«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
226
DİL İŞARƏLƏRİ SƏVİYYƏSİNDƏ EKVİVALENTLİK
Ekvivalentliyin bu növündə müxtəlif dillər arasında mövcud olan mətnin məz-
mununun orijinal ilə tərcümə arasında maksimal yaxınlığa nail olunur.
Bu növdə orijinal ilə tərcümə arasındakı əlaqələr aşağıdakı kimi xarakterizə
olunur.
1. Mətnin struktur quruluşunda yüksək dərəcədə paralelizm
2. Leksik tərkibin maksimum əlaqələndirilməsi, tutuşdurulması tərcümədə oriji-
nalın bütün müstəqil mənalı sözləri göstərmək olar.
3. Tərcümədə orijinalın bütün əsas hissələrinin saxlanılması
Tərcümə ekvivalentliyindən danışarkən biz, hər şeydən əvvəl orijinal mətnin tər-
cümə mətninə tam şəkildə çevrilməsi imkanından danışmalıyıq. Lakin məzmunun
yalnız özünəməxsus bilikləri və mədəni tarixi xüsusiyyətlərə malik müəyyən audi-
toriyaya yönəlmiş istənilən mətnin dil səviyyəsini tam şəkildə başqa dildə yaratmaq
mümkün deyil. Məhz buna görə tərcümə yeni mətnin yaradılmasını nəzərdə tutmur
və eyniliyin olmaması tərcümənin mümkünsüzlüyü üçün sübut ola bilməz. Tər-
cümə zamanı tərcümə olunan mətnin bəzi elementlərinin itməsi bu mətnin tərcümə
olunmadığı anlamına gəlmir. Mətn tərcümə olunduğu və orijinal mətnlə müqayisə
olunduğu zaman adətən belə itki aşkar olunmur. Tərcümədə orijinalın hər hansı xü-
susiyyətini ifadə etmək imkanının olmaması müxtəlif dillərdə iki mətnin məzmu-
nunun eyni olmamasının ümumi prinsipinin yalnız xüsusi bir hadisəsidir. Eyniliyin
olmaması tərcümə prosesinə kommunikativ funksiyaların icra olunmasına mane olur.
Real tərcümə fəaliyyəti tərcüməçilər tərfindən həyata keçirilir. Tərcümə olunan
mətnlər tematika dil, üsluba görə müxtəlifdir. Tərcümələr yazılı və ya şifahi şəkildə
keçirilir. Tərcümənin tam və dəqiq olması ilə bağlı tərcüməçilər qarşısında müxtəlif
tələblər qoyulur və.s. Tərcümənin ayrı-ayrı növləri tərcüməçidən xüsusi bilik və
bacarıqlar tələb edir. Bütün bu fərqlər nə qədər əhəmiyyətli olub-olmamasından asılı
olmayaraq tərcümə prosesinin onun ümumi lingvistik əsasının mahiyyətini dəyişmir.
Tərcümənin istənilən növü dillərin əlaqəsi ilə müəyyən olunan bütün bu xüsusiy-
yətləri ilə birlikdə tərcümə olaraq qalır.
TƏRCÜMƏ TARİXİ VƏ MÜASİRLİK
Sitarə HAQVERDIYEVA
Bakı Slavyan Universiteti Tərcümə fakültəsi
Elmi rəhbər: Hacıyeva Almaz
Tərcümənin tarixini müəyyən etmək mümkün deyil. Lakin inamla onun çox qə-
dimdən yarandığını iddia etmək olar. Tədqiqatçılar tərcümənin tarixini əsasən dörd
mərhələyə bölürlər. Onlar hesab edirlər ki, tərcümənin nəzəri və təcrübi mərhələlə-
Materiallar
07 may 2011-ci il
227
rini və bununla əlaqədar bütövlükdə bədii tərcüməni konkret tarixi kontekstdə nə-
zərdən keçirdikdə bəşəriyyətin mənəvi inkişafının və onun çoxəsrlik mədəniyyəti-
nin xronoloji ardıcıllığı aydın şəkildə nəzər-diqqəti cəlb edir. Birinci mərhələ ilk və
ya qədim dövr (quldarlıq və feodalizm); ikinci – orta dövr (ilkin kapitalın toplan-
masından elmi-texniki inkişafa qədər, XVIII əsr daxil olmaqla); üçüncü – yeni mər-
hələ (XVIII əsrin sonu – XIX əsrin sonunadək); dördüncü – ən yeni mərhələ (XIX
əsrin sonu- XX əsr). Tərcümənin yaranma tarixini bilavasitə dünya dillərinin ya-
ranması ilə əlaqələndirən fikirlər mövcuddur. Doğrudan da, saysız-hesabsız faktlar
tərcümənin çox böyük tarixə malik olduğunu iddia etməyə əsas verir. Eramızdan 3
min il əvvəl yvzılmış Şumer mixi yazılarında ikidilli sözlüklər tapılmışdır. Sözsüz
ki, bu sözlüklər tərcüməçinin işinin asanlaşdırılmasına yönəlmişdi. Qeyd edildiyi
kimi, məhz tərcüməçilərin köməyi ilə müxtəlif dillərdə danışan icmalarla ünsiyyət
həyata keçirilə bilərdi. Ümumiyyətlə, tərcxüməçilərsiz qədim imperiyaların möv-
cudluğu mümkün ola bilməzdi. Qədim Misirdə qonşularla əlaqələrin yaradılması
üçün xüsusi tərcüməçilər məktəbi yaradılmışdı. Qədim Şərqdə ilk dövlətlərin ya-
ranması, onların arasında ilk əlaqələrin formalaşması tədricən tərcümə fəaliyyətinin
genişlənməsinə və onun mahiyyətinin artmasına gətirib çıxardı. Professional tərcü-
məçilər məhz o dövrlərdə yaranmışlar və tərcümə onlar üçün əsas məşğələ idi. Misir-
lilər öz çoxəsirlik tari xləri boyu başqa xalqlarla əlaqədə olmuşlar və bu da, təbii
olaraq, tərcümənin mövcudluğuna şərait yaratmışdır. Misirdə ikiçayarası ölkələr və
xalqlar arasında olan qarşılıqlı münasibətlər tərcümə işinin inkişafında əsaslı rol
oynamışdır. XII əsrdə Toledoda (İspaniya) tərcümə məktəbi meydana gəldi (Toledo
məktəbi). Bu məktəbdə o dövrə aid bütün sivill dünyanın işçi dilləri təmsil edili rdi
və ən məşhur tərcüməçi Kremonlu Herhard hesab olunurdu. Mətnlərdə interpretasi-
yaya və şərhlərə geniş yer verən Toledo məktəbi antik və ərəb müəlliflərinin, eləcə
də Quranın bizim dövrə qədər gəlib çatmasını təmin edə bilmişdir.
1370-ci ildə Nikol Orezm Aristoteli fransız dilinə tərcümə etmişdir. Tərcüməyə
girişdə o, tərcümə prinsiplərinə aid öz mülahizələrini şərh etmişdir. Bir çox alimlər
bunu Fransada tərcümə nəzəriyyəsinin yaranması kimi qəbul edirlər. VIII-XI əsr-
lərdə tərcümə Almaniyada inkişaf etməyə başlayır. Belə bir fikir mövcuddur ki, ya-
zılı alman dili tərcüməçilərin fəaliyyətinin nəticəsində formalaşmışdır. 794-cü ildə
Frankfurt Sinodunun qərarına əsasən alman dili kilsədə latın, yunan, yəhudi dilləri
ilə bərabər hüquq qazandı və monastırlar tərcümə mərkəzlərinə çevrildilər.
Tərcümə fəaliyyətinin inkişafına Rusiyada obyektiv və subyektiv faktorlar təsir
etmişdir. Subyektiv faktor I Pyotrun Avropa mədəniyyətinin nailiyyətləri ilə tanış
olması və bu mədəniyyətin Rusiyada yayılmasına göstərdiyi əvəzsiz təşəbbüsləri-
dir. Bunlarla yanaşı onun tərcümə sahəsində də çox böyük rolu olmuşdur. Digər fak-
tor isə iqtisadi tərəqqi hesab olunur. Bu sahələrin inkişaf etməsi üçün də rusların
Qərbi Avropanın iqtisadi və elmi nailiyyətləri ilə tanış olması lazım idi.
Bir məsələ xüsusilə qeyd olunmalıdır ki, tərcümənin inkişafında hərbi işin də
mühüm rolu olmuşdur. Bu sahədə bilikləri yalnız tərcümə yolu ilə əldə etmək müm-
kün ola bilərdi. Rusiya imperiyasının sərhədlərinin genişləndirilməsi beynəlxalq əla-
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
228
qələrin artmasına, möhkəmlənməsinə şərait yaradırdı. Şübhəsiz ki, bu şərait kütləvi
şəkildə tərcüməçilərin hazırlanmasını tələb edirdi, əks təqdirdə xarici siyasəti həyata
keçirmək mümkün olmazdı.
Tərcümə nəzəriyyəsi XX əsrin 50-ci illərindən başlayaraq daha sürətlə inkişaf
etməyə başladı. Fransız yazıçısı, tərcüməçisi və tərcümə nəzəriyyəçisi Pyer Fransua
Kaye XX əsri «tərcümə əsri» adlandırmışdır. O, 1953-cü ildən özünün təsis etdiyi Tər-
cüməçilərin Beynəlxalq Federasiyasına rəhbərlik etmişdir və tərcüməçilik sahəsində bir
sıra mühüm işlərin müəllifidir.
Sözsüz ki, qeyd olunan cəhətlər tərcümə işinin inkişafına çox böyük təsir gös-
tərmişdir və 1950–1960-cı illərdə tərcüməşünaslıq artıq xüsusi tədqiqat predmetinə,
strukturuna və tədqiqat metoduna malik müstəqil elm sahəsi kimi özünü təsdiq et-
məyə başladı. Bu dövrdə dillərarası kommunikasiya problemlərinin həllində ümu-
mi elmi kontekstdə təhlillərə tez-tez müraciət olunurdu. Görkəmli ingilis alimi Con
Fers 1950-ci illərin ortalarında yazırdı: «Tərcümənin mövcudluğu linqvistik nəzə-
riyyə və fəlsəfənin ciddi çağırışıdır. Nə etdiyimizi, heç olmasa nə tərcümə etdiyi-
mizi bilirikmi? Əgər biz bu süallara ciddi elmi terminlərlə cavab verə bilsə idik, yeni,
əhatəli dil nəzəriyyəsinin və fəlsəfi ümumiləşdirmələrin yaradılmasında xeyli irəlilə-
yişlər əldə edə bilərdik».
Tərcümə problemləri ilə Şərqi Almaniya tədqiqatçısı Alfred Kurella da yaxın-
dan məşğul olmuşdur. O, 1954-cü ildə tərcüməçilərin konfransında «Tərcümə nə-
zəriyyəsi və praktikası» mövzusunda xüsusi məruzə ilə çıxış etmişdir. A.Kurella
tərcüməyə belə qiymət verirdi: «Tərcümə sadəcə surət çıxarmaq və ya filologiyanın
bir hissəsi deyil, o bədii yaradıcılıqdır. Tərcüməçi yazıçıdır, rəssamdır və onu bun-
dan doğan bütün nəticələr kimi qəbul etmək lazımdır».
Tərcümə nəzəriyyəsinin inkişafında Amerika alimlərinin xüsusi rolu qeyd
olunmalıdır. ABŞ-da 1950–1960-cı illərdə bu sahədə intensiv irəliləyişlər nəzərə
çarpır. Bunun nəticəsində bu sahəyə aid xeyli sayda xüsusi monoqrafiyalar, məc-
muələr və s. çap olunmuşdur. Roman Osipoviç Yakobson (1896–1982) «Tərcümə-
nin linqvistik aspektləri» adlı məqaləsində belə bir fikir irəli sürür ki, «İki dilin hər
hansı müqayisəsi onların qarşılıqlı tərcüməsini nəzərdə tutur. Geniş yayılmış dillər-
arası kommunikasiya təcrübəsi, yəni tərcümə fəaliyyəti linqvistika elminin nəzarə-
tində olmalıdır».
Azərbaycanda tərcümə sənətinin 6 əsrdən çox uzun bir tarixi vardır. Azərbaycan
dilinə ilk tərcümə əsəri XIV əsrdə Marağalı Əvhədinin şair Nəsimi tərəfindən Təbriz
şəhərində fars dilindən tərcümə edilmiş bir qəsidəsi hesab olunur. Orta əsrlərdə ərəb
və fars dillərindən dilimizə tərcümə olunmuş əsərlərin yazılı abidələr sırasında mühüm
yeri vardır. Ana abidəmiz «Kitabi-Dədə Qorqud»da Qurani-kərimin «İxlas» surə-
sinin bədii tərcüməsi, eləcə də 1333-cü il tarixli bir Quran əlyazmasında bu müqəddəs
kitabın türkcəyə tam sətiraltı tərcüməsi ilkin tərcümə örnəklərimizdən sayıla bilər.
Bu günə qədər gəlib çatan orta əsrlərə aid yazılı abidələrimizin böyük bir hissəsi
ərəb dilindən, daha çox isə fars dilindən tərcümə olunmuşdur. Bunun səbəbləri məlum-
Materiallar
07 may 2011-ci il
229
dur. Əsrlər boyu Azərbaycan xalqının ərəblərlə,f arslarla sıx ədəbi-mənəvi əlaqələri
olmuşdur. Bütün bunlarla yanaşı Azərbaycanda İslamın geniş yayılması müştərək
islam mədəniyyətinin formalaşmasına şərait yaratmışdır, bunun nəticəsində də hələ
erkən orta əsrlərdə bir sıra əsərlərin dilimizə tərcümə olunduğu müşahidə olunur.
XV-XVI əsrlərdə mili ədəbi dilimiz vüsətlə inkişaf edirdi. Xüsusilə XVI əsrdə
səfəvilər dövləti dövründə Azərbaycan dili çox böyük sürətli inkişaf yolu keçmiş,
Azərbaycanda və qonşu ölkələrdə ünsiyyət vasitəsi olmuşdur. Bunların həyata keç-
məsində I Şah İsmayıl Xətainin müstəsna rolu məlumdur. O, əsərlərini yalnız doğma
dildə yazmışdır. Şübhəsiz ki, bütün bunlar bədii tərcümənin də geniş yayılmasına
səbəb olmuşdur.
Azərbaycan Rusiyanın tərkibinə daxil edildikdən sonra rus dilindən Azərbaycan
dilinə, eləcə də Azərbaycan dilindən rus dilinə tərcümələr böyük yer almağa başladı.
Sovet dövründə SSRİ-də nəşr edilən bütün kitabların təqribən 70 faizi, Azərbaycan
nəşriyyatlarında buraxılan bədii ədəbiyyatın üçdə bir hissəsi tərcümə materialı
olmuşdur.
Mütəxəsislər sinxran tərcümənin inkişafının başlanğıcını əsasən II Dünya Mü-
haribəsi ilə əlaqələndirirlər. Müharibədən sonra bir çox dünya dövlətlərini birləşdi-
rən beynəlxalq təşkilatların yaranması ilə (BMT(1945), YUNECKO (1946), AŞ
(1948), AİB (1957), ATƏM (1975), NATO (1949) sinxron tərcümə millətlərarası
ünsiyyəti təmin edən əsas vasitə kimi fəaliyyət göstərməyə başladı. Təbii ki, bütün
beynəlxalq mübadilələr məqsəd və əhəmiyyətindən asılı olmayaraq tərcümə fəaliy-
yətinin sürətli inkişafına təkan verdi.
MİRZƏ ƏLƏKBƏR SABİRİN SATİRALARINDA
TİPİN ÖZÜNÜİFŞA ÜSULU
Gülər HƏSƏNLİ
ADPU, Filologiya fakültəsi 3-cü kurs, qrup 302
Elmi rəhbər: dos.Ramin Muxtar oğlu Əhmədov
Yeni, realist və inqilabi-demokratik şeirimizin inkişafı tarixində M.Ə.Sabir bö-
yük rol oynamış, şeirin mövzu dairəsini, sosial fikir çərçivəsini görünməmiş dərə-
cədə genişləndirmişdir. Cəsarətlə demək olar ki, 20-ci əsrin ilk on ilində baş verən
elə mühüm ictimai-siyasi hadisə, yaxud məişət məsələsi yoxdur ki, Sabirin yaradı-
cılığında satirik bədii ifadəsini tapmamış olsun. Bədii əsəri, poeziyanı zəhmətkeş
insanların mübarizəsinin tərcümanına çevirmək sahəsində böyük şairin ədəbiyyatı-
mıza göstərdiyi xidmətləri misilsizdir. Sabirin mövzu dairəsi geniş, tiplər silsiləsi
zəngin, təsvir və səciyyələndirmə üsulları orijinal, rəngarəngdir.”
Sabirin satiralarını müstəsna qılan cəhət şairin monoloqlardan istifadə etməklə mənfi
tipi məhz öz dili ilə qamçılamasıdır. Şairin satiralarının bir neçəsini nəzərdən keçirək:
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
230
Hər nə versən, ver, məbadə vermə bir dirhəm zəkat
— satirasında vətən-millət qayğılarından tamamilə uzaq olan „qəhrəman” öz
rəfiqinə bir qardaş mehribanlığı ilə məsləhətlər verir.
— Mirzə Ələkbər Sabir. Hophopnamə, Bakı,Yazıçı, 1992. Tərtib edəni: M.Məm-
mədov,səh 7
O, zəkat verməyi qətiyyən məsləhət görməyir və bununla da, öz düşüncə tərzini
mənəviyyatını ortaya qoyur. Bununla kifayətlənməyən şair satiranın əyarını artır-
mağa davam edir.
Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını
Bu bir beytdə „çək” sözü altı dəfə işlənmiş, şair ondan müxtəlif mənalarda mə-
harətlə istifadə etmişdir.”
Sabirin yaradıcılığında „qaragüruhçu” qüvvələrin ifşası qırmızı xətt təşkil edir:
Əlminnətü- lillah ki, „Dəbistan”da qapandı,
Bir badi xəzan əsdi, gülüstan da qapandı.
Qoy köhnələrin daş ürəyi gültək açılsın,
Darüzzəfəri- tazə pərəstan da qapandı.
„Dəbistan” jurnalının bağlanması münasibəti ilə yazılmış şeirdə belə əhvali-
ruhiyyənin ifadəsi bu millətin qanına, iliyinə işləmiş cəhalətin, geriliyin ürəkağrı-
dan bədii təcəssümüdür. Əslində son dərəcə üzücü olan bu hadisə xalqın maariflən-
məsinin əleyhinə olan qüvvələrin sonsuz sevinc və şadlığına səbəb olmuş və əlbəttə
ki, belə bir məqam Sabirin qələmindən yan keçə bilməzdi.
„Neçin məktəbə rəğbətim olmayır" misralı şeir də mahiyyət etibarı ilə eyni
qəbildəndir:
Ax!.. Ax!.. Ay keçən günlərim! Vay mənə!
Hər evdən gəlirdi neçə pay mənə
Plov, halva, bal, yağ, şəkər, çay mənə!
Nə çarə ki, indi bular olmayır!
Qarın dolmayır, dolmayır, dolmayır!
Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, Cəfər Xəndan Hacıyev, Bakı,
1962, səh142
Misralardan aydın olur ki, „qəhrəman” din xadimidir. Şeirin qələmə alındığı
dövrdə isə din xadimlərinin özbaşınalığı baş alıb gedirdi. Onlar xalqı qəflətdə sax-
layır, din pərdəsindən istifadə edir, əslində islamiyyətə dəxli olmayan müddəalar-
dan istifadə etməklə onları bir növ buxov altında saxlayırdılar. Din xadimləri mək-
təbdarları xalqın gözündən salır, onları „kafir” deyə damğalayırdılar. Səbəb isə dar
düşüncə sahibi olan həmin şəxslərin xırda maddi maraqları, savadsızlıqları, bir
addım irəlini görə bilməmələri idi.
„Gavur qızı” satirası isə Sabirin öz yaradıcılığında xüsusi yer verdiyi „qadın
problemi”nin özünəməxsus bədii ifadəsidir:
Materiallar
07 may 2011-ci il
231
Üç-dörd uşaq doğub,qocalib,dişləri düşüb,
Bir kaftara dönübdü bu nikbət,gavur qızı!
Gəl razı ol ki,bir qız alım,mən də kef çəkim,
Həm eyləsin sənə dəxi xidmət,gavur qızı!
Sal başını aşağə sən, ancaq işində ol,
Paltar yu, ev süpür, elə xidmət, gavur qızı!
Ərdir, özü bilər, neçə övrət alar, alar,
Heyvan kimi durar, baxar övrət, gavur qızı!
Üç-dörd övlad dünyaya gətirən qadın indi yaşlanıb deyə, „həyat yoldaşı” ikinci
arvad almaq istəyir.Qadın ona qarşı çıxdıqda isə əri onun vəzifələrini sadalayır: ev
süpürmək,paltar yumaq. Tip öz dili ilə daha da alçalır və deyir ki, özü bilər neçə ar-
vad alar, belə olan halda qadının nəsibi „heyvan kimi” itaət etməkdir.
Sabir öz satiralarında „əsrinin acı həqiqətlərini” sadəcə olaraq göstərməklə ki-
fayətlənmirdi; o,oxucunu köhnə, çürümüş mühiti yıxmağa, yeni bir mühit, istismar
zəncirindən azad olan bir mühit qurmağa çağırırdı; əzilən kütlələrin həm dözülməz
həyat şəraitini, həm də köhnə dünyaya nifrətini və işıqlı gələcəyə bəslədikləri möh-
kəm inamı təcəssüm etdirirdi”.
Abbas Zamanov.Sabir və müasirləri, Bakı 1973, səh. 101.
ŞEKSPİRİN “HAMLET” ƏSƏRİNDƏN “HAMLET” İN
MONOLOQUNUN TƏHLİLİ
İlahə HƏSƏNZADƏ
Qərb Universiteti Qərb dilləri fakultəsi
Elmi rəhbər: Məmmədova Təranə
Azərbaycanda Şekspirlə tanışlıq XIX əsrin axırlarından başlayır. 1892-ci ildə
Haşımbəy Vəzirov “Otello”nu Azərbaycancaya tərcümə etmiş, 1904-cü ildə isə baş
rolda özü çıxış etməklə, ilk dəfə olaraq Şuşada Azərbaycan dilində onu tamaşaya
qoymuşdur. 1906-cı ildə Ə.Haqverdiyev “Hamlet”i tərcümə etmişdir ki, lakin hə-
min tərcümə nəşr olunmamış və səhnədə oynanmamışdır, yalnız bəzi parçaları
H.Ərəblinski konsertlərdə ifa etmişdir.
1925-ci ildə C.Cabbarlı “Hamlet”i yenidən dilimizə çevirmişdir. Bu tərcümə
əsasında Azərbaycan Dövlət Akademik Dram Teatrı 1926-cı ildə Şərq üslubunda
“Hamlet” tamaşası vermişdir. “Hamlet”in ardınca “Şıltaq qızın yumşalması” (1929),
“Maqbet” (1936), “Romeo və Cülyetta” (1937), “Kral Lir” (1941), “On ikinci gecə”
(1946), “Qış nağılı” (1953), “İki veronalı” (1955), “Antoni və Kleopatra” (1964)
tərcümə edilib oynanmışdır.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
232
Şekspirin əsərlərinin tərcümə edilib Azərbaycan teatr səhnəsində tamaşaya qo-
yulması həmişə böyük bir hadisəyə çevrilmiş, milli ədəbiyyatımızın, səhnə sənəti-
mizin yüksəlişində çox səmərəli rol oynamışdır.
Ötən əsrin axırlarından isə Şekspirin əsərləri dilimizə birbaşa orijinaldan tərcümə
olunmağa başlanmışdır. Bu sahədə bu sətirlərin müəllifinin xidmətləri danılmazdır.
Onun tərcümələri barədə filologiya elmləri doktoru, professor Şahin Xəlili yazır:
“Sabir Mustafanın tərcümələri orijinalına yaxındır. Şekspirin odlu, atəşli dinamik
sənətini inandırıcı, təbii, aydın, axıcı bir dillə çatdıra bildiyi üçün tələbkar oxucular
tərəfindən bu tərcümələr böyük razılıq hissi ilə qarşılanmışdır”.
Şekspirin məşhur faciələrinin rus dilində bir neçə tərcüməsi vardır. Bunlardan
ən bütövü və mükəmməli Marşal B.Pasternakın tərcümələri sayılır.
Sabir Mustafa öz uyğun ekvivalentini yaratmaq məqsədilə məzmunu ilə forması
arasında qarşılıqlı əlaqə əlamətlərini vermişdir. Sonetlərin tərcüməsində olduğu kimi,
faciələrin tərcüməsində də bəzi hallarda dəqiq tərcümə qəribə səslənir. Ümumiyyətlə,
bədii əsərlərin tərcüməsinə birdən-birə başlamaq mümkün deyil. Bunu bacarmaq
üçün ilk növbədə təcrübə və şairlik qabiliyyəti olmalıdır.
XVII əsr ingilis şairi Tomas Qrey demişdir ki, Şekspirin “hər sözü bir lövhədir”.
Həqiqətən də, bu belədir. Ən yüksək ideyalar, ən yüksək həyat gerçəklikləri böyük
mütəfəkkirin məharətlə yaratdığı fərdiləşmiş surətlərin dili ilə həddindən artıq də-
rəcədə cazibəli, təsirli və sarsıdıcı bir tərzdə ifadə edilmişdir. Bu nöqteyi-nəzərdən
Hamletin məşhur monoloqu diqqəti cəlb edir.
Əsərin dili gözəl, bədii, poetikdir. Hər misrada, hər sətirdə, hər səhifədə Şeks-
pirə məxsus ifadə tərzi, müqayisələr, məcazlar, bənzətmələr oxucunu valeh edir. Bu
gözəlliyi qoruyub saxlamaq üçün bədii tərcümədə bədii tərcümədə poetik ekvi-
valentlərdən hansı tərzdə, nə səviyyədə bəhrələnməkdən çox sey asılıdır. Biz orijinalı
tərcümələri ilə müqayisə edib təhlil aparmaqla bu imkanlardan necə istifadə olun-
duğunu tədqiq etməyə çalışacağıq.
Şekspirin məşhur faciələrindən söz açanda ilk növbədə “Hamlet” yada düşür.
“Hamlet” faciəsindən danışanda isə ilk öncə Hamletin monoloqunu xatırlamalı olu-
ruq. Hamletin monoloqu sözün əsl mənasında biz tərcüməçilər üçün bir sınaqdır.
“To be, or not be” Şekspir kəlamı Azərbaycan dilinə müxtəlif tərcüməçilər tə-
rəfindən müxtəlif cür tərcümə olunmuşdur. Bunlardan “Həyat və məmat”, “Ölüm,
ya qalım”, “Olum, ya ölüm”, “Ölümmü, qalınmı”, “Səbir və ya qəbir” variantları çox
yayılmışdır. “Olum, ya ölüm” ifadəsini ilk dəfə C.Cabbarlı tərcümə ədəbiyyatımıza
gətirmişdir. Bu orijinal ilə səsləşir. C.Cabbarlı “Hamlet” faciəsini öz dövrünün teatr
səhnəsinin tələblərinə uyğun şəkildə nəsrlə və ixtisarla dilimizə çevirmişdir.
Sabir Mustafadan və Cəfər Cabbarlıdan fərqli olaraq, T.Əyyubov “Olum, ya
ölüm” ifadəsini “Ölümmü, qalınmı” kimi vermişdir.
T.Əyyubovun tərcüməsi həm məzmunca, həm də formaca orijinala yaxındır.
Mütərcim pyesin rus variantı, Pasternakın tərcüməsi vasitəsilə müəllifin məqsədini
hiss etmiş, monoloqun Azərbaycan dilində uyğun ekvivalentini tapmağa çalışmışdır.
Materiallar
07 may 2011-ci il
233
Ancaq ifadə tərzini saxlamaq baxımından müəyyən üslubi fərqlərin yaranmasına
yol vermişdir: “To be or not be: that is the question” deyiminin “ölümmü, qalımmı?
Sual budur, bu?” tərcüməsi təqdirə layiqdir. Şair orijinalın həm məzmununu, ruhunu
saxlamış, həm də gözəl, ahəngdar ifadəsini yaratmışdır. Faciənin orijinalında deyilir:
“when he himself might his quietus make with a bare bodkin?” Aydındır ki, Hamlet
“he” dedikdə əzab çəkən hər bir insanı nəzərdə tutur. Bu misradan əvvəl verilmiş
sətirlərdə həyatın eybəcərlikləri, dövrün, zamanın bəlaları sadalanır.
Bir xəncər zərbəsi bütün bunları
Vurub yox etməyə kifayət ikən...
“Bunları” sözünü tək bir insana yox, yalnız zamanın çirkinliklərinə aid etmək
mümkündür. Göründüyü kimi, Hamlet obrazı təhrif edilib. Hamlet inqilabçı olmayıb.
Hamletin yaşadığı dövrdə buna şərait də yox idi. Tərcümədə Şekspir deyiminin
poetik ekvivalenti ola bilməyən misralar və ifadələr özünü büruzə verir. “İnsan ürə-
yinin... intizarının ağır zəncirini qırıb qurtarmaq”, “əbədi yuxuda yataraq qalmaq”,
“Bu dünya mülkünün duyğularını...”, “Hakimlərin boş vüqarına”, “Düşünən beyni-
miz qorxub çəkilir” və s. cümlələr, deyim tərzi orijinalın səviyyəsinə qalxa bilmir.
Sabir Mustafa əvvəlcə “to be, or not be” Şekspir kəlamına “Səbir və ya qəbir”
adekvatının daha uyğun olub, daha yaxşı səsləndiyini qərara almaq istəyir. Bu hə-
vəslə də “Hamlet” faciəsini orijinaldan ana dilimizə çevirdim. Sonra 1990-cı illərdə
respublikamızda gedən hadisələrlə bağlı olaraq “Olum, ya ölüm” ekvivalentinə üs-
tünlük verdi və faciəni “Mütərcim” jurnalında tam çap etdirdi. Bir xeyli keçəndən
sonra fikrindən daşındı. “Olum, ya ölüm”ü yenidən “Səbir və ya qəbir”lə əvəz etdi
və bu barədə “Hurriyət” qəzetində geniş bir məqalə ilə fikrimi əsaslandırmağa
çalışdı. Axırda təzədən “Olum, ya ölüm” variantını götürməli oldu. Çünki “olum”
köməkçi feli artıq dilimizdə əsas fel kimi işlədilmək hüququ qazanıb. Həm də “Olum,
ya ölüm” ifadəsi oxucular tərəfindən qəbul edilib. Eyni zamanda “Olum” sözündə
Şekspirə məxsus gələcəyə inam, tükənməz həyat eşqi, müqavimət göstərmək əzm-
karlığı vardır. “Səbir” sözündə isə bunlar yox dərəcəsindədir. Bu söz insanları za-
manın, dövranın zülmünə, məşəqqətinə dözməyi tövsiyə edir. Bu ruh, bu hiss Şeks-
pir dünyasına tamamilə yaddır. Sabir Mustafa monoloqun tərcüməsinə sərbəst ya-
radıcılıq nöqteyi-nəzərindən yanaşsa da, orijinalın bütün bədii xüsusiyyətlərini qo-
ruyub saxlamaq üçün əlindən gələni əsirgəməmişdir. Məncə, “A sea of troubles”
(fəlakətlər dənizi) Şekispir deyimini dilimizə “Fəlakətlər nəhri” kimi çevirdikdə
orijinal həm məzmunca, həm də poetik təsirinə görə heç nə itirmir. Tərcümədə bu
qəbildən olan poetik ekvivalentlərə tez-tez rast gəlirik.
Bədii tərcümədə poetik ekvivalent dedikdə orijinalda verilmiş ayrı-ayrı cümlə-
lərin, misraların, ifadələrin gözəl, təsirli deyim tərzi nəzərdə tutulur. Dəqiq məna
ekvivalenti tərcümədə zəif, təsirsiz alındıqda poetik ekvivalentə zərurət yaranır.
Poetik ekvivalent nə qədər uğurlu olsa da, orijinalın ruhu çərçivəsindən kənara çıx-
dıqda öz əhəmiyyətini itirir. Həmin çərçivənin nədən ibarət olduğunu müəyyənləş-
dirmək bədii tərcümədə nəzəriyyəsinin qarşısında duran ən əsas məsələdir. Poetik
ekvivalentin xüsusiyyətlərini müəyyənləşdirmək çox vaxt əyani işdə daha asan olur.
|