətlə başlayır. Təsvir olunan Dədə
Qorqud qədim oğuzların könül bilicisi, el ağsaqqalıdlr. Dədə Qorqud əlinə qopuz
alaraq oğuz igidlərinin qəhrəmanlığından danışır, söz söyləyir, boy boylayır.Oğuz
elində qopuz müqəddəs sayılır. Oğuz elinin mənəvi rəhbəri, kamil bilicisi olan
«Dədə Qorqud» xalqın şad gününü xeyir dua ilə başlayır, oğuzlar dar günlərində
Qorqud atanı çağırıb ondan məsləhət alırlar. Onun söylədiyi dərin kəlamlar atalar
sözlərinə çevrilib bu gün də istifadə olunur. Onun Məhəmməd peyğənbərin zama-
nında yaşaması bəzi tədqiqatçılar tərəfindən söylənilir. «Kitabi Dədə Qorqud» das-
tanının əsasını 3 ana xətti təşkil edir. Bunlar qəhrəmanlıq, ana haqqı və vətəni
qorumaqdır. Dastanda ana haqqı tanrı haqqına bərabər tutulur. Anaya, qadına böyük
hörmət, ehtiram ifadə olunur. Dastanda Dədə Qorqud sözün əsl mənasında qəhrə-
manlığı təbliğ edir. Hadisələr əsasən oğuzda cərəyan edilir. Oğuz həm sərhəddi
olan ölkə, həm də türk cəmiyyətidir. Oğuz igidlərinə Bayandur xan başçılıq edir.
Bayandur xandan az bəhs olunsa da yeri gəldikcə söylənilən fakirlərdən aydın olur
ki, Bayandur xan oğuzları ədalətlə idarə edən qəhramandır. Bayandur xandan sonra
oğuzlar özlərinə başçı Qazan xanı görürlər. Qazan xan boyların səkkizində iştirak
edir. Qazan xan anasına böyük ehtiramla yanaşan oğul, arvadını ürəkdən sevən ər,
oğlunu yaxşı tərbiyə etmiş atadır. Qazan xan ən çətin anlarında belə düşmənə əyil-
mir, torpağı hər şeydən müəddəs hesab edir. «Kitabi Dədə Qorqud» eposunda cə-
miyyətin yüksək təbəqəsinə mənsub insanlarla yanaşı, aşağı təbəqənin mərd adamları
da iştirak edir. Belə qəhrəmanlardan biri də, Qaraca Çobandır. Dastanda təsvir olan
Qaraca Çoban mərdliyi, cəsurluğu ilə bəylərdən geri qalmır. Oğuz elinə düşmənlər
hücum edən zaman Qaraca Çoban mərdliklə elini müdafiyə edir. Düşmənin hərbi-
zorbasından qorxmur, təklif etdiyi var-dövlətdən imtina edir. Dastanda zəhmətkeş
təbəqəni təşkil edən Qaraca Çobandan məhəbbətlə və hörmətlə söhbət açılır.
«Kitabi-Dədə Qorqud» kamil bir sənət abidəsidir. Biz bunu dastanın yazılı-
şında da görürük. Belə ki, dastan həm nəsr, həm də nəzmlə yazılmışdır. Nəsri daha
çox şeiri xatırladır. Boylarda verilən şeirlər heca vəznində olub, dörd hecadan baş-
lamış on doqquz hecaya qədər müxtəlif misralardan ibarətdir. Qopuz havalarında uy-
ğun şəkildə yazıldığı üçün şeirlər özünəməxsus bədii-poetik xüsusiyyətləri ilə seçi-
lir. Dastanın dili son dərəcə gözəl və təravətlidir. Boylarda şifahi və yazılı ədəbiyyat
ənənələri vəhdət təşkil edir.
“Kitabi-Dədə Qorqud” dastanında biz islam dininin təsirinin az olduğunu görürük.
Dastanda buddizim əsas yer alır. Dastanda oğuzlar öz düşmənlərini “kafir” adlandırır.
Dastanda göstərilir ki, oğuzlara düşmən ancaq yatanda hücum edə bilir və yuxuda
olan zaman onları ələ keçirmək daha asan olur. Ümumilikdə Oğuzlar olduqca güclü
və igid qəhrəmanlar olmuşlar.
Materiallar
02 may 2009-cu il
5
Dəyərli əsərlərimizdən olan “Kitabi-Dədə Qorqud” XIX əsrin ikinci yarısından
başlayaraq dünya türkoloqlarının diqqət mərkəzində dayanır. Bir çox xarici ölkə
nümayəndələri “Kitabi-Dədə Qorqud”u tədqiq etmiş və onu dünyanın dəyərli əsərləri
sırasına daxil etmişdir. Fon Dits 1815-ci ildə «Təpəgöz» boyunu alman dilinə tər-
cümə edir və ilk dəfə abidəni aşkara çıxarır.
XX əsrdən etibarən türk alimləri də eposla maraqlanmışlar. Türk dünyasının
məşhur alimlərindən olan H.Araslı, Kilisli Rüfət, Orxan Şaiq Gökyay, Əli Sultanlı,
M.Təhmasib, M.Seyidov və başqaları əsərin tədqiqi ilə yaxından maraqlanmışlar.
1939-cu ildə H.Araslı Bakıda ilk dəfə olaraq eposun tam mətnini nəşr etdirir.
Ə.Dəmirzadə 1959-cu ildə dastanın dili haqqında əsər yazır. Bununla yanaşı 1962-
ci və 1977-ci illərdə epos yenidən nəşr olunur. Dastan 1972-ci ildə Amerikada
(Texasda), 1974-cü ildə Londonda ingilis dilində çapdan buraxılmışdır.
«Kitabi-Dədə Qorqud» əsəri üzərində bu gün də tədqiqat işləri aparılır.Bu əsər
istər yazılı istər də şifahi ədəbiyyatımıza böyük təsir göstərmisdir.
Ulu öndərimiz Heydər Əliyev «Kitabi-Dədə Qorqud»-un 1300 illiyinin keçiril-
məsi ilə əlaqədar fərman imzalamışdır.
“İSMAYILLI RAYONUNUN TOPONİMLƏRİ”
Aygün ZEYNALLI
ADUP-nun filologiya fakultəsinin II kurs204-cü qrup tələbəsi
Elmi rəhbər: filologiya elmləri doktoru Nəbi Əsgərov.
İsmayıllı rayonunun ərazisi ən qədim insan məskənlərindən biridir. Burada
salınma tarixi eradan əvvəllərə gedib çıxan bir çox qalalar, istehkamlar var. İsmayıllı
rayonunun ərazisi Qafqaz Albaniyasının bir hissəsi olmuşdur. Məşhur yunan coğra-
fiyaşunası Strabonun dediyi “Albaniyada 26 tayfa olmuşdur” fikri öz təsdiqini
İsmayıllı ərazisində tapır. Hazırda bu bölgədə bir çox etnoslar yaşayır ki, onların
dilində də xeyli onomastik vahidlər (toponimlər) qalmaqdadır.
İsmayıllı rayonu tarixən Şirvan xanlığına daxil olmuşdur. 1932-ci ildən başla-
yaraq müstəqil rayon kimi formalaşmışdır. Ərazidə 111 kənd, 1 şəhər və 2 şəhər tipli
qəsəbə yerləşir. Bunlardan 42 kənd və 2 şəhər tipli qəsəbə dağlıq hissədədir.
Mən İsmayıllının bir neçə kəndinə toponimləri tədqiq etmək üçün yollandım.
Mollaisaqlı və Hacıhətəmli kəndləri: Belə bir etimaloji fikir var ki, Molla İsaq
və Hacı Hətəm qardaşları bir vaxt Quba rayonundan köçüb İsmayıllıya gəlmiş,
burada yurd salmış,maldarlıqla məşğul olmuşlar. Sovet hakimiyyəti qurulduqdan
sonra kollektivləşmə baş vermiş və əbədi olaraq bu yerlərdə məskunlaşmışlar.
Mollaisaqlı və Hacıhətəmli kəndlərinin adı həmin qardaşların adı ilə bağlıdır.
Hacıhətəmli oykonimini belə izah edirlər: “Həccə gedib gələnlərin adına “Hacı”
titulu əlavə olunur. Tayfa başçısı kimi Hatəm də Həccə gedir, Məkkəni ziyarət edib
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» II Respublika tələbə elmi-praktik konfransı
6
qayıtdıqdan sonra tayfa başçısına “hacılıq” rütbəsi verilir. Buna görədə kəndi onun
adı ilə Hacıhətəmli adlandırmışlar”.
Başqa bir fikrə görə Hacılılar türkdilli tayfalardır. Əvvəllər Şərqi Anadoluda
yaşayan Hacılılar Qaraqoyunlu dövlətinin (1410-1468) siyasi həyatında yaxından
iştirak etmişlər. Qubalı Fətəli xanın dövründə (1758-1789) Şahsevən Məhəmməd
xanın başçılığı ilə Ərdəbil əyalətindən Quba xanlığına köçüb. Müşkür və Şabran
mahallarında məskunlaşmış səkkiz Azərbaycan tayfası içində Hacılılar da var idi.
Bu kəndin əhalisisnin dilləri Qafqaz dilləri qrupuna daxil olan hapıt və qırız
dilidir. Bunları ləhcə fərqləndirir. Qırız dilində cins kateqoriyası olduğu halda, hapıt
dilində demək olar ki, yoxdur. Hapıt dilinin ləzgi dili ilə oxşarlığı aşkara çıxır.
Azərbaycan dili
Hapıt
dili
Ləzgi dili
Qız Riş
Rış
At Bəlkən Balkan
Çörək Xu
Fu
Su Xəd Yad
Qalacıq kəndi: Dağətəyi ərazidir. Yaşayış məntəqəsi yaxınlığındaki “Qalacıq”
adlı orta əsrlərə məxsus müdafiə istehkamının adı ilə bağlıdır. İstehkam XVIII əsrdə
Şamaxı xanı Mustafa xanın əmisi Qasım xan bərpa etdirdiyi üçün Qasım xan qalası
da adlanır. Qalanın IX-XIV əsrlərə aid olduğu göstərilir. Yerli əhali qalaya səngər
yeri də deyir. Toponimin kökü “qala” sözüdür. “-cıq” şəkilçisi isə Azərbaycan dilində
kiçiltmə mənasını ifadə edir. Toponim “kiçik qala” mənasını verir. Əhalisinin əksə-
riyyəti ləzgilərdir.
Çayqovuşan kəndi: Bu ad hidronim nəticəsində yaranmışdır. İki dağ çayı kən-
din yerləşdiyi yerdə bir-birinə qovuşur. Odur ki, kəndə Çayqovuşan adi verilmişdir.
Çayqovuşan kəndi, kiçik çayların (Zarat, Bığır, Keşməçay və Peşno) birləşdiyi,
qovuşduğu yerdə salınmışdır. Kəndin ərazisində 20 ev var. Kəndin ətrafı yamyaşıl
dağlarla əhatələnmişdir
CƏLİL MƏMMƏDQULUZADƏ YARADICILIĞINDA
AZƏRBAYCANÇILIQ İDEYALARININ TƏRƏNNÜMÜ
Səkinə ƏKBƏROVA
ADPU-nun filologiya fakultəsinin II kurs 203-cü qrup tələbəsi
Elmi rəhbər: prof. Elman Quliyev.
Böyük demokrat, milli istiqlal mübarizi, bütöv bir məktəb- “Molla Nəsrəddin-
çilər” məktəbini yaratmış Cəlil Məmmədquluzadənin yaradıcılığı mövzu baxımın-
dan zəngin, üslub cəhətdən rəngarəngdir.
Sadəlik, təbiilik və real həyata yaxınlıq onun yaradıcılığının əsas məziyyətidir.
Müəllif öz xalqının həyatını, dünyagörüşünü yaxşı bilmiş və incə müşahidə qabi-
Materiallar
02 may 2009-cu il
7
liyyəti ilə yaradıcılığında Azərbaycan həyatını bütöv halda əks etdirmişdir. Cəlil
Məmmədquluzadə yaradıcılığında Arərbaycan və Azərbaycançılıq ideologiyası qır-
mızı xətlə keçir. Azərbaycan, onun inkişafı, Azərbaycan vətəndaşının ictimai taleyi,
vətənin gələcəyi kimi problemlər Mirzə Cəlil yaradıcılığında əsas yer tutur. Cəlil
Məmmədquluzadənin Azərbaycan dərdi ilə yoğrulmayan əsəri yoxdur.
Azərbaycançılıq ideologiyası geniş və daha emosional şəkildə “Anamın kitabı”
pyesində öz əksini tapır. Bu mənada C.Məmmədquluzadənin “Anamın kitabı” mi-
silsiz bədii keyfiyyətə malik olmaqla Azərbaycançılıq ideologiyasının bədii mani-
festi rolunu oynayır. Bizim günlərin milli ideologiyasının əsasını təşkil edən Azər-
baycançılıq faktı “Anamın kitabı”na yenidən və əsaslı şəkildə qayıtmağı zəruri edir.
Mirzə Cəlil bütün əsərlərində Azərbaycançılıq ideyası ilə yaşayan sənətkardır.
“Poçt qutusu”nda Novruzəlinin avamlığına, geriliyinə olan narahatlıq millət yanğı-
sından, Azərbaycançılıq ideologiyasından gəlir. “Usta Zeynal” bu ideyanın gerçək-
ləşməsi arzusundan yaranıb.
“Anamın kitabı” əsəri başdan-ayağa Azərbaycan dərdi ilə yoğrulub.Bu pyesdə
Azərbaycan qüvvələrinin birləşə bilməmək dərdi, oxumuş ziyalılarımızın Azərbaycan
problmlərinin həllini başqa xalqlarda, özgələrinin müdaxiləsində axtarması öz dər-
dinə biganəliyi, dilinə və ənənələrinə hörmətsizliyi, vətənə və millətə etinadsızlığı
kimi onlarca məsələnin bədii həlli vardır.
Əsərdə qardaşların fəaliyyətində millətçilik, o tay, bu tay Azərbaycanın birləş-
dirilməsi və s. ideyalar axtaran senzor maraqlı bədii tapıntı kimi qiymətlidir. Qar-
daşların səsli-küylü, əslində boşboğaz fəaliyyətinin səmərəsizliyini ifşa etmək
üçün senzor obrazı çox köməyə gəlir.
“Anamın kitabı” əsərində ana vətənin mənəvi həyatını əsas mövzu seçən, ictimai
qüvvələrin tənasüblüyünü verən ədib eyni zamanda əcnəbi təsirlərin və bu təsirin
hər birinin mahiyyətini, iç üzünü məharətlə açmış və göstərə bilmişdir.
Əsərdə Gülbahar qardaşlarını müşahidə edib, onların paxrını açan bir obraz olsa
da, Zəhra bəyim isə Azərbaycanın, Vətənin timsalı olub bütövlükdə bu Vətənin
övladlarını birliyə dəvət edən müqəddəslik zirvəsinə yüksəlir. İfşaedici Gülbahar-
dan fərqli olaraq Zəhra bəyim bir ana kimi həlimdir, dərdi daha çox içində çəkəndir.
Oğlanlarını birgəliyə çağırır, ancaq səsi zəif və astadan çıxır.
Sadə xalqın adi nümayəndəsi Qurban, ən azı, dilə münasibəti, ümumiyyətlə, öz
səmimiliyi ilə daha çox azərbaycanlı təsiri bağışlayır. Bu əsərin sonunda Zəhra
bəyim ananın daim qoltuğunda gəzdirdiyi kitabda səslənən ideyalar qardaşların
mərhum atalarının nəsihəti və bu nəsihətlər qarşısında onların Azərbaycan, Vətən
dərdini anlamaq anı, müəllifin estetik idealının gerçəkləşməsi yolunun başlanğıcı
kimi səslənir.
Qeyd etdiyimiz kimi, Azərbaycan və Azərbaycançılıq Mirzə Cəlil yaradıcılı-
ğının bel sütununu təşkil edir. Bu keyfiyyət ondan irəli gəlir ki, Mirzə Cəlil sənət-
kardan və sənətə məhəbbətdən çox əvvəl sözün böyük mənasında vətəndaşdır.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» II Respublika tələbə elmi-praktik konfransı
8
Bu əsər M.Cəlil irsində Azərbaycançılıq ideologiyasının kamil bədii təcəssümü
kimi yeni dövrün tələbləri baxımından yeni araşdırmalara geniş imkan yaradır.
“Anamın kitabı”nda xalqın taleyi məsələsi ictimai mübarizələr, sarsıntılar döv-
ründə qoyulmuşdur.
Əsərdə hətta zəhmətkeş xalqın nümayəndələri, camaatın ən aşağı təbəqəsindən
olan adamlar orijinal, səmimi duyğuları ilə təsvir edilmişdir.
Buradakı çobanlar iftixarla deyirlər:
Biz çobanıq, dağdı, daşdı yerimiz,
Dərs almayıb həqdi ki, heç birimiz.
Amma zövqü səfalıdır çobanlar,
Qardaşlıqda vəfalıdır çobanlar.
İstər bədii nəsrində, istər dramaturgiyasında, istərsə də, publisistikasında C.Məm-
mədquluzadə Azərbaycan və Azərbaycançılığın dirçəlməsi, xalqın özünə qayıtması,
millətin millətlər içərisində seçilməsi qayəsini ön plana çəkmişdir.
“ÇOXMƏNALI SÖZLƏR VƏ ONLARIN
TƏRCÜMƏDƏ ROLU”
Çinarə ƏLİYEVA
Odlar Yurdu Universiteti Tərcüumə fakultəsi Qrup:926T2
Elmi rəhbər:Nəsirova Ü.Ə.
Çoxməbalılıq problemi həm dilçiliyin,həm də tərcümə sənətinin diqqət mərkə-
zində olmuşdur.Tarixi inkiçaf prosesində dildə gedən semantik dəyişikliklər (sözlərin
mənaca dəyişməsi,yeni mənalar kəsb etməsi) dilin lüğət tərkibinin zənginləşməsinə
təsir göstərmişdir.Bir söz bir neçə referentə şamil edildikdə sözlərdə çox mənalılıq
baş verir. İlkin mənanın dəyişməsi və inkişafi nəticəsində yaranan çoxmənalılıq
dillərin əksəriyyətinə xas olan xüsusiyyətlərdən biridir.Çox mürəkkəb və maraqli
olna tərcümə prosesi bir başa dilin semantik quruluşu ilə əlaqədar olduğundan adekvat
tərcümənin yaradılması çoxmənalılıq probleminin həllinin də qarşıya qoyur. Belə
ki, konteks bu və ya digər linqvistik vahidin işləndiyi dil mühitidir və kontekst ori-
jinal mətndə işlənmiş çoxmənalı leksik vahidlərin hansi mənanı ifadə etdiyini
müəyyənləşdirir.Müxtəlif tipli kontekslərdə sözlərin ayrı-ayrı mənalarının ifadə
olunması və onların tərcüməsi prosesini nəzərdən keçirmək üçün dahi söz ustadi
V.Şekspirin yaradıcılığını birinci dövründə yazdiği “Romeo və Cülyetta” faciəsinin
dili şairin yaradıclığının növbəti dövrlərində yazdiği əsərlərinin dilinə nisbətən sadə
və zəngindir.Dilin zənginliyi ayrı-ayrı sözlərin kəmiyyəti ilə deyil,onların semantik
quruluşunun rəngarənliyi ilə əlaqədardır.Şekspir “Romeo və Cülyetta”faciəsində
çoxmənalı sözlərdən geniş istifadə etmiş,onların demək olar ki,bütün mənalarını və
məna çalarlarını açib göstərmişdir. m:
Materiallar
02 may 2009-cu il
9
House(noun)-1.Serv; My master is the great rich Capulet;and if you be not of
the house of Montagues, I pry, come and crush a cup of wine.(p.17)
Nökər: Mənim ağam məhşur varlı, dövlətli kopulettidir. Əgər sizin Monteki
nəsli ilə qohumluğunuz yoxdursa, xahiş edirəm, bir piyalə şərab nuş edin.(sehv.173)
Beləkilə, aparılan araşdırmalarda belə nəticəyə gəlirik ki,hər bir halda sözün hansı
lüğəvi mənada işlənməsini kontekst meəyyən edir. Hər hansı mətndə çoxmənali
sözün işlədildiyi konteksti təhlil edirik və bu təhlil zamanı mənasını müəyyən etmək
tələb olunan sözlə mənasını yaxşı bildiyimiz digər zözlər arasında müxtəlif məna
əlaqəleri yaradırıq.Çox mənalı sözlərin mənaları məhz digər sözlərlə bağlanaraq və
ya muxtəlif nitq məqamları ilə əlaqədar olaraq kəsb edil və anlaşılır. Deməli, söz-
lərin dəqiq mənasını təklikdə, təcrid olunmuş halda deyil, məhz nitq şəraitində,
əlaqədar sözlər mühitində anlamaq və müəyyənləşdirmək mümkündür. Bununlada
kontekst polisemantik sözün monesemantik sözə çevrilməsinə şərait yaradırıq.
Bədii əsərlərdə də dilin əsas vəzifəsi cəmiyyətdə insanəar arasında ünsiyyət
vasitəsi olması özünün muhafizə edir.Lakin bu vəzifə bədii əsərlərdə ekspressiv,estetik
səciyyə daşıyır.
Söz nə zaman,nə münasibətlə və nə cür əmələ gəlir gəlsin fərqi yoxdur,onun
ifadə etdiyi əşya,əlamət,kəmiyyət və s.ilə səs kompleksi arasinda heç bir üzvi əlaqə
yoxdur və olada bilməz. Çünki elə bir əlaqə olsaydı, muasir dilimizdə mövcud bir
səs tərkibi ilə bir-birinə yaxın mənaları bildirmək xüsusiyyəti də ola bilməzdi.
Məlumdur ki, dildə ən sadə, ən çox işlək sözlərin əksəriyyəti çoxmənalıdır. Məsələn:
baş(head), qol(hand), budaq(branch), gecə(night), səhər(morning), qiz(maiden),
yaz(spring), qar(snow), boran(storm), tufan(hurricane), durmaq(stand), yıxılmaq(drop),
yatmaq(sleep), baxmaq(took), qurumaq(dry), ölmək(die) və s. Çoxmənali təbiətə
malik sözlər olduqca fadəli və mənalı olur. Çünki,həmin əlamət bunlardan geniş
şəkildə istifadə etməyə şərait yaradır. Çox zaman müəyyən əşyaya onun bu və ya
digər əlamətinə görə ad verilir. Məsələn: süzmə, ayran, çərmə, düymə, dayça, əlcək,
aşsüzən, vintburan, istiot və s. (M.Arif.Əbədi-tınqidi məqalələr.B.1958).
Bəzi hallarda isə,oxşar,xüsusiyyətlərinə görə, muxtəlif əçya və ya onların
əlamətləri eyni səs tərkibi ilə ifadə edilir. Məsələn: qaş vı ağac səzlərinin birincisi
insanin gözünün üstündəki əyri şəkildə uzanan tükləri (Onun gözəl qaşlari var),
ikincisi isə iri qol-budağı olan sərt bir bitkini (Şam ağacı) bildirir. Digər tərəfdən,
üzüyün üstü tərəfində yerləşən, ona bəzək verən hər hansı bir daşa.yəhərin qabaq
və dal tərəfdəki çıxıntı hissəsinə, dağın çıxıq yerinə qaş deyilir. Məsələn: Üzüyün
qaşı alamzdır. Yəhrin qası balacadır. Dağın qaşinda bir ağac bitmişdır. Bu söz eyni
zamanda, göz-qaş kimi tərkiblərdə iştirak edir. Eləcə də əlağacı,tikinti üçün ağac-
dan hazırlanmış bütün materiallar müəyyən məsafə (on beş yam getdikdən sonra
çatdıq) yenə də ağac adlanır. Aydan bir məsələdirki,qaş və ağac sözlərini istifadə
etdiyi bu sonrakı mənalar onun ilkin mənalarından törəmədir. Bir sözün yeni məna-
sından əmələ gələn yeni mənalar onun məna çalarlığı adlanır. Müxtəlif məna çalar-
lığına malik olan sözlər isə çoxmənalı (polisemantik) sözlər deyilir. İfadə etdiyi
məna çalarlığına görə çoxmənalı görə çoxmənalı sözlər eyni deyilir. Söz onun
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» II Respublika tələbə elmi-praktik konfransı
10
geniş və ya məhdud mənada işlənməsindən asılı olaraq çox və ya az məna çalar-
lığına malik olur. Əgər sözün bir əsas mənadan başqa ikinci bir mənası olmursa belə
sözlər adlanır. Məsələn: heyvanın alnında olan ağ bir ləkəni bildirən qaşqa sözü
təkmənalı olduğu halda, insana aid orqanın adı olan ağır sözü isə çoxmənalıdır. Bu
söz qazanın ağzı, qapının ağzı, topun ağzı, bıçağın ağzı, bıçağın ağzı və s. ifadələ-
rində müxtəlif mənalara malikdir. Tərcümə edərkən çoxmənalı sözlərin olduqca
böyük əhəmiyyəti vardır. Bu onu göstərir ki, sözlərin çoxmənalılıq prosesi, dildə
qədim və an qədim dövrlərdən fəal şəkildə mövcud olur. Bu proses bu gün dilin
daxili inkişaf qanunlarından birini təşkil edir.
Azırbaycan dilində: Ürəyimin yağı əridi; İşlərim yağ kimi gedir; Qələm lap yağ
kimi yazır cümlələrində yağ sözünün özünəməxsus məna, çalarlığı nə qədər çox
olursa olsun, bunlardan biri mütləq onun ilk həqiqi-müstəqil mənasını təşkil edir,
başqa mənaları isə ilk mənaya az və ya çox yaxın olduğuna baxmayaraq,onun son-
radan törəmiş olan mənaları kimi özünü göstərir. Müstəqim məna sözün əsas
mənası olub, başqa mənaları isə ikinci, üçüncü hətta dördüncü dərəli yeri tutur. Çox-
mənalı sözlərdə sözün məna çalarliqlarından əsas mənası həqiqi, ikinci və sonrakı
mənalarda isə məcazi məna adlanır. Sözlərin çoxmənalılığı prosesinin aşağıdaki
xüsusiyyətlərini meydana gətirir.
1. Sözün sonradan kəsb etdiyi məna çalarlığından (məcəzi mənalardan) biri az
inkişafı nəticəsində əmələ gəldiyi həqiqi mənada uzaqlaşaraq,mustəqim məhfum
ifadə edən yeni bir mənaya çevrilə bilər. Məsələn: to leave, establishment, punish-
ment, ismi və sifətləri tamamilə mütəqim məna ifadə edir. Azərbaycanda dilində:
keç(mək), saç(maq), düz(mək).
2. Sözlərin çoxmənalılığı mürəkkəb sözlərin əmələ gəlməsində mühüm rol
oynayır. Məsələn:well-dressed, good-hearted, hard-working. Azərbaycan dilində
özdəkburun (heyvan adı), incəsənət, danaburnu (həşaratın bir növü), istiqanlı.
3. Çoxmənalı sözlərin məcazi mənaları dilimizdə sabit söz birləşmələrinin
(idiomlar, ibarələr, hikmətli sözlər, atalar sözü və zərbi-məsəllərin, eyni zamanda
tapmacaların) əmələ gəlməsi üçün əsas baza təşkil edir. Tərcümə biz belə səzlərə rast
gəlirik: qaraqabağ, uzun eləmək, başdan sovmaq, ürək qonmaq, qurban olmaq kimi
idiomlarda: polad quş, canlı insan, saf vicdan, möhkəm addım, işıqlı gün, xoş gör-
dük kimi ibarələrdə, müfəvvəqiyyətlərdən baş gicəlləndirmə, az olsun fəqət yaxşi
olsun, aslanın erkəyi-dişisi olmaz kimi hikmətli sözlərdə qaz vur qazan dolsun, nə
tökərsən aşına o,da çıxar qaşığına,nə ətdir nə balığ, nə tüfəngə çaxmaqdır ne sum-
bəyə toxmaq kimi atalar sözü və zərbi-məsələlərdə; üstü zəmi biçərlər alti bulaq
içərlər kimi tapmacalarda işlənmiş olan sözlər yenədə həqiqi mənasından çox uzaqdır.
4. Çoxmınalı zölər düzəltmə sözlərin əmələ gəlməsində az rol oynamır. Söz nə
qədər çoxmənalı olarsa,ondan daha çox düzəltmə sözlər əmələ gətirmək mümkün-
dür. Məsələn:operatize, operator, operatinq room, operantiq thetare. Azərbaycan
dilində açmaq feli və göz isimi çoxmənalı sözlərdən olduğu üçün bunlardan açar,
açan, açıq, açıqlıq, açılmış, açılışmaq, açılışan, açarcı, gözlü, gözlüklü, gözləmək,
gözcüz kimi sözlər əmələ gəlmişdir.
|